Məhkəmə qərarları › İş №e-2(008)-3269/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-3269/2025

29.05.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-3269/2025 29.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, onun nümayəndəi və vəkili Vəkil3, Cavabdehlər Cavabdeh4, Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “evdən çıxarılma və evin, torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “evdən çıxarılma və evin, torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 12000 manat kompensasiya ödəməklə onun istifadə hüququna xitam verilməklə özünün, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 və cavabdehlərin ailə üzvlərinin Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Mərkəz küçəsi, 16-cı döngədə yerləşən 17 C saylı fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılması, fərdi yaşayış evinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil3 iddia tələbini müdafiə edərək iddia tələbinin icraatının məhkəmənin icraatda olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3269/2025 saylı mülki işi ilə birləşdirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 iddia tələbini qəbul etməyərək işin biləşdirilməsi üçün zərurət olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək işin biləşdirilməsi üçün zərurət olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək işin biləşdirilməsi üçün zərurət olmadığını bildirmişdir. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında gəlməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, hazırkı mülki iş iddiaçılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair mülki işlə əlaqədar olduğundan mülki iş üzrə icraatlar birləşdirilməlidir. Belə ki, Bakı şəhəri sabunçu Rayon Məhkəməsinin icaatında olan 2(00xxxx/2025 nömrəli işdən görünür ki, iddiaçılar Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüquqlarının tanınması, çıxarışın ləğvi, mənzillərin birgə mülkiyyət hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə məhkəmə heasb edir ki, hazırki mülki iş Bakı şəhəri sabunçu Rayon Məhkəməsinin icaatında olan 2(008)-81/2025 nömrəli mülki iş ilə əlaqədar olduğundan vəsatət təmin edilməli Bakı şəhəri sabunçu Rayon Məhkəməsinin icaatında olan 2(008)-3269/2025 nömrəli mülki iş Bakı şəhəri sabunçu Rayon Məhkəməsinin icaatında olan 2(008)-81/2025 nömrəli mülki iş ilə birləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehlərə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə, mülki-prosessual hüquq institutu olaraq “işlərin bir icraatda birləşdirilməsi” institutunun yuxarıda qeyd olunan iddia tələblərinə münasibətdə tətbiqini həm ədalətli, həm də hüququn ümumi prinsiplərinə uyğun sayır. Bu həm də, ədalət mühakiməsinin səmərəliliyini şərtləndirən amillərdən olan və onun məqsədlərinə nail olunmasında mühüm rol oynayan “mübahisələrə mümkün olan qısa müddətlərdə baxılması” prinsipinə də uyğun gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 169.3, 169.4-cü və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “evdən çıxarılma və evin, torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki iş Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin icraatda olan 2(008)-81/2025 saylı mülki işlə bir icraatda birləşdirilsin. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar