Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3285/2022 27.05.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Cəfərli Nilufər Arif qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul tələbinə» dair iddia ərizəsi ilə müraciət edərək, 14.12.2020-ci il tarixli müqaviləsinə əsasən Samsung TV üçün 2091.6 (iki min doxsan bir manat altmış qəpik) manat ödənilməmiş hissə, 209.4 (iki yüz doqquz manat qırx qəpik) manat cərimə, 03.09.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********23516 Samsung galaxy A10 markalı telefon üçün 336.2 (üç yüz otuz altı manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 33.8 (otuz üç manat səksən qəpik) cərimə; 10.01.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********79307 Samsung galaxy A10 markalı telefon üçün 260.1 (iki yüz altmış manat on qəpik) manat ödənilməmiş hissə, 26.9 ( iyirmi altı manat doxsan qəpik) manat cərimə; 09.11.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********71326 Xiaomi Redmi 9A markalı telefon üçün 250.4 (iki yüz əlli manat qırx qəpik) manat ödənilməmiş hissə, 25.6 (iyirmi beş manat altmış qəpik) manat cərimə; 25.10.2020-ci il tarixli müqaviləsinə əsasən, X2 üçün 31 (otuz bir) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə olmaqla, ümumilikdə 3268 (üç min iki yüz altmış səkkiz) manat borc və 52.68 (əlli iki manat altmış səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 14.12.2020-ci il, 03.09.2020-ci il, 10.01.2021-ci il, 09.11.2020-ci il və 25.10.2020-ci il tarixli müqavilələrinə əsasən Samsung TV, Samsung galaxy A10 markalı telefon, İMEİ kodu **********79307 Samsung galaxy A10 markalı telefon, İMEİ kodu **********71326 Xiaomi Redmi 9A markalı telefon, X2 almış və nəticədə 3268 (üç min iki yüz altmış səkkiz) manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2763 manat təşkil edir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. İş materiallarında olan 14.12.2020-ci il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Cavabdeh "xxxx" MMC-dən Samsung TV, 03.09.2020-ci il tarixli müqavilə ilə Samsung galaxy A10 markalı telefon, 10.01.2021-ci il tarixli müqavilə ilə İMEİ kodu **********79307 Samsung galaxy A10 markalı telefon, 09.11.2020-ci il tarixli müqavilə ilə İMEİ kodu **********71326 Xiaomi Redmi 9A markalı telefon və 25.10.2020-ci il tarixli müqavilə ilə X2 almış və onların dəyərini hissə-hissə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür; -"xxxx" MMC tərəfindən verilmiş 11.04.2022-ci il tarixli maliyyə cədvəlindən müəyyən edilir ki, 14.12.2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən alqı-satqı qiyməti 2311.6 manat olan Samsung TV üçün cəmi ödənilən məbləğ 220 manat, ödənilməmiş əsas borc 2091.6 (iki min doxsan bir manat altmış qəpik)manat, cərimə borcu 209.4 (iki yüz doqquz manat qırx qəpik) manat olmaqla, ümumi ödənilməmiş borc cəmi 2301 manat; 03.09.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 466.2 manat olan Samsung galaxy A10 markalı telefon üçün cəmi ödənilən məbləğ 130 manat, ödənilməmiş əsas borc 336.2 (üç yüz otuz altı manat iyirmi qəpik) manat, cərimə borcu 33.8 (otuz üç manat səksən qəpik) olmaqla, ümumi ödənilməmiş borc cəmi 370 manat; 10.01.2021-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən alqı-satqı qiyməti 268.1 manat olan İMEİ kodu **********79307 Samsung galaxy A10 markalı telefon üçün cəmi ödənilən məbləğ 8 manat, ödənilməmiş əsas borc 260.1 (iki yüz altmış manat on qəpik) manat , cərimə borcu 26.9 ( iyirmi altı manat doxsan qəpik) manat olmaqla, ümumi ödənilməmiş borc cəmi 287 manat; 09.11.2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən alqı-satqı qiyməti 302.4 manat olan İMEİ kodu **********71326 Xiaomi Redmi 9A markalı telefon üçün cəmi ödənilən məbləğ 52 manat, ödənilməmiş əsas borc 250.4 (iki yüz əlli manat qırx qəpik) manat , cərimə borcu 25.6 (iyirmi beş manat altmış qəpik) manat olmaqla, ümumi ödənilməmiş borc cəmi 276 manat; 25.10.2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən alqı-satqı qiyməti 63.6 manat olan X2 üçün cəmi ödənilən məbləğ 32.6 manat, ödənilməmiş əsas borc 31 (otuz bir) manat, cərimə borcu 3 (üç) manat olmaqla, ümumi ödənilməmiş borc cəmi 3268 (üç min iki yüz altmış səkkiz) manat təşkil edir. -14.12.2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Samsung TV aylıq ödəniş məbləği 116.2 manat; 03.09.2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Samsung galaxy A10 markalı telefonun aylıq ödənişi 25.9 manat; 10.01.2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, İMEİ kodu **********79307 Samsung galaxy A10 markalı telefon un aylıq ödənişi 86.7 manat; 09.11.2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, İMEİ kodu **********71326 Xiaomi Redmi 9A markalı telefonin aylıq ödənişi 25.2 manat; 25.10.2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, X1 aylıq ödənişi 10.6 manat təşkil edir. -"xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış 25.02.2022-cu il tarixli məktubdan görünür ki, cavabdeh, müqavilənin şərtlərini pozaraq, müqavilədə göstərilən vaxt və qaydaya əməl etmədiyi üçün tərəflər arasında bağlanmış müqavilənin şərtinə uyğun olaraq əlavə peniya hesablanmışdır. Hesblanmış peniya məbləğini qısa zamanda ödəmədiyi halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin, 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2- 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Göründüyü kimi, Cavabdeh 14.12.2020-ci il, 03.09.2020-ci il, 10.01.2021-ci il, 09.11.2020-ci il və 25.10.2020-ci il tarixli müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranan əsas borcu və cərimə borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119, 284-5 və 284.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 14.12.2020-ci il tarixli müqaviləyə əsasən 2091.6 (iki min doxsan bir manat altmış qəpik)manat ödənilməmiş hissə, 209.4 (iki yüz doqquz manat qırx qəpik) manat cərimə borcu, 03.09.2020-ci il tarixli müqaviləsinə əsasən 336.2 (üç yüz otuz altı manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 33.8 (otuz üç manat səksən qəpik) cərimə borcu, 10.01.2021-ci il tarixli müqaviləsinə əsasən 260.1 (iki yüz altmış manat on qəpik) manat ödənilməmiş hissə, 26.9 ( iyirmi altı manat doxsan qəpik) manat cərimə, 09.11.2020-ci il tarixli müqaviləyə əsasən 250.4 (iki yüz əlli manat qırx qəpik) manat ödənilməmiş hissə, 25.6 (iyirmi beş manat altmış qəpik) manat cərimə borcu, 25.10.2020-ci il tarixli müqaviləsinə əsasən 31 (otuz bir) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə borcu olmaqla, cəmi 3268 (üç min iki yüz altmış səkkiz) manat məbləğində pul və 52.68 (əlli iki manat altmış səkkiz qəpik) manat dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada alındığı gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəfərli Nilufər
Məhkəmə qərarları › İş №e-2(008)-3285/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3285/2022
27.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver