Məhkəmə qərarları › İş №e-2(008)-3293/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3293/2023

18.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3293/2023 18.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 40009743 saylı xx.xx.2022-ci il tarixli nisyə alqı- satqı müqaviləsi üzrə 419.98 manat borcun, 0 manat cərimə borcunun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 40009743 saylı xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 419.98 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərti ilə 6 ay müddətində ödəməyi öhdəsinə götürüb. İddiaçı MMC ilə "xxxx" MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən "xxxx" MMC-nin Cavabdeh qarşı olan 419.98 manat məbləğindəki tələb hüququ İddiaçı MMC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı MMC-yə keçməsi barədə Nisyə alqı-satqı müqaviləsi üzrə Alıcıya müvafiq bildiriş təqdim edilmişdir. İddiaçı MMC xx.xx.2020-ci il tarixində təşkilati hüquqi formasını dəyişərək QSC-yə çevrilmişdir. Tərəflər arasında bağlanmış Nisyə alqı-satqı müqaviləsinin 3-cü maddəsinə görə satıcı alıcıya Təhvil - təslim aktında qeyd olunan malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış, nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Tərəflər arasında bağlanan nisyə alqı-satqı müqaviləsinə əsasən alıcı həmin müqavilənin 1 saylı əlavəsində müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Eyni zamanda həmin müqavilənin 5.6-cı maddəsinə əsasən alıcı borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0.3 % miqdarında dəbbə pulu ödəməlidir. Əlavə olaraq tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin 6.1-ci maddəsinə əsasən alıcı müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyi halda, satıcı mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb edə bilər. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etmir. Belə ki,cavabdehin bugünə 419.98 manat əsas borcu, 0 manat cərimə borcu yaranıb. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı tərəfimizdən cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Bu səbəbdən də, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, "xxxx" MMC-dən nisyə alqı-satqı müqaviləsinə əsasən malın dəyərini 6 ay müddətinə ödəməyi öhdəsinə götürsə də, həmin markalı mal 1 ay ərzində gətirilmədiyindən, eyni markada malı olmadığından optimalla onun arasında bağlanmış nisyə alqı satqı müqaviləsi ləğv edilmişdir. Bununla bağlı rəsmi sənədləri vardır. Bu səbədən də iddia tələbinin rədd edilməsini xahiş etmişdir İddiaçının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümyəndəi X2 qeyd edilən müqavilə üzə tələb hüququnun Optimaldan iddiaçıya keçdiyindən, optimal tərəfindən verilən arayışda cavabdehin borcunun olmamasının qeyd edilməsi normaldır. Məhkəmə cavabehin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi rədd edilməlidir. xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış, təhvil-təslim aktında nəzərədə tutulmuş malı alıcıya satmağ alıcı isə həmin malı almağı öhdəsinə götürmüşdür. Nisyə alqı-satqı müqaviləsinə əlavədən görünür ki, alıcı Cavabdeh 6 aylıq olmaq şərti ilə hər ay üçün 70 manat olmaqla cəmi 419.98 manat dəyərində olan malın alınmasına dair nisyə alqı satqı müqaviləsi bağlanmışdır. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, Qala ikili çarpayı, yuxu döşəyi alıcı Cavabdeh verilmişdir. İş materiallarında olan tələbetmə hüquqlarının güzəşt olunmasına dair X4 şəxsində təmsil olunan "xxxx" MMC digər tərəfdən direktoru X1 şəxsində təmsil olunan İddiaçı MMC arasında bağlanılmış xx.xx.2019-ci il tarixli faktorinq müqaviləsindən və həmin müqaviləyə əlavə olunan xx.xx.2021-ci il tarixli sazişdən görünür ki, xx.xx.2022-ci tarixli kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ İddiaçı MMC-yə ötürülmüşdür. xx.xx.2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 419.98 manat borcu vardır. xx.xx.2023-cü il tarixli borclulara göndərilən bildirişin poçt reyestrinin surətindən görünür ki, Cavabdeh xəbərdarlıq edilmişdir. xx.xx.2023-cü il tarixli "xxxx" MMC-nin arayışdan görünür ki, cavabdehlə nisyə alqısatqı müqaviləsi bağlansa da, 2 ədəd məhsuldan imtina etmiş və nəticədə müqavilə ləğv edilmişdir. Hazırda 40009743 saylı müqavilə üzrə Optimal Electronics” MMC sistemində borc 0 manat təşkil edir. Müqavilə üzrə 419.98 manmat artıq borc öhdəliyi Optimal Electronics” MMC-nin öhdəliyidir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-21-1/2-7764/2023 nömrəli müraciətə cavab məktubundan görünür ki, aparılmış araşdırma zamanı "xxxx" MMC tərəfindən Dövlət Xidmətinə ünvanlanmış məktubda MMC ilə Sizin aranızda bağlanmış 400C9743 saylı, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 419.98 manat dəyərində olan nisyə aldığı məhsulların dəyərinin 6 ay müddətinə ödənilməsi ilə bağlı öhdəlik götürdüyü, lakin sonradan qeyd olunan müqavilə üzrə sifariş etdiyi məhsullardan imtina etdiyini və məhsulların geri qaytarıldığı, nəticədə onunla MMC arasında bağlanmış 40009743 saylı, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinin ləğv edildiyi, hazırda isə 40009743 saylı, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə heç bir öhdəliyi və borcunun olmadığı bildirilmişdir. Bundan əlavə, onunla əlaqə saxlanıldığı və borcunun olmadığı barədə müvafiq arayışın Sizə təqdim edildiyi barədə məlumat verilmiş, həmçinin borcunuzun olmadığı barədə arayışın surəti Dövlət Xidmətinə təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, iddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin, 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2- 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata kecirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı məlum məlum olmuşdur ki, Optimal Elektronika” MMC ilə Cavabdeh arasında bağlanmış 40009743 saylı xx.xx.2022-ci il tarixli Nisyə Alqısatqı müqaviləsinə əsasən cavabdeh 419.98 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərti ilə 6 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra iddiaçı ilə Optimal Elektronika” MMC arasında bağlanmış faktorink müqaviləsinə əsasən alıcıdan pulu tələb etmək hüququ iddiaçıya ötürülmşdür. Lakin sonradan qeyd olunan müqavilə üzrə alıcı sifariş etdiyi məhsullardan imtina etdiyindən məhsullar geri qaytarılmış, alıcı ilə satıcı Optimal Elektronika” MMC arasında bağlanmış 40009743 saylı, xx.xx.2022-ci il tarixli nisyə alqısatqı müqaviləsi ləğv edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh nisya alqı-satqı müqaviləsi üzrə əşyaları geri qaytarmış olduğundan iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının tələbi təmin olunmadığı üçün məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı QSC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar