Məhkəmə qərarları › İş №e-2(008)-3361/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(008)-3361/2023

01.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3361/2023 01.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh lizinq obyekti olan "Runna" markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 4803.51 manat pul və ödənilmiş 68.04 manat dövlət rüsumu ‘‘Union Lizinq" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə X5 arasında bağlanmış 01 mart 2014-cü il tarixli UNİ-2971 saylı "Daxili lizinq müqaviləsf'nə əsasən X3 müvəqqəti sahiblik və istifadəsinə 2014-cü il buraxılışlı, "Runna" markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, NAAU01FE7ET053416 ban, 61486 mühərrik nömrəli, gümüşü rəngli avtomobil verilmişdir. "Daxili lizinq müqaviləsi'nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən X5 illik 17 % hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 340.48 manat, ümumilikdə isə 12258 manat məbləğində pulu İddiaçı ASC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 12258 manatın 9550 manatı əsas məbləğ təşkil edir. 04 sentyabr 2014-cü il tarixdə X5, X6 və İddiaçı ASC arasında UNİ-2971 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlamış və 01 mart 2014-cü il tarixli UNİ-2971 saylı “Daxili Lizinq” müqaviləsi üzrə X6 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 06 sentyabr 2014-cü il tarixdə X6, X11 və İddiaçı ASC arasında UNİ- 2971 saylı “Ohdəliklərin ötürülməsi” müqaviləsi bağlamış və 01 mart 2014-cü il tarixli UNİ- 2971 saylı “Daxili Lizinq” müqaviləsi üzrə X11 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 14 dekabr 2014-cü il tarixdə X11, X13 və İddiaçı ASC arasında UNİ-2971 saylı “öhdəliklərin ötürülməsi" müqaviləsi bağlamış və 01 mart 2014-cü il tarixli UNİ-2971 saylı “Daxili Lizinq” müqaviləsi üzrə X13 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 26 dekabr 2014-cü il tarixdə X13, Cavabdeh və İddiaçı ASC arasında UNİ-2971 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və 01 mart 2014-cü il tarixli UNİ-2971 saylı “Daxili Lizinq" müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Cavabdeh “Daxili lizinq” müqaviləsi və "ödəniş cədvəlimin şərtlərinə əməl etmədiyi üçün onun iddiaçı qarşısında öhdəliyi yaranmış və İddiaçı ASC borclu Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(008)-1232/2021 saylı qətnaməsi ilə iddiaçı “Union Lizinq" ASC- nin iddasını qismən təmin edilərək 01 mart 2014-cü il tarixli UNt-2971 “Daxili Lizinq” müqaviləsinin ləğv edilməsi, "Runna” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi "Union Lizinq” ASC-yə geri qaytarılması və cavabdehdən ümumilikdə 4688.70 manat pulun tutulması qət edilmişdir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş lizinq obyekti olan “Runna” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil istifadəyə yararsız vəziyyətdə BDYPİ-nin 7 saylı cərimə meydançasında saxlanılır. Servis mərkəzinin əməkdaşları lizinq obyekti olan avtomobilə cərimə meydançasında baxış keçirmiş və tərtib edilmiş zərərin qiymətləndirilməsinə dair akta əsasən avtomobilə 4803.51 manat maddi ziyan dəydiyi müəyyənləşdirilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X7 iddia tələbini qəbul müdafiə edərək, qiyabi qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmiş və bu barədə ərizə təqdim etmişdir. Azərbaycan Respublikası MPM-nin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC ilə X8 arasında bağlanmış xx.xx.2019-cu il tarixli UNİ-2971 saylı Daxili lizinq müqaviləsinə əsasən X1 ilə avtomobil 9550 manat məbləğinə "xxxx" MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin 17 faizlə 36 ay müddətinə müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. xx.xx.2019-cu il tarixli öhdəliyin ötürülməsi müqaviləsinə əsasən Union Lizinq ASC, X8 ilə X6 arasında bağlanmış müqaviləsindən görünür ki, xx.xx.2019-cu il tarixli UNİ-2971 saylı Daxili lizinq müqaviləsi üzrə öhdəliklər X4 ötürürlmüşdür. xx.xx.2019-cu il tarixli öhdəliyin ötürülməsi müqaviləsinə əsasən Union Lizinq ASC, X6 ilə X12 arasında bağlanmış müqaviləsindən görünür ki, xx.xx.2019-cu il tarixli UNİ- 2971 saylı Daxili lizinq müqaviləsi üzrə öhdəliklər X9 ötürürlmüşdür. xx.xx.2019-cu il tarixli öhdəliyin ötürülməsi müqaviləsinə əsasən Union Lizinq ASC, X12 ilə X13 arasında bağlanmış müqaviləsindən görünür ki, xx.xx.2019-cu il tarixli UNİ- 2971 saylı Daxili lizinq müqaviləsi üzrə öhdəliklər X10 ötürürlmüşdür. xx.xx.2019-cu il tarixli öhdəliyin ötürülməsi müqaviləsinə əsasən Union Lizinq ASC, X13 ilə Cavabdeh arasında bağlanmış müqaviləsindən görünür ki, xx.xx.2019-cu il tarixli UNİ-2971 saylı Daxili lizinq müqaviləsi üzrə öhdəliklər Cavabdeh ötürürlmüşdür. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1232/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməyə əsasən xx.xx.2019-cu il tarixli UNİ-2971 saylı «daxili lizinq» müqaviləsinin ləğv edilməsi, 2014-cü il buraxılışlı "Runna” markalı **-PX-*** dövlət qeydiyyat nişanlı, avtomobil Cavabdeh alınaraq "Union Lizinq” ASC-yə qaytarılması, 3354 (üç min üç yüz əlli dörd) manat 57 (əlli) yeddi qəpik məbləğində əsas borc, 1034 (min otuz dörd) manat 13 ( on üç) qəpik məbləğində mükafat məbləği, 300 (üç yüz) manat məbləğində dəbbə pulu, cəmi 4688 (dörd min altı yüz səksən səkkiz manat) manat 70 (yetmiş) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq "Union Lizinq” ASC-yə ödənilməsi qərara alınmışdır. İş materiallarında olan Azərmaş MMC Servisini xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, “Runna” minik markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobili təmirə üzrəyekun ödəniləcək məbləğin 4803.51 manat olduğu müəyyən edilmişdir. İş materiallarında olan İnzibati xəta haqqında xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, Cavabdeh barəsində xx.xx.2020-ci il tarixdə saat 18.30 radələrində , “Runna” minik markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobilə baş vermiş yol nəqaliyyat hadisəsinin iştirakçısı olmuş və onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir AC 868434 saylı nəqliyyat vaistəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Runna” minik markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC-nin mülkiyyətindədir. İş materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh xx.xx.2023-cü il tarixdə ünvanlanmış xəbərdarlıqdan müəyyən edilir ki, cavabdeh yaranmış borcun tez bir zamanda ödəmədiyi təqdirdə, müqavilənin ləğv edilməsi və pulun tutulması üçün lizinq şirkəti tərəfindən qanunamüvafiq tədbirlərin görüləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 68.04 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, muəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəllənin 748-1.12-748-1.12.4-cü maddələrinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 748-1.5-cı maddəsinə əsasən Lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 748-1.5-cı maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 748-9-cu maddəsinə əsasən əgər lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın günahı üzündən lizinq obyektinin itirilməsi və ya lizinq obyektinin öz funksiyalarının itirməsi lizinq alanı lizinq müqaviləsi üzrə öhdəliklərindən azad etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 750-ci maddəsinə əsasən Lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə təsdiq edildi ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli UNİ-2971 saylı “Daxili lizinq” müqaviləsinə və ona əlavə edilmiş xx.xx.2019-cu il tarixli öhdəliklərin ötürülməsi müqaviləsi əsasən 12258 manat dəyərində olan “Runna” minik markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Sözügedən avtomobil cavabdehin istifadəsində olduğu müddətdə, yəni xx.xx.2020-ci il tarixdə “Runna” minik markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün təqsirindan yol-nəqliyyat hadisəsi baç vermiş və lizinq müqaviləsi predmenti olan “Runna” minik markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobil yararsız hala düşmüşdür. İddiaçı tərəfindən təqdim edilən arayışdan görünür ki, lizinq predmenti olan avtomobilin bərpasına çəkilməli olan 4803.51 manat olmuşdur. Qeyd edilən borc məbləğinin cavabdeh tərəfindən ödənməmişdir, məhkəməyə müraciət etməkda haqlı olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli cavabdehdən 4803.51 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 68.04 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci, 227, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 4803.51 (dörd min səkkiz yüz üç manat, əlli bir qəpik) manat məbləğində pul və 68.04 (altmış səkkiz manat, dörd qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 gün müddətində qiyabi qətnamənin ləğvi üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə ərizə ilə müraciət edə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar