Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-3364/2025 03.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Mahmudova Həqiqət Sahib qızı, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, XİAOMİ EXTENDER WİFİ üçün 36,90 manat ödənilməmiş hissə, 11,07 manat cərimə, xx.xx.2023-cü il, tarixli müqaviləyə əsasən, İmei kodu **********11254 SAMSUNG GALAXY A04 markalı telefon, VİNİL ŞƏFFAF üçün 115,80 manat ödənilməmiş hissə, 34,74 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kodu **********99754 OPPO A18 markalı telefon, MOUSE 2E, VİNİL MAT, MYCHOİCE CASE qoruyucu üçün, 395,60 manat ödənilməmiş hissə, 118,68 manat cərimə olmaqla, ümumilikdə 712,79 manat borc və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq xeyrinə ödənilməsini xahiş etmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 284-3.2.4-cü maddəsinə əsasən tələbin əsaslığını təsdiq edən sənədlər, əmlakın verilməsi tələbləri üzrə tələb olunan əmlakın dəyərinə dair sübutlar ərizədə göstərilməlidir. Mülki Prosessual Məcəlləsinin 284-4.1.3-cü maddəsinə əsasən, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Lakin müəyyən olunur ki, iddia tələbini təsdiq edən sübutlar – tərəflər arasında bağlanmış xx.xx.2024cü il tarixli və xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqavilələri, müqavilələrə əlavələr, bildirişlər, əşyaların təhvil-təslim aktları iddia ərizəsinə əlavə edilməmişdir. Mülki Prosessual Məcəlləsinin 284-4.2-ci maddəsinə əsasən Mülki Prosessual Məcəlləsinin 284-4.1ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Mülki Prosessual Məcəlləsinin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1, 284-4, 263 və 264 -cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçının nümayəndəsinə qaytarılsın. İddiaçının nümayəndəsinə izah olunsun ki, iddia ərizəsinin qəbulundan imtina edilməsi iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №e-2(008)-3364/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-3364/2025
03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver