Məhkəmə qərarları › İş №e-2(008)-3384/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3384/2025

06.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3384/2025 06.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, iddiaçının nümayəndəsi X1 iştirakı ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Valetta markalı yumşaq kunc sağ uzun divan üçün 876,2 manat ödənilməmiş hissə, 262,86 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İMEİ kodu **********51080 olan Samsung Galaxy S Ultra markalı telefon, İMEİ kodu **********61422 olan X7 A7 Lite markalı planşet, Samsung markalı charger, cable üçün 3151,3 manat ödənilməmiş hissə, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilən 23,6 manat xidmət haqqı, 945,39 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Samsung markalı paltaryuyan üçün 399,8 manat ödənilməmiş hissə, 119,94 manat cərimə olmaqla, cəmi 5779,09 manat borcun, 77,80 manat ödənilmiş dövlət rüsumunun tutulması" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsvir ihissə: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı "xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Valetta markalı yumşaq kunc sağ uzun divan üçün 876,2 manat ödənilməmiş hissə, 262,86 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İMEİ kodu **********51080 olan Samsung Galaxy S Ultra markalı telefon, İMEİ kodu **********61422 olan X7 A7 Lite markalı planşet, Samsung markalı charger, cable üçün 3151,3 manat ödənilməmiş hissə, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilən 23,6 manat xidmət haqqı, 945,39 manat cərimə, xx.xx.2023cü il tarixli müqaviləyə əsasən Samsung markalı paltaryuyan üçün 399,8 manat ödənilməmiş hissə, 119,94 manat cərimə olmaqla, cəmi 5779,09 manat borcun, 77,80 manat ödənilmiş dövlət rüsumunun tutulması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı həmin tələbini belə əsaslandırmışdır ki, cavabdeh xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü il tarixli müqavilələrlə üzərinə götürdüyü öhdəlikləri tam icra etməmiş və nəticədə borcu yaranmışdır. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi X3 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh isə hazırıq iclasının və hazırkı məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq təkrarən gəlmədiyinə görə işə onun iştirakı olmadan baxıldı. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı qismən əsaslı hesab edir. İşdə olan tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli "Müqavilə"dən görünür ki, cavabdeh iddiaçıdan Valetta markalı yumşaq kunc sağ uzun divan alaraq 24 ay müddətinə hissə-hissə olmaqla, cəmi 1620 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli "Müqavilə"dən görünür ki, cavabdeh iddiaçıdan İMEİ kodu **********51080 olan Samsung Galaxy S Ultra markalı telefon, İMEİ kodu **********61422 olan X7 A7 Lite markalı planşet, Samsung markalı charger, cable alaraq 18 ay müddətinə hissə-hissə olmaqla, cəmi 4798,96 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli "Müqavilə"dən görünür ki, cavabdeh iddiaçıdan Samsung markalı paltaryuyan alaraq 18 ay müddətinə hissə-hissə olmaqla, cəmi 1547,04 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2025-ci il tarixli "Maliyyə və ödəniş cədvəli"ndən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixli müqavilə üzrə 876,2 manat ödənilməmiş hissə, 262,86 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 3151,3 manat ödənilməmiş hissə, 23,6 manat "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilən xidmət haqqı, 945,39 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 399,8 manat ödənilməmiş hissə, 119,94 manat cərimə olmaqla, cəmi borcu 5779,09 manat təşkil edir. İşdə olan xx.xx.2024-cü il tarixli "Xəbərdarlıq"dan görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi təklif edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsində deyilir ki, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə görə isə, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Müəyyən edilir ki, cavabdeh xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü il tarixli müqavilələrlə üzərinə götürdüyü öhdəlikləri tam icra etməmiş, bununla da həmin müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh ona nisyə satılmış malların dəyərini iddiaçıya ödəməlidir. Cavabdehdən tələb olunan cərimə pulu ilə bağlı isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə, cərimə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, cərimə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Cərimə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cərimə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını, kreditorun əmlak mənafelərini, cavabdehin maddi vəziyyətini, o cümlədən hazırda aldığı əmək haqqının miqdarını nəzərə alaraq hesab edir ki, hesablanmış cərimə pulunun miqdarı tənasübsüz surətdə yüksəkdir, ona görə də azaldılmalıdır. Məhkəmə cərimə pulunun miqdarının əsas borcun 5 faizi miqdarında müəyyən olunmasını tərəflərin bütün əsaslı mənafelərinə uyğun hesab edir. Belə olan halda, iddia qismən təmin edilməli, cavabdehdən xx.xx.2023-cü il tarixli müqavilə üzrə 876,2 manat ödənilməmiş hissə və 43,81 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 3151,3 manat ödənilməmiş hissə, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilən 23,6 manat xidmət haqqı və 157,56 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 399,8 manat ödənilməmiş hissə və 19,99 manat cərimə tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçı tərəfindən xx.xx.2024-cü ildə ********** nömrəli mədaxil qəbzi ilə 77,80 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Cəmi 5779,9 manat məbləğində iddianın 4672,26 manat hissəsi (80,84 faiz) təmin olunduğuna görə bu məbləğə mütənasib olaraq dövlət rüsumunun 80,84 faizi, yəni 62,89 manatı cavabdehə aid edilməli, həmin məbləğ ondan alınaraq iddiaçıya qaytarılmalı, qalan 14,91 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 876,2 manat ödənilməmiş hissə, 43,81 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 3151,3 manat ödənilməmiş hissə, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilən 23,6 manat xidmət haqqı, 157,56 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 399,8 manat ödənilməmiş hissə, 19,99 manat cərimə, 62,89 manat dövlət rüsumu, cəmi 4735,15 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 77,80 manat dövlət rüsumunun qalan 14,91 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. X6.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar