Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-341/2025 18.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X7 qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı "Neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı "Neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair məhkəməyə müraciət edərək, SOCAR-ın İddiaçı istismarında olan Sabunçu-Böyükşor Dş- 200 mm-lik yerüstü neft kəmərinin 1.8 ci km-də, kəmərə paralel, 2-ci sırada, kəmərdən təqribən 40 metr aralı məsafədə ünvan 1 ünvanında Cavabdeh tərəfindən mühafizə zonası daxilində inşa edilmiş fərdi yaşayış evi, hasar və beton tökülməsi işlərinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçı SOCAR-ın İddiaçı bank hesabına (Kapital bank Xətai filialı: VÖEN:**********, H/h: AZ33AİİB********************, KOD: 200071, M/H: AZ37NABZ********************, SWİFT:AİİBAZ2X) ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, SOCAR-ın İddiaçı istismarında olanSabunçu-Böyükşor Dş-200 mm-lik yerüstü neft kəmərinin 1.8 ci km-də, kəmərə paralel, 2-ci sırada, kəmərdən təqribən 40 metr aralı məsafədə ünvan 1 ünvanındaCavabdeh tərəfindən mühafizə zonası daxilində inşa edilmiş fərdi yaşayış evi, hasar və beton tökülməsi işlərinin aparılması faktıları aşkar edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiklərini, mütəxəssis rəyi ilə razı olduqlarını bildirmiş və məhkəmə baxış iclasında iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə müraciət etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci və 185.6-cı maddələrinə əsasən işə tərələrin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşdə olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı qarovul rəisi əvəzi X4 mühafizəçilər X1 və X2 tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli “Akt”dan görünür ki, xx.xx.2024-cü il tarixdə 4 nömrəli qarovulun 1-ci iş növbəsində saat 11:05-də 15-16 saylı postların ərazisində (ünvan 1) Sabunçu-Böyükşor Dş 200 mm-lik yerüstü neft kəmərinin 1.8 ci km-də, 39 T 0408912; ******* nömrəli koordinat üzrə kəmərə paralel, 2-ci sırada, kəmərdən təqribən 40 metr aralı məsafədə özünü ev sahibi kimi təqdim edən Cavabdeh tərəfindən köhnədən inşa edilmiş, hasarlanmış içərisində yaşayış olan evin həyətyanı sahəsinə giriş darvazası quraşdırmaq məqsədi ilə mövcud hasarın üzərinə beton kəmər verilməsi aşkar edilmişdir. Mühafizə zonası daxilində görülən işlərin qanunazidd olduğu həmin şəxsə izah edilərək, görülən işlərə həmçinin əlavə işlərin aparılmamasına dair yazılı xəbərdarlıq təqdim edilmiş və bununla bağlı ərazi üzrə icra nümayəndəsi Ceyhun adlı şəxsə saat 10:45-də məlumat verilmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və X6 Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 3-21-3-30/2-20186/2025 nömrəli, xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Sözügedən ərazinin (torpaq sahəsinin) koordinatları əlavə olunur. XY
1. 408916.011 4477481.684
2. 408927.018 4477480.309
3. 408924.849 4477464.222
4. 408910.349 4477467.238 Vahid elektron kadastr baza məlumatlarına əsasən ərazi bütövlüklə neft kəmərinin mühafizə zolağında yerləşir. Sahə Dövlət mülkiyyəti torpağıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1-ci hissəsində deyilir ki, dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarix-mədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları; dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşınsınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; dövlət ehtiyat fondu torpaqları. 46-cı maddəsinin 2-ci hissəsinə əsasən, göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. 84-cü maddəsinin 1-ci hissəsinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84-cü maddəsinin 3-cü hissəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111-ci maddəsinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.4-cü maddəsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş "İstismar olunan ixrac neft boru kəmərlərinin "Mühafizə Zonası"nın müəyyənləşdirilməsi Qaydaları"nın 4.1-ci bəndində göstərilir ki, ixrac neft boru kəmərlərinin istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə mühafizə zonası müəyyənləşdirir və ixrac neft boru kəmərlərinin marşrutu boyunca boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır. Sadalanan normalarının birgə təhlilindən görünür ki, magistral boru kəmərlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətindədir. Əhalinin təhlükəsizliyinin təmin olunması və neft boru kəmərlərinin istismarına lazımi şəraitin yaradılması üçün onların ətrafında mühafizə zonaları yaradılır. Mühafizə zonası boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi ilə məhdudlaşdırılır. Hazırkı işdən görünür ki, cavabdeh tərəfindən ünvan 2 ünvanında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçına məxsus neft məhsulu nəql olunan Sabunçu- Böyükşor Dş-200 mm-lik yerüstü neft kəmərinin 1.8-ci km-də, kəmərə paralel, 2-ci sırada, kəmərdən təqribən 40 metr aralı məsafədə, neft boru kəmərinin mühafizə zonasında fərdi yaşayış evi, hasar və beton tökülməsi işlərinin aparılması aşkar edilmişdir. Məhkəmə hesab edir ki, sözügedən tikili xüsusi mülkiyyət kimi dövlət qeydiyyatından keçmədiyindən, həmçinin sadalanan normalarının tələblərini pozularaq inşa edildiyindən və neft kəmərinə qulluq, o cümlədən istismar edilməsinə maneçilik yaratmaqla iddiaçının maraqlarına toxunduğundan, iddia təmin edilməli və həmin fərdi yaşayış evi, hasar və beton tökmə işlərinin özbaşına tikili sayılaraq, cavabdehin hesabına sökülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. İş materiallarında olan ödəniş tapşırığına əsasən mütəxəsis rəyinin alınması üçün 95 manat rüsum iddiaçı tərəfindən ödənilmişdir. 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia qaldırılması üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu və mütəxəssis rəyinin alınması üçün ödənilmiş 95 (doxsan beş) manat cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. 220.6-cı maddəsinə əsasən məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçınə məxsus neft məhsulu nəql olunan Sabunçu-Böyükşor Dş-200 mm-lik yerüstü neft kəmərinin 1.8 ci km-də, kəmərə paralel, 2-ci sırada, kəmərdən təqribən 40 metr aralı məsafədə neft kəmərinin mühafizə zonasında ünvan 3 ünvanında inşa edilmiş fərdi yaşayış evi, hasar və beton tökmə işləri Cavabdeh hesabına sökülsün. Mütəxəssis rəyinin alınması üçün ödənilmiş 95 (doxsan beş) manat və 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq, iddiaçı SOCAR-ın İddiaçı bank hesabına (Kapitalbank Xətai filialı: VÖEN:**********, H/h: AZ33AİİB********************, KOD: 200071, M/H: AZ37NABZ********************, SWİFT: AİİBAZ2X) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Ruslan Mirzəliyev