Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-35/2025 11.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər 4 saylı Bakı Cavabdeh1 Notariat Ofisinə, X3 və X7 qanuni nümayəndəsi Cavabdeh2 qarşı “vəsiyyətnamənin və vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və.s” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər 4 saylı Bakı Cavabdeh1 Notariat Ofisinə, X3 və X7 qanuni nümayəndəsi Cavabdeh2 qarşı “vəsiyyətnamənin və vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və.s” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X25 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli vəsiyyətnamənin və Bakı şəhəri 4 saylı Cavabdeh1 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2V-17, 2V-18, 2V-19, 2V-20 reyestr nömrəli Qanun üzrə və X23 hüququ haqqında şəhadətnamələrin və bu şəhadətnamələr əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların etibarsız hesab edilməsi, onun Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 23 A, mənzil 33- ə mülkiyyət hüququnun tanınması və Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsi, ev 91, mənzil 11-dən vərəsə kimi payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum anası X25 xx.xx.2021-ci il tarixində vəfat etmişdir. O, vəfat etdikdən 6 ay tamam olmasına az qalmış o, mərhum anasından miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması ilə əlaqədar 4 saylı Bakı "Asan Xidmət” Mərkəzində fəaliyyət göstərən notariat ofisinə müraciət etmişdir. Həmin notariat ofisinə müraciət etdikdən sonra məlum olmuşdur ki, mərhum anasının adına xx.xx.2021ci il tarixli V-629/2021 saylı vərəsəlik işi açılmışdır. Həmin vərəsəlik işi ilə əlaqədar bacısı Cavabdeh2 və Aynurənin qızı X10 xx.xx.2022-ci il tarixində Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 23A, mənzil 33 və ünvan 1 ünvanda yerləşən mənzillərə dair qanun üzrə və X23 hüququ haqqında şəhadətnamə verilmişdir. Həmçinin notariat ofisi tərəfindən ona verilən cavab da bu əmlaklara dair tam payda vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyi üçün ona həmin əmlaklardan payın verilməsinin mümkün olmadığı göstərilmişdir. Həmin bu vərəsəlik hüququ haqqında şəhadətnamələr qanunvericiliyin tələblərinin pozulması ilə tərtib edilmişdir. Belə ki, həm mərhum anası X25, həm də bacısı Cavabdeh2 uzun müddətdir ki, psixi xəstəlikdən əziyyət çəkirlər. Yəni onların hər biri müstəqil şəkildə özlərini idarə etmək qabiliyyətinə malik deyillər. Mərhum anası X25 uzun müddət psixiatrik xəstəxanada müalicə olunmuş və vəfat edən vaxtda psixoloji xəstəlikdən əziyyət çəkirdi. Bakı şəhəri 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının verdiyi xx.xx.2022-ci il tarixli 104 saylı arayışdan da görünür ki, mərhum anası Mərkəzi sinir sisteminin üzvü xəstəliyi nəticəsində şəxsiyyət dəyişikliyi diaqnozu ilə müalicə olunub. Həmçinin bacısı Cavabdeh2 F-23.3 kodu ilə davranış pozulmaqla uzunmüddətli (2 ildən çox) təzahür edən psixatrik hallar, özünükəsmələr diaqnozu ilə Psixiatriya kabinetində qeydiyyatda olmaqla İ qrup əlildir. Yəni həm bu miras əmlakın sahibi olan anası, həm də miras əmlak barədə vərəsəlik hüququ haqqında şəhadətnamə alan bacısı psixiatrik xəstə olduğu halda, notarius tərəfindən işin bu halları yoxlanılmamış və qeyri-qanuni olaraq bacısına vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Eyni zamanda notariat işinə baxdıqda notarius mərhum anasının ailə üzvləri barədə məlumatı "Elektron məhkəmə” sistemindən çıxarmış və həmin məlumatda da anasının övladı kimi onun adı da göstərilmişdir. Lakin əfsuslar olsun ki, notarius qanunvericiliyin tələb etdiyi tərzdə onu bu vərəsəlik işinə cəlb etməmiş və bununla da onun hüquqlarının pozulması üçün şərait yaratmışdır. Bir halda ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 167 saylı qərarı ilə təsdiq edilmiş Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimata əsasən notarius miras əmlak sahiblərinin qanun üzrə birinci qrupa daxil olan vərəsələrinin dairəsini müəyyən etməli və vərəsəlik işi barədə onları da məlumatlandırmalı idi. Eyni zamanda bu Təlimata əsasən notarius notariat əməliyyatlarının aparılmasında iştirak edən şəxslərin fəaliyyət qabiliyyətinin olmasını da müəyyən etməli idi. Lakin əfsuslar olsun ki, notarius tərəfindən Təlimatın bu tələbləri pozulmaqla, vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdehin adına rəsmiləşdirilmiş Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 23A, mənzil 33-ün ümumiyyətlə mərhum anasına heç bir aidiyyəti olmamışdır. Belə ki, həmin mənzil onun şəxsi vəsaiti hesabına özü üçün alınmışdır. Lakin o, birinci həyat yoldaşından ayrıldıqdan sonra aralarında müxtəlif mübahisələr olduğu üçün bu mənzili öz adına almağa ehtiyat etmişdir. Ona görə də yeganə insan olaraq anasına inandığı üçün həmin mənzili də onun adına rəsmiləşdirmişdir. Yəni bu mənzil rəsmiyyətdə anasının adına olsa da, faktiki olaraq onundur. Eyni zamanda digər bir miras əmlak olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsi, ev 91, mənzil 11-in mərhum anası tərəfindən xx.xx.2020-ci il tarixində bacısının qızı X10 öz iradəsi ilə vəsiyyət etməsi də qeyri-mümkündür. Belə ki, həmin bu vəsiyyətnamə tərtib edilən vaxt anası ağır psixi xəstəlikdən əziyyət çəkərək psixiatrik xəstəxanada, həmçinin ev şəraitində müalicə olunurdu. Təbii ki, belə bir vəziyyətdə onun öz hərəkətlərini müstəqil şəkildə dərk edərək öz iradəsini ifadə etmək imkanı olmamışdır. Lakin əfsuslar olsun ki, Cavabdeh2 onun bu vəziyyətindən sui-istifadə etmiş və belə bir qanunsuz vəsiyyətnamənin tərtib edilməsinə nail olmuşdur. Mərhum anasının bacısı Aynurə ilə münasibətləri daim gərgin olmuş və daim mübahisə etmişlər. Bunun təsdiqi kimi mərhum anasının bacısı Aynurəyə qarşı həmin bu mənzildən, yəni Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsi, ev 91, mənzil 11-dən istifadə hüququna xitam verilməsi barədə Bakı şəhəri Suraxanı rayon məhkəməsinə verdiyi iddia ərizəsini göstərmək olar. Bu iddia ərizəsi ilə əlaqədar həmin məhkəmədə 2(010)-6232/2019 saylı mülki iş olmuş və həmin mülki iş nəticəsində bacısı Aynurənin bu mənzildən istifadə hüququna xitam verilmişdir. Ondan sonra Aynurə məcbur olub faktiki yaşadığı evə daimi pasport qeydiyyatına düşmüşdür. Mərhum anası hələ sağlığında onların arasında hər hansı bir mübahisə olmasın deyə, bacısı Aynurəyə 2 ədəd mənzil alaraq vermişdir. Həmin mənzillərin alınmasında o da maddi cəhətdən köməklik göstərmişdir. Hal-hazırda bacısı Aynurə bu mənzillərdən birində yaşayır, digərini isə kirayə verərək gəlir əldə edir. Yəni bacısı Aynurəyə yetərincə qədər pay verilsə də, o, hal-hazırda mübahisə predmeti olan iki mənzilin ona məxsus olduğunu bilsə də, ondan gizli şəkildə notariat ofisinə gedərək vərəsəlik hüququ haqqında şəhadətnamələr almışdır. Yuxarıda sadaladığı bütün hadisələr, həm onun, həm də cavabdehin yaxın qohumları - dayısı X26, xalaları - X24, X20, X13 iştirakı və məlumatı ilə baş vermişdir. Yəni dayısı və xalaları həm mərhum anasının son iradə ifadəsindən, həm də aralarında olan bu məsələlərdən tam məlumatlıdırlar. Yuxarıda göstərdiyim vərəsəlik hüququ haqqında şəhadətnamələr həm qanunvericilik baxımından, həm də haqq-ədalət baxımından düzgün tərtib edilməmişdir. Ona görə də həmin şəhadətnamələr ləğv edilməlidir. Halhazırda hər iki mənzil mənim faktiki sahibliyindədir. Lakin cavabdeh ondan gizli şəkildə bu mənzilləri özünün və qızının adına keçirərək başqa şəxslərə satmaq istəyir. Bu faktın özü də cavabdeh tərəfindən qanunsuz və əsassız şəkildə hərəkət etdiyini göstərir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmiş və eyni zamanda bildirmişdir ki, sözügedən mənzillərin hər ikisi onun özünün istifadəsindədir. Anası öldüyü zaman sağ qalan vərəsələr o və bacısı Allahverdiyeva Aynur olmuşdur. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2025-cü il tarixdə iştirak edən cavabdeh X1 mənzillərin hazırda iddiaçının istifadəində olduğunu, həmin mənzillərdən birini karayə verdiyini, digərində isə iddiaçının yaşadığını bildirərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, tərəfin istinad etdiyi halları nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Bakı şəhəri Nərimanov rayon VVAQ şöbəsi tərəfindən verilmiş XV-ЖГ seriyalı 333047 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı ildə Bakı şəhərində anadan olmuş, atası X5, anası X9r. Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən 29 iyul 2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 205989 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X25 xx.xx.2021ci ildə vəfat etmişdir. Bakı şəhər 4 saylı Dövlət Notariat ofisi tərəfindən təqdim edilən 2V-17-20 nömrəli vərəsəlik işinə əlavə edilmiş xx.xx.2020-ci il tarixli X27 tərəfindən verilmiş vəsiyyətnamədən görünür ki, X27 bütün əmlakını ünvan 2 ünvanında qeydiyytda olan xx.xx.2009-cu il təvəllüdlü X10 vəsiyyət etmişdir. Azərbaycan Respublika Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2019-cu il tarixli çıxarışından görünür ki, Bakı şəhəri, ünvan 4 mənzil X17 mülkiyyətindədir. Azərbaycan Respublika Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2020-ci il tarixli çıxarışından görünür ki, Bakı şəhəri Nəsimi rayonu 4-cü mkr, Cavadxan (Gəncə xanı) küçəsi 23A nömrəli evin 33 nömrəli mənzili X17 mülkiyyətindədir. X7 05 oktyabr 2021-ci il tarixli ərizəsindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qafqaz küməsində yaçayan nənəsi X25 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Nənəsindən miras əmlakının tərkibinə daxil olan onun Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən mənzildən ona çatası hissəsyə dair X23 şahadətnaməsinin verilməsini xahiş etmişdir. Cavabdeh2 05 oktyabr 2021-ci il tarixli ərizəsindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qafqaz küçəsində yaşayan anası X25 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Anasının miras əmlakının tərkibinə daxil olan onun Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən mənzildən və Bakı şəhəri Nəsimi rayonu 4-cü mkr, Cavadxan (Gəncə xanı) küçəsi 23A nömrəli evin 33 nömrəli mənzildən ona çatası hissəsyə dair qanunu üzrə vərəsəlik şahadətnaməsinin verilməsini xahiş etmişdir. X23 Hüququ Haqqında 10 yanvar 2022-ci il tarixli 2V-17 nömrəli şəhadətnamədən görünür ki, 4 saylı Asan Xidmət Mərkəzi ofisi tərəfindən xx.xx.2020-ci il tarixdə təsdiq edilən və reyestrdə 549 nömrəsi ilə qeyd olunan vəsiyyətnamyə əsasən xx.xx.2021-ci il tarixdə vəfat etmiş X17 vəsiyyətnamədə göstərdiyi əmlakının vərəsəsi ½ hissədə X11r. Şəhadətnamə verilən miras əmlakı- Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Qurbanov Cəlal küçəsi 91 nömrəli evin 11 nömrəli mənzildən ibarətdir. X23 Hüququ Haqqında 10 yanvar 2022-ci il tarixli, 2V-20 nömrəli şəhadətnamədən görünür ki, 4 saylı Asan Xidmət Mərkəzi ofisi tərəfindən xx.xx.2020-ci il tarixdə təsdiq edilən və reyestrdə 549 nömrəsi ilə qeyd olunan vəsiyyətnamyə əsasən xx.xx.2021-ci il tarixdə vəfat etmiş X17 vəsiyyətnamədə göstərdiyi əmlakının vərəsəsi ½ hissədə X11r. Şəhadətnamə verilən miras əmlakı- Bakı şəhəri Nəsimi rayonu, Cavadxan küçəsi, 23A nömrəli evin 33 nömrəlii mənzildən ibarətdir. X37 Hüququ Haqqında 10 yanvar 2022-ci il tarixli 2V-18 nömrəli şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X17 vərəsələri Cavabdeh2dır. O miras əmlakdan ½ hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlakı-Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Qurbanov Cəlal küçəsi 91 nömrəli evin 11 nömrəli mənzildən ibarətdir. X37 Hüququ Haqqında 10 yanvar 2022-ci il tarixli 2V-19 nömrəli şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X17 vərəsələri Cavabdeh2dır. O miras əmlakdan ½ hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlakı- Bakı şəhəri Nəsimi rayonu, Cavadxan küçəsi, 23A nömrəli evin 33 nömrəlii mənzildən ibarətdir. 4 saylı Bakı "ASAN XİDMƏT" Mərkəzində Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 193 nömrəli məktubundan görünür ki, xx.xx.2021 -ci il tarixdə vəfat etmiş ananız X17 adına xx.xx.2021-ci il tarixdə V-629/2021 saylı vərəsəlik işi açılmışdır. Vərəsə qızı X4 və nəvəsi X12 xx.xx.2022 -ci il tarixdə 2V-17. 2V-18, 2V-19, 2V-20 reyestr №-li Bakı şəhəri, Nəsimi rayonu. Cavadxan(Gəncəxanı)kiiçəsi.ev 23a, mənzil 33 və ünvan 6 ünvanında yerləşən mənzillərə dair Qanun üzrə və X23 hüququ haqqında şəhadətnamə verilmişdir. Onlara tam payda Vərəsəlik Hüquqi haqqında şəhadətnamə verildiyindən Sizə Şəhadətnamə verilməsi mümkün deyil. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator kitabçasından çıxarışdan görünür ki, 1955-ci il təvəllüdlü X25 xx.xx.2019-cu il tarixdə Psixoz xəstəlik diqnozu ilə xəstəxanaya yerləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator kitabçasından çıxarışdan görünür ki, 1955-ci il təvəllüdlü X25 xx.xx.2021-cu il tarixdən xx.xx.2021-ci il tarixədək “üzvü (damar mənşəli) psixi pozuntu diqanozu ilə xəstəxanaya yerləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 4844 nömrəli ekspertiza rəyindən görünür ki, X17 ambulator müşahidədə olduğu “MSS-nin üzvi xəstəliyi nəticəsində şəxsiyyət dəyişikliyi” diaqnozu şəxsi öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idərə etmək qabiliyyətindən məhrum etmir. Beləliklə, tibbi sənədlərin təhlilinə əsasən belə ehtimal etmək olar ki, X18 müəyyən edilmiş psixi pozuntular onu 17 sentyabr 2020-ci ildə öz hərəkətlərinin mənasını başa düşməsinə və ya onlara rəhbərlik etməsinə mane ola bilməzdi. Mənzil Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 137 saylı Mənzil Kommunal İstismar Sahəsinin 163 nömrəli 04 mart 2025-ci il tarixli arayışından görünür ki, İddiaçı Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Qurbanov Cəlal küçəsi 91 nömrəli evin 11 nömrəli mənzildə qeydiyyatsız yaşayır. xx.xx.2025-ci il tarixdə İddiaçı oğli ilə X28 arasında tərəflərin kirayə müqaviləsi adlandırdığı müqavilədən görünür ki, Cavadxan küçəsi 23 A nömrəli evin 33 nömrəli mənzili 1 il müddətinə aylıq 500 manata X6 verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3-cü maddəsinə əsasən Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 346.1-ci maddəsinə əsasən, Fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. . Həmin Məcəllənin 342.3-ci maddəsinə əsasən şüurun itməsi və ya müvəqqəti psixi pozuntu zamanı edilmiş iradə ifadəsi etibarsız sayıla bilər. Maddə 1133.1. Əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir Maddə 1134.1. X37 zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1.1. 1-ci növbədə – Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Maddə 1243.1-1243.3. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfındən qəbul edilmiş sayılır; Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası qəbul etmişdir. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddə 1322. Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay X37 zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Maddə 1196. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Maddə 1202.1 Məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. Maddə 1273-1. Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Maddə 1262. Əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. 31.Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1256 Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Məhkəmə ilk növbədə iddia tələbinin “X25 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı məhkəməyə müraciət edərək anasının psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasının dərk etmək iqtidarı olmadığını bu səbəbdəndə onun xx.xx.2020-ci il tarixdə vermiş olduğu vəsiyyatnaməsinin etibarsız hesab edilməsini xahiş etsədə, məhkəmənin təyin etmiş olduğu psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 4844 nömrəli rəyindən görünür ki, X18 müəyyən edilmiş psixi pozuntular onu 17 sentyabr 2020-ci ildə öz hərəkətlərinin mənasını başa düşməsinə və ya onlara rəhbərlik etməsinə mane ola bilməzdi. Belə olan halda məhkəmə hesab edir ki, X25 tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün əsaslar mövcud olmadığından iddia tələbi bu hissədə təmin edilə bilməz. Bundan sonra məhkəmə iddia tələbinin “Bakı şəhəri 4 saylı Cavabdeh1 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2V-17, 2V-18, 2V-19, 2V-20 reyestr nömrəli Qanun üzrə və X23 hüququ haqqında şəhadətnamələrin və bu şəhadətnamələr əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların etibarsız hesab edilməsi, onun Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 23 A, mənzil 33- ə mülkiyyət hüququnun tanınması və Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsi, ev 91, mənzil 11-dən vərəsə kimi payının müəyyən edilməsi” hissəsinə münasibət bildirərək qeyd edir ki, mülki işin hallarından görünür ki,mərum X25 xx.xx.2020-ci il tarixli vəsiyyatnamə ilə mülkiyyətində olan əmlakı nəvəsi X10 vəsiyyət etsədə, mülki işin hallardan məlum olur ki, X25 xx.xx.2020-ci il tarixli vəfat etdikdən sonra onun vəsiyyatnam üzrə vərəsəsindən başqa məcburi pay hüququ olan birinci növbədən iki vərəsəsidə olmuşdur-İddiaçı və cavabdeh X8. Lakin vərəsəlik işindən görünürki, notarius ofsində qanuni və vəsiyyətnamə üzrə vərəsələrin pay müəyyən edilərkən, məcburi pay hüququ olan İddiaçı payı gözlənilməmiş, digər iki vərəsə arasında paylar bərabər qaydada bölünmüşdür. Lakin işin hallarındanda görünür ki, məcburi pay hüququ olan vərəsə İddiaçı miras əmlakından imtina etməmişdir. Həmçinin tərəflərin vermiş olduğu izahtlaraından da görünür ki, iddiaçı miras əmlakı olan hər iki mənzili faktiki qəbul etmişdir. İddiaçı eyni zamda miras əmlakını faktiki qəbul etmək ilə yanaşı bunu rəsmiləşdirmək üçün notariat ofisini müraciə etsədə notariat ofisi artıq miras əmlak tam şəkildə bölüşdürdüyündən iddiaçıya məcburi pay hüququnundan imtina etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının miras əmlaklarda pay hüququ olduğundan cavabdehlərə verilmiş qanuni və X23 şəhadətnamələr etibarsız hesab edilməli, iddiaçının miras əmlak olar hər iki mənzillərin ¼ hissəsinə pay hüququ tanınmalıdır. Bundan sonra məhkəmə iddia tələbinin çıxarışın etibarsız hesab edilməsi hissəsinə münasibət bildirərək qeyd edirki, sözügedən şəhadətnamələr əsasında çıxarışın verilməsi məhkəmədə müəyyən edilmədiyindən iddiatələbi həmin hissəsdə təmin edilə bilməz. Beləki, Mirasda məcburi pay – vərəsəlik hüququnun sosial-iqtisadi və əxlaqi yükü (dəyəri) olan ənənəvi hissəsidir. Mirasda məcburi payın anlayışı və ona hüququ olan subyektlərin dairəsi Mülki Məcəllənin 1193-cü maddəsində öz əksini tapmışdır. Həmin maddəyə müvafiq olaraq, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay X37 zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Mirasda məcburi pay hüququ məcburi vərəsələrə (vəsiyyət edənin uşaqları, valideynləri və arvadına (ərinə)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq həcmi qanunvericiliklə müəyyən edilmiş qaydada verilən minimum pay haqqıdır. Konstitusiya Məhkəməsi dəfələrlə vərəsəlikdə məcburi pay institutu ilə bağlı normaları ətraflı şəkildə təhlil edərək bu institutun mahiyyətinin və cəmiyyətin həyatında rolunun açıqlanmasına dair bir sıra qərarlar qəbul etmişdir. Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyə görə, məcburi pay institutunun göstərilən qaydada təsbit olunması vəsiyyət etmə və varis olma hüququnun sosial ədalət baxımından hədlərinin (sərhədlərinin) olması ilə əlaqədardır. Belə ki, Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edən vəsiyyətnamə əsasında bu şəxsləri mirasdan məcburi pay almaq hüququndan məhrum edə bilməz. Mülki Məcəllənin 1193-cü maddəsində məcburi pay hüququ olan şəxslərin dairəsini bu cür müəyyən etməklə, yəni qanun üzrə vərəsələrdən məhz birinci növbə vərəsələri göstərməklə, qanunverici ailə münasibətlərinin qorunub saxlanması və himayə edilməsi məqsədini güdür (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2011-ci il 20 oktyabr tarixli Qərar). Qanun üzrə vərəsələrdən, birinci növbə vərəsələrin mirasda məcburi pay hüququ – vəsiyyətnamə ilə bağlı deyil və onların hüquqlarının pozulması nəticəsində yaranan, birtərəfli qaydada dəyişdirilməsi mümkün olmayan, icrası məcburi xarakter daşıyan subyektiv hüququdur. Qanunun yuxarıda açıqlanan mənasından aydın olur ki, hazırkı işdə miras qoyanın 2 uşağının məcburi pay hüququ vardır, məcburi pay müəyyənləşdirilən zaman isə əgər vəsiyyətnamə olmasaydı, X37 zamanı miras almağa çağrıla biləcək vərəsələrin hamısının sayı nəzərə alınmalıdır. “Notariat Haqqında” Azərbaycan Respublikası Qanununa əsasən açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər (maddə 55). Notarius X23 hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır (60-cı maddə). Göründüyü kimi qanunda miras haqqında vərəsələrə xəbər verilməsi, məcburi pay hüququ olan şəxslərin dairəsinin yoxlanılması notariuslara həvalə olunmuşdur. Yəni, qanunvericilik yalnız notariusa ərizə ilə müraciət edən vərəsələrlə kifayətlənməyərək bütün vərəsələrin məlumatlandırılması, eyni zamanda hazırkı işdəki kimi vəsiyyətnamə olduğu halda məcburi pay hüququ olan şəxslərin dairəsinin yoxlanılmasını da notariuslardan tələb etmişdir. Belə olan halda məhkəmə cavabdeh notariusun yalnız ona müraciət edən 2 vərəsə ilə kifayətlənməsini əsaslı hesab etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. X10 verilmiş X23 Hüququ Haqqında 10 yanvar 2022-ci il tarixli 2V-17 nömrəli və 2V-20 nömrəli şəhadətnamələr etibarsız hesab edilsin. Cavabdeh2 verilmiş X36 Hüququ Haqqında 10 yanvar 2022-ci il tarixli 2V-18 nömrəli və 2V-19 nömrəli şəhadətnamələr etibarsız hesab edilsin. Miras əmlakı olan Bakı şəhəri, ünvan 4 mənzilə X7 1/2 hissəsinə vəsiyyətnamə üzrə payı, Cavabdeh2 1/4 hissəsinə məcburi payı və İddiaçı ¼ hissəsinə məcburi payı müəyyən edilsin Miras əmlakı olan Bakı şəhəri Nəsimi rayonu 4-cü mkr, Cavadxan (Gəncə xanı) küçəsi 23A nömrəli evin 33 nömrəli mənzilə X7 1/2 hissəsinə vəsiyyətnamə üzrə payı, X2 1/4 hissəsinə məcburi payı və İddiaçı ¼ hissəsinə məcburi payı müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-35/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-35/2025
11.03.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver