Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3515/2024 20.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Cəfərli Nilufər Arif qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul tələbinə» dair iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, Apple Watch 8 Qol Saatı üçün 1337.04 (min üç yüz otuz yeddi manat dörd qəpik) manat ödənilməmiş hissə, 133.96 (yüz otuz üç manat doxsan altı qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən İmei kod **********54160 Samsung Galaxy A13 markalı telefon, Earbuds LG qulaqlıq, X1, SBS qulaqlıq üçün 931.14 (doqquz otuz bir manat on dörd qəpik) manat ödənilməmiş hissə, 93.86 (doxsan üç manat səksən altı qəpik) manat cərimə; xx.xx.2023ci il tarixli müqaviləsinə əsasən Samsung Watch 5 qol Saatı üçün 499.06 (doqquz yüz doxsan doqquz manat altı qəpik) manat ödənilməmiş hissə, 49.94 (qırx doqquz manat doxsan dörd qəpik) manat cərimə; xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən İmei kod **********40189 Xıaomı Poco C40,X2 2 qol saat Huaweı band 7 qol saat üçün 543 (beş yüz qırx üç) manat ödənilməmiş hissə, olmaqla, 54 (əlli dört) manat ümumilikdə 3642 (üç min altı yüz qırx iki) manat borcun və 56.42 (əlli altı manat qırx iki qəpik) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-ci il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Cavabdeh "xxxx" MMC-dən Apple Watch 8 Qol Saatı, xx.xx.2022-ciil tarixli müqavilə ilə Samsung Galaxy A13 markalı telefon, Earbuds LG qulaqlıq, X1, SBS qulaqlıq , xx.xx.2023-ci il tarixli müqavilə ilə Samsung Watch 5 qol Saatı, xx.xx.2023-ci il tarixli müqavilə ilə İmei kod **********40189 Xıaomı Poco C40,X2 2 qol saat Huaweı band 7 qol saat almış və onların dəyərini ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür; -"xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə cədvəlindən müəyyən edilir ki, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən alqı-satqı qiyməti 1337.04 (min üç yüz otuz yeddi manat dörd qəpik) manat olan Apple Watch 8 Qol Saatı üçün cəmi ödənilən məbləğ 0 manat, ödənilməmiş əsas borc 1337.04 (min üç yüz otuz yeddi manat dörd qəpik), cərimə borcu 133.96 (yüz otuz üç manat doxsan altı qəpik) manat olmaqla, ümumi ödənilməmiş borc cəmi 1471 (min dörd yüz yetmiş bir); xx.xx.2022ciil tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1525.14 (min beş yüz iyirmi beş manat on dörd qəpik) manat olan İmei kod **********54160 Samsung Galaxy A13 markalı telefon,Earbuds LG qulaqlıq,X1,SBS qulaqlıq üçün cəmi ödənilən məbləğ 594 manat, ödənilməmiş əsas borc 931.14, cərimə borcu 93.86 manat olmaqla, ümumi ödənilməmiş borc cəmi 1025 manat; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən alqısatqı qiyməti 642.06 manat olan Samsung qol saatı üçün cəmi ödənilən məbləğ 143 manat, ödənilməmiş əsas borc 499.06 (doqquz yüz doxsan doqquz manat altı qəpik) manat, cərimə borcu 49.94 (qırx doqquz manat doxsan dörd qəpik) manat olmaqla, ümumi ödənilməmiş borc cəmi 549 manat; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMCdən alqı-satqı qiyməti 864 manat olan Xıaomı Poco C40,X2 2 qol saat Huaweı band 7 qol saat üçün cəmi ödənilən məbləğ 321 manat, ödənilməmiş əsas borc 543 manat, cərimə borcu 54 manat olmaqla, ümumi ödənilməmiş borc cəmi 597 manat təşkil edir. -xx.xx.2023-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Apple Watch 8 Qol Saatıin aylıq ödəniş məbləği 111.42 manat; xx.xx.2022-ciil tarixli ödəniş cədvəlindən görünür ki, İmei kod **********54160 Samsung Galaxy A13 markalı telefon,Earbuds LG qulaqlıq,X1,SBS qulaqlıq un aylıq ödənişi 84.73 manat; xx.xx.2023-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Huawei P Smart Z , XİAOMİ Mİ camera aylıq ödənişi 35.67 manat; xx.xx.2023-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Huawei P30 Lite markalı telefon , 2 ədəd Mİ REDMİ AİRDOTS aylıq ödənişi 72 manat təşkil edir. -"xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-ci il tarixli məktubdan görünür ki, cavabdeh, müqavilənin şərtlərini pozaraq, müqavilədə göstərilən vaxt və qaydaya əməl etmədiyi üçün tərəflər arasında bağlanmış müqavilənin şərtinə uyğun olaraq əlavə peniya hesablanmışdır. Hesblanmış peniya məbləğini qısa zamanda ödəmədiyi halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin, 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2- 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata kecirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi, Cavabdeh xx.xx.2023, xx.xx.2022, xx.xx.2023 və xx.xx.2023-ci il tarixli müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranan əsas borcu və cərimə borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119, 284-5 və 284.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən 1337.04 (min üç yüz otuz yeddi manat dörd qəpik) manat ödənilməmiş hissə borcu,133.96 (yüz otuz üç manat, doxsan altı qəpik) manat cərimə borcu, xx.xx.2022-ciil tarixli müqaviləyə əsasən 931.14 (doqquz yüz otuz bir manat, on dört qəpik) manat ödənilməmiş hissə, 93.86 (doxsan üç manat səksən altı qəpik) manat cərimə borcu, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən 499.06 (doqquz yüz doxsan doqquz manat altı qəpik) manat ödənilməmiş hissə, 49.94 (qırx doqquz manat doxsan dörd qəpik) manat cərimə borcu, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən 543 (beş yüz qırx üç) manat ödənilməmiş hissə borcu, 54 (əlli dört) manat cərimə borcu olmaqla, cəmi 3642 (üç min altı yüz qırx iki) manat məbləğində pul və 56.42 (əlli altı manat qırx iki qəpik) manat dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada alındığı gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-3515/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3515/2024
20.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver