Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3520/2024 04.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul tələbinə» dair iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, APPLE MACBOOK PRO 13 kompüter üçün 3247.52 (üç min iki yüz qırx yeddi manat, əlli iki qəpik) manat ödənilməmiş hissə, 979.28 (doqquz yüz yetmiş doqquz manat, iyirmi səkkiz qəpik) manat dəbbə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, PLAYSTATİON 5, PS5 oyun pultu üçün, 1074.82 (min yetmiş dörd manat, səksən iki qəpik) manat ödənilməmiş hissə, 316.88 (üç yüz on altı manat, səksən səkkiz qəpik) manat dəbbə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, PLAYSTATİON 5 üçün 1040.14 (min qırx manat, on dörd qəpik) manat ödənilməmiş hissə, 309.36 (üç yüz doqquz manat, otuz altı qəpik) manat dəbbə borcu; ümumilikdə 6968 manat borc, 89.68 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən, APPLE MACBOOK PRO 13 kompüter, PLAYSTATİON 5, PS5 oyun pultu, PLAYSTATİON 5 almış və nəticədə 6968 (altı min doqquz yüz altmış səkkiz) manat borc yaranmışdır. xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 4244.08 (dörd min iki yüz qırx dörd manat, səkkiz qəpik) manat (18 ay x 204.76 manat + 558.40 manat ilkin ödəniş) olan APPLE MACBOOK PRO 13 kompüter üçün ümumilikdə, 4226.8 (dörd min iki yüz iyirmi alıtı manat, səksən qəpik) manat olmaqla ondan, 3247.52 (üç min iki yüz qırx yeddi manat, əlli iki qəpik) manat ödənilməmiş hissə, 979.28 (doqquz yüz yetmiş doqquz manat, iyirmi səkkiz qəpik) manat dəbbə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1735.92 (min yeddi yüz otuz beş manat, doxsan iki qəpik) manat (18 ay x 96.44 manat + 0 manat ilkin ödəniş) olan PLAYSTATİON 5, PS5 oyun pultu üçün ümumilikdə, 1391.70 (min üç yüz doxsan bir manat, yetmiş qəpik) manat olmaqla ondan, 1074.82 (min yetmiş dörd manat, səksən iki qəpik) manat ödənilməmiş hissə, 316.88 (üç yüz on altı manat, səksən səkkiz qəpik) manat dəbbə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1533.94 (min beş yüz otuz üç manat, doxsan dörd qəpik) manat (18 ay x 86.33 manat + 0 manat ilkin ödəniş) olan PLAYSTATİON 5 üçün ümumilikdə, 1349.50 (min üç yüz qırx doqquz manat, əlli qəpik) manat olmaqla ondan, 1040.14 (min qırx manat, on dörd qəpik) manat ödənilməmiş hissə, 309.36 (üç yüz doqquz manat, otuz altı qəpik) manat dəbbə borcu yaranmışdır. Hazırki vaxta kimi ödənilmiş məbləğ 2171.46 manat təşkil edir. Aralarında bağlanılmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbinin məzmununa uyğun izahat verərək, tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilələr və onlara əlavələrdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən qiyməti 4244,08 manat olan APPLE MACBOOK PRO 13 kompüteri, ayda 204,76 manat ödəmək şərti ilə 18 ay müddətinə; qiyməti 1735,92 manat olan olan PLAYSTATİON 5, PS5 oyun pultunu ayda 96,44 manat ödəmək şərti ilə 18 ay müddətinə; qiyməti 1533,94 manat olan PLAYSTATİON 5-i ayda 86,33 manat ödəmək şərti ilə 18 ay müddətinə almışdır. "xxxx" MMC tərəfindən verilmiş 19 mart 2024-cü il tarixli maliyyə cədvəlindən müəyyən edilir ki, cavabdehin həmin tarixədək iddiaçıya xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilələr üzrə cəmi 6968 manat məbləğində borcu vardır. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh borca görə öhdəliklərin icrasının həyata keçirməsi qanunla müəyyən olunmuş qaydada tələb olunmuşdur. Müqavilə üzrə öhdəliklərini icra etmədiyi təqdirdə qanunla müəyyən olunmuş qaydada məhkəməyə müraciyət ediləcəyi barədə xəbərdar edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin, 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata kecirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi cavabdeh müqavilələr üzrə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimələrin cavabdeh borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cəriməyə görə cavabdehdən xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 97,90 (doxsan yeddi manat, doxsan qəpik) manat dəbbə pulu; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 31,60 (otuz bir manat, altmış qəpik) manat dəbbə pulu; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 30,90 (otuz manat, doxsan qəpik) manat dəbbə pulu tutulmalıdır. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaya etiraz etməyərək, tələbi qəbul etdiyini və həmin borc məbləğinin 4 ilə bölünərək hissəhissə ödəyə biləcəyini bildirmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 3247,52 (üç min iki yüz qırx yeddi manat, əlli iki qəpik) manat ödənilməmiş hissə, 97,90 (doxsan yeddi manat, doxsan qəpik) manat dəbbə pulu; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 1074,82 (min yetmiş dörd manat, səksən iki qəpik) manat ödənilməmiş hissə, 31,60 (otuz bir manat, altmış qəpik) manat dəbbə pulu; xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1040,14 (min qırx manat, on dörd qəpik) manat ödənilməmiş hissə, 30,90 (otuz manat, doxsan qəpik) manat dəbbə olmaqla, cəmi 5522,88 (beş min beş yüz iyirmi iki manat, səksən səkkiz qəpik) manat borc pul tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, dövlət rüsumunun ödənilməsi hissəsində də qismən təmin edilərək 75,22 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 3247,52 (üç min iki yüz qırx yeddi manat, əlli iki qəpik) manat ödənilməmiş hissə, 97,90 (doxsan yeddi manat, doxsan qəpik) manat dəbbə pulu; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 1074,82 (min yetmiş dörd manat, səksən iki qəpik) manat ödənilməmiş hissə, 31,60 (otuz bir manat, altmış qəpik) manat dəbbə pulu; xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1040,14 (min qırx manat, on dörd qəpik) manat ödənilməmiş hissə, 30,90 (otuz manat, doxsan qəpik) manat dəbbə olmaqla, cəmi 5522,88 (beş min beş yüz iyirmi iki manat, səksən səkkiz qəpik) məbləğində pulun və 75,22 (yetmiş beş manat iyirmi iki qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №e-2(008)-3520/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3520/2024
04.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver