Məhkəmə qərarları › İş №e-2(008)-3535/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3535/2024

31.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3535/2024 31.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X4katibliyi, İddiaçı, Tərcüməçi Axund-zadə Ayşən Elimxan qızının iştirakı ilə, İddiaçı Barisovna cavabdeh Bakı şəhəri 17 saylı Notariat ofisinə qarşı maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 olmaqla “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi: xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 17 saylı Notariat ofisində V-316/2023 nömrəli vərəsəlik işi üzrə 2V-41 və 2V-42 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və ünvan 1 ünvanda yerləşən əmlakın ünvan 2at ofisində aparılan alqısatqı müqaviləsinin ləğv edilərək əmlakların hüquqi rejiminin vərəsəlik şəhadətnamələrinin verilməsindən əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş qohumu X1 Bakı şəhəri, Suraxanı rayonu, Bül-bülə qəsəbəsi, İ.Məmmədov küçəsi, ev 2, m 6 və Bakı şəhəri, ünvan 3 ünvanda olan miras əmlakına saxta sənədlər əsasında guya əri qismində vərəsəsi Ukrayna Respublikası vətəndaşı Voznyuk Valeriy adlı şəxsin nümayəndəsi Maraqlı şəxs1 vasitəsilə tam hissədə payçı tanınaraq xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 17 saylı Notariat ofisində V-316/2023 nömrəli vərəsəlik işi üzrə 2V-41 və 2V-42 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamələr verilmişdir. Vərəsəlik işinin subyektiv hüququ olmayan şəxsin adına açılması barədə iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə 17 saylı Notariat ofisinə müraciət olunmuş, həmin əmlaklar üzərində mübahisə olması, mərhumla qohumluq əlaqələri barədə məhkəmədə iddia qaldıracağı məlumatlarını çatdırmış, bu səbəbdən vərəsəlik şəhadətnaməəsi verilməsinin dayandırılmasını xahiş etmişdir. Notarius tərəfindən iddiaçının müraciəti rəsmi olaraq qeydə alınmış, qanunvericiliyin tələblərinə müvafiq olaraq 10 günlük müddət gözlənilmiş, xx.xx.2024-cü il tarixdə şəhadətnamələr verilmişdir (müraciət və şəhadətnamələrin surəti ərizəyə əlavə edilir). Vərəsəlik üçün notariusa müraciət edən Voznyuk Valeriy və nümayəndəsi Maraqlı şəxs1 birincinin faktiki olaraq X2 ilə heç bir nikahı olmamasını bildikləri halda, notariusu aldatmaq üçün saxta əsaslarla “X3” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi və "Elektron notariat" informasiya sisteminə yerləşdirilmiş nikah qeydinə əsaslanmış, bu barədə notariusa xx.xx.2024- cü il tarixli nikah barədə arayışı təqdim etmişlər. Həmin arayışda göstərilən xx.xx.1986-cı il tarixli 599 saylı nikah aktı qeydi tamamilə səhvdir, ilkin sənədlərdə belə nikah qeydə alına bilməz. Çünki mərhum X2 mənim qohumumdur və onun Voznyuk Valeriy ilə heç bir qohumluq əlaqəsi olmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı Barisovna məhkəməyə təqdim olunmuş iddia ərizəsini müdafiə edərək, vərəsəlik haqqında şəhadətnamənin və alqı-satqı müqaviləsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlərə və maraqlı şəxslərə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. İş materiallarına istinad: İddia ərizəsi xx.xx.2024-cü il tarixdə Sabunçu Rayon Məhkəməsinə daxil olmuşdur. Voznyuk Valeriy xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 17 saylı notariat ofisinə müraciət edərək X1 xx.xx.2023-cü il tarixdə öldüyünü, ondan miras qalmış əmlaka dair vərəsəliyi qəbul etdiyini, həmin əmlaklara dair ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Voznyuk Valeriy Bakı şəhəri 17 saylı notariat ofisinə onunla X2 arasında olan xx.xx.1986-cı il tarixli 599 nömrəli nikah haqqında qeydi təqdim etmişdir. xx.xx.2024-cü il tarixdə cavabdeh (Voznyuk Valerinin nümayəndəsi) Maraqlı şəxs1 Bakı şəhəri 17 saylı notariat ofisinə ərizə ilə müraciət edərək xx.xx.2023-cü il tarixdə vəfat etmiş ünvan 4 ünvanda qeydiyyatda olmuş X1 adında qalmış ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 63.2 kv.m olan mənzildən və ünvan 6 ünvanda yerləşən ümumi sahəsi 43 kv.m olan mənzillərin olduğunu, həmin əmlaklara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli 2V-41 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Voznyuk Valerinin X1 vərəsəsi qismində miras əmlakdan tam hissədə pay almalı olması qeyd edilmişdir. xx.xx.2024-cü il tarixli 2V-42 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Voznyuk Valerinin X1 vərəsəsi qismində miras əmlakdan tam hissədə pay almalı olması qeyd edilmişdir. Daşınmaz əmlakın alqı-satqısına dair xx.xx.2024-cü il tarixli AN-İ ******* nömrəli müqavilədən görünür ki, Voznyuk Valeriy nümayəndəsi Maraqlı şəxs1 vasitəsilə qanun üzrə vərəsəlik qaydasında ona keçmiş ünvan 7 ünvanda yerləşən ümumi sahəsi 43 kv.m olan mənzili 50.000,0 manat (əlli min) qiymətə Maraqlı şəxs2 satmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin hüquqi qiymətləndirməsi: Məhkəmə iş materiallarında olan sübutları tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Nəsimi rayon Qeydiyyat şöbəsinin “X3” AQİS-dən çıxarışda saxta şəkildə Voznyuk Valeriy və X2 arasında nikahın olması barədə qeydin yerləşdirilmiş, həmin qeyd əsasında xx.xx.2024-cü il tarixdə 17 saylı Notariat Ofisində miras əmlak vərəsəlik qaydasında qəbul edilmiş, vərəsəlik haqqında şəhadətnamə alınmışdır. Voznyuk Valeriy və X2 arasında olan nikah haqqında akt qeydi akt qeydləri kitabında aşkar olunmamışdır. Qeyd edilən akt qeydi sistemə bilərəkdən yerləşdirilməsi vərəsə olmayan şəxsin əmlaka yiyələnmək üçün şərait yaradılması məqsədilə edilmişdir. Göründüyü kimi hüququ olmayan şəxs tərəfindən əldə edilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında daşınmaz əmlak üzərində mülkiyyət hüquqları əldə edilməklə, həmin əmlakın alqı-satqısı həyata keçirilmişdir. Məhkəmə iş materiallarından görünür ki, cavabdeh Maraqlı şəxs2 ilə Voznyuk Valeriy (nümayəndəsi Maraqlı şəxs1 vasitəsilə) arasında bağlanmış müqavilə tərəflərin razılaşması əsasında ləğv edilmiş, ödənilmiş 50.000,0 manat məbləğində vəsait cavabdehə qaytarılmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 17 saylı Notariat ofisində V-316/2023 nömrəli vərəsəlik işi üzrə 2V-41 və 2V-42 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri və ünvan 1 ünvanda yerləşən əmlakın ünvan 2at ofisində aparılan alqısatqı müqaviləsinin ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar