Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3578/2025 13.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15 aprel 2023-cü tarixli MAS-5859 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 10 yanvar 2025-ci il tarixə 896.49 manat gecikdirilmiş əsas, 486.01 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 468.93 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “Khazar LD” minik markalı, 77- AD-568 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 693.74 manat, ümumilikdə 2545.17 manat borc və ödənilmiş 45.46 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə X2 arasında bağlanmış 15 aprel 2023-cü il tarixli MAS-5859 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2023-cü il buraxılışlı, “Khazar LD” minik markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 18% hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 467.06 manat, ümumilikdə isə 25619 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 25619 manatın 19100 manatı əsas məbləğ təşkil edir. 14 dekabr 2023-cü il tarixdə X2, X7 və İddiaçı MMC arasında MAS- 5859 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və 15 aprel 2023-cü il tarixli MAS-5859 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri N.Hüseynov öz üzərinə götürmüşdür. 04 yanvar 2021-ci il tarixdə X7, X3 və İddiaçı MMC arasında MAS-5859 saylı “öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 15 aprel 2023-cü il tarixli MAS- 5859 saylı “daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri N.Hüseynov öz üzərinə götürmüşdür. 26 fevral 2024-cü il tarixdə X3, X7 və İddiaçı MMC arasında MAS-5859 saylı “öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və 15 aprel 2023-cü il tarixli MAS-5859 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri N.Hüseynov öz üzərinə götürmüşdür. 02 mart 2024-cü il tarixdə X7, Cavabdeh və İddiaçı MMC arasında MAS-5859 saylı “öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 15 aprel 2023-cü il tarixli MAS-5859 saylı “daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan, “Khazar LD” minik markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobil 10 yanvar 2025-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 693.74 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh MAS-5859 saylı “daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 10 yanvar 2025-ci il tarixə ümumilikdə 1851.43 manat məbləğində gecikmə borcu yaranmışdır. Daxili lizinq müqaviləsi və “ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. İddiaçı MMC-nin nümayəndəsi X4 məhkəməyə xx.xx.2025-ci il tarixli ərizə ilə müraciət edərək, işə iştirakları olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı MMC ilə X2 arasında bağlanmış MAS-5859 saylı 15 aprel 2023-cü il tarixli daxili lizinq müqaviləsindən və həmin müqaviləyə 1 №-li Əlavədən görünür ki, lizinq verən İddiaçı MMC “Khazar LD” minik markalı, NVAW01HHFPE671061 Ban nömrəli, qara rəngli avtomobili 48 ay müddətinə lizinq alan X1 müvəqqəti sahiblik və istifadəsinə vermiş, sonuncu isə müqavilənin ayrılmaz hissəsi olan 3 №-li Əlavəyə müvafiq olaraq lizinq ödənişlərini lizinq verənə mütəmadi olaraq ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2023-cü il tarixli lizinq obyektinin təhvil-təslim aktından görünür ki, X2 lizinq obyekti olan “Khazar LD” minik markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFPE671061 Ban nömrəli, qara rəngli avtomobili təhvil almışdır. - İddiaçı MMC ilə X2, X7 arasında bağlanmış MAS-5859 saylı 14 dekabr 2023-cü il tarixli öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, 15 aprel 2023-cü il tarixli MAS- 5859 saylı “daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri N.N.Hüseynov öz üzərinə götürmüşdür. - xx.xx.2023-cü il tarixli lizinq obyektinin təhvil-təslim aktından görünür ki, X7 lizinq obyekti olan “Khazar LD” minik markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFPE671061 Ban nömrəli, qara rəngli avtomobili təhvil almışdır. - İddiaçı MMC ilə X7, X5 arasında bağlanmış MAS-5859 saylı 04 yanvar 2024-cü il tarixli öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, 15 aprel 2023-cü il tarixli MAS- 5859 saylı “daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Q.Y. Ələskərov öz üzərinə götürmüşdür. - xx.xx.2024-cü il tarixli lizinq obyektinin təhvil-təslim aktından görünür ki, X5 lizinq obyekti olan “Khazar LD” minik markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFPE671061 Ban nömrəli, qara rəngli avtomobili təhvil almışdır. - İddiaçı MMC ilə X5, X7 arasında bağlanmış MAS-5859 saylı 26 fevral 2024-cü il tarixli öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, 15 aprel 2023-cü il tarixli MAS- 5859 saylı “daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri N.N.Hüseynov öz üzərinə götürmüşdür. - xx.xx.2024-cü il tarixli lizinq obyektinin təhvil-təslim aktından görünür ki, X7 lizinq obyekti olan “Khazar LD” minik markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFPE671061 Ban nömrəli, qara rəngli avtomobili təhvil almışdır. - İddiaçı MMC ilə X7, Cavabdeh arasında bağlanmış MAS-5859 saylı 02 mart 2024cü il tarixli öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, 15 aprel 2023-cü il tarixli MAS-5859 saylı “daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. - xx.xx.2024-cü il tarixli lizinq obyektinin təhvil-təslim aktından görünür ki, Cavabdeh lizinq obyekti olan “Khazar LD” minik markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFPE671061 Ban nömrəli, qara rəngli avtomobili təhvil almışdır. - Qeyd olunan Daxili lizinq müqaviləsindən və həmin müqaviləyə 3 №-li Əlavədən görünür ki, lizinq müqaviləsinin ümumi məbləği 19.100 manat təşkil edir, lizinq alan cavabdeh X2 aldığı lizinq obyektinə görə lizinq verənin hesabına ödəniş qrafikinə əsasən xx.xx.2023-cü il tarixdən başlayaraq 48 ay müddətində hər ay 467.06 manat ödəməlidir. - İddiaçı MMC Avto Servis MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli qüsur aktından görünür ki, “Khazar LD” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFPE671061 ban nömrəli, qara rəngli avtomobilin təmir xərcləri 693.74 manat təşkil edir. - xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. xx.xx.2025-ci il tarixli aktdan görünür ki, xx.xx.2025-ci №884946 nömrəli qaiməli zərf Cavabdeh çatdırılmamışdır. - 509 nömrəli xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh MAS-5859 saylı 15 aprel 2023-cü il tarixli daxili lizinq müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə əsas borcu 896.49 manat, mükafat borcu 486.01 manat, cərimə 468.93 manat olmaqla, cəmi borcu 1851.43 manat təşkil edir. - xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı Azərmaş» MMC tərəfindən iddia ərizəsinin verilməsi üçün 45.46 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış MAS-5859 saylı 15 aprel 2023-cü il tarixli daxili lizinq müqaviləsindən və MAS-5859 saylı 02 mart 2024-cü il tarixli öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, lizinq verən İddiaçı MMC “Khazar LD” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFPE671061 ban nömrəli, qara rəngli avtomobili 48 ay müddətinə lizinq alan Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə vermiş, sonuncu isə müqavilənin ayrılmaz hissəsi olan 3 №-li Əlavəyə müvafiq olaraq lizinq ödənişlərini lizinq verənə mütəmadi olaraq ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan daxili lizinq müqaviləsindən və həmin müqaviləyə 3 №-li Əlavədən görünür ki, lizinq müqaviləsinin ümumi məbləği 19.100 manat təşkil edir, lizinq alan Cavabdeh aldığı lizinq obyektinə görə lizinq verənin hesabına ödəniş qrafikinə əsasən xx.xx.2023-cü il tarixdən başlayaraq 48 ay müddətində hər ay 467.06 manat ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747-1.3-cü maddəsinə əsasən lizinq alan lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir. 748-2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. 748-2.2-ci maddəsinə əsasən lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir. 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. 748-11.1-ci maddəsinə əsasən lizinq ödənişlərinin ümumi məbləğinə lizinq obyektinin amortizasiya ödənişləri; lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər; lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz; lizinq verənin mükafatının məbləği; lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ; lizinq verənin əlavə xidmətlərinin haqqı; lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri daxildir. İşin məhkəmə iclasında araşdırılan hallarına və iş materiallarına əlavə olunmuş maliyyə arayışına əsasən Cavabdeh MAS-5859 saylı 15 aprel 2023-cü il tarixli daxili lizinq müqaviləsinin şərtlərini pozmuş, aylıq lizinq ödənişlərini lazımınca yerinə yetirməmiş, nəticədə İddiaçı MMC-yə olan əsas borcu 896.49 manat, gecikdirilmiş mükafat 486.01 manat, dəbbə pulu 468.93 manat olmaqla, cəmi borcu 1851.43 manat təşkil etmişdir. Daxili lizinq müqaviləsinin 7.2-ci bəndinə əsasən gecikdirilən lizinq ödənişi məbləğinə gündəlik 0.3% dəbbə pulu hesablanır və lizinq alan tərəfindən lizinq verənə ödənilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 748-13.4-cü maddəsinə əsasən lizinq alan lizinq ödənişləri üzrə öhdəliklərini yerinə yetirmədikdə. lizinq verənin bu Məcəllə və lizinq müqaviləsi ilə nəzərdə tutulmuş və öhdəliklərin təmin edilməsinə yönəldilmiş hərəkətləri həyata keçirmək hüququ vardır. 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. İşin araşdırılan hallarına əsasən cavabdehə iddiaçı tərəfindən müqavilə üzrə yaranmış borcu barədə xəbərdarlıq olunmuş, lakin cavabdeh ona edilmiş xəbərdarlıqlara baxmayaraq, borcun qaytarılması üçün tədbir görməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 748-1.12-ci maddəsinə əsasən lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-2.3-cü maddəsinə əsasən lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir. Daxili lizinq müqaviləsinin 9.1.4-cü bəndindən görünür ki, lizinq alan lizinq ödənişlərini bu müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə və ya 15 təqvim günündən artıq müddətə üç dəfədən artıq ödənişi gecikdirdikdə lizinq verən lizinq alanı 15 gün əvvəlcədən xəbərdar etməklə, lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən müqaviləyə birtərəfli qaydada xitam verə bilər. Məhkəmə araşdırması zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmiş və məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı MMC-nə ödənilməmiş əsas borcu 896.49 manat əsas borcu vardır və cavabdeh həmin borcunu iddiaçıya ödəməlidir. Bundan başqa, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, lizinq obyektinin yararsız vəziyyətdə iddiaçıya təhvil verilməsi nəticəsində iddiaçıya ziyan vurulmuşdur. İddiaçı lizinq obyektinin təmirinə 693.74 manat məbləğində pul vəsaiti xərcləmişdir və həmin vəsaiti cavabdehdən tələb etməkdə haqlıdır. Yuxarıda qeyd edildiyi kimi, daxili lizinq müqaviləsi üzrə öhdəlikərin vaxtında icra olunmaması 468.93 manat məbləğində dəbbə pulunun hesablanması ilə nəticələnmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Bununla belə, məhkəmə işin hallarını, eyni zamanda, cavabdehin iddiaçıya olan ödənilməmiş borcunun məbləğini nəzərə alaraq hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmişdir və tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanunun qeyd olunan tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 44.82 manat məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun və qanunamüvafiq hesab edilməlidir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman 45.46 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, cavabdehdən 41.21 manat dövlət rüsumu alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən müqavilə öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməməsi və qanunvericiliyin tələbləri nəzərə alınaraq iddia tələbi qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 896.49 manat əsas borc, 486.01 manat mükafat, 44.82 manat dəbbə pulu, 693.74 manat lizinq obyektinin təmir-bərpa xərci olmaqla, cəmi 2121.06 manat məbləğində pul vəsaiti və 41.21 manat dövlət rüsumu tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 896.49 manat əsas borc, 486.01 manat mükafat, 44.82 manat dəbbə pulu, 693.74 manat lizinq obyektinin təmir-bərpa xərci olmaqla, cəmi 2121.06 manat məbləğində pul vəsaiti və 41.21 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №e-2(008)-3578/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3578/2025
13.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver