Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3582/2023 26.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi X1 iştirakları ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********80421 XİAOMİ REDMİ NOTF. 8 markalı telefon üçün 148 manat ödənilməmiş hissə, 42 manat dəbbə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, ÇAY DƏMLƏYƏN HOFFMANN üçün 87.5 manat ödənilməmiş hissə, 23.5 manat dəbbə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən. TOZSORAN SAMSUNG, ÇAY DƏMLƏYƏN HOFMANN, MİNİ SOBA HOFFMANN, SAÇQİRXAN PHİLİPS üçün 418 manat ödənilməmiş hissə, 120 manat dəbbə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, SAMSUNG WATCH ACTİVE 2 üçün ümumilikdə 726 manat olmaqla ondan, 660 manat ödənilməmiş hissə, 66 manat dəbbə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, GREE kondisioner üçün 713.7 manat ödənilməmiş hissə, 210.3 manat dəbbə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, CANON EOS üçün 1030.5 manat ödənilməmiş hissə, 332.5 manat dəbbə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, HP LASERJET printer, SEAGATE EXPANSİON SSD üçün 486 manat ödənilməmiş hissə, 143 manat dəbbə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, PALTARYUYAN ELECTROLUX, KOMBİ ARİSTON üçün 1330 manat ödənilməmiş hissə, 393 manat dəbbə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən. HOFFMANN LED TV üçün 533 manat ödənilməmiş hissə, 155 manat dəbbə; ümumilikdə 6892 manat borc və 88,92 manat ödənilmiş dövlət rüsumu olmaqla, Cavabdeh alınaraq "ABC TELECOM” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2019-cu U, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İmei kodu **********80421 XİAOMİ REDMİ NOTE 8 markalı telefon, ÇAY DƏMLƏYƏN HOFFMANN, TOZSORAN SAMSUNG, ÇAY DƏMLƏYƏN HOFMANN, MİNİ SOBA HOFFMANN, SAÇQİRXAN PHİLİPS, SAMSUNG VVATCİİ ACTİVE 2, GREE kondisioner, CANON EOS, İİP LASERJET printer, SEAGATE EXPANSİON SSD, PALTARYUYAN ELECTROLUX, KOMBİ ARİSTON, HOFFMANN LED TV almış və nəticədə 6892 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə: xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 638.8 manat olan İmei kodu **********80421 XİAOMİ REDMİ NOTE 8 markalı telefon üçün ümumilikdə, 190 manat olmaqla ondan, 148 manat ödənilməmiş hissə, 42 manat dəbbə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 158.4 manat olan ÇAY DƏMLƏYƏN HOFFMANN üçün ümumilikdə, 111 manat olmaqla ondan, 87.5 manat ödənilməmiş hissə, 23.5 manat dəbbə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 912.6 manat olan TOZSORAN SAMSUNG, ÇAY DƏMLƏYƏN HOFMANN, MİNİ SOBA HOFFMANN, SAÇQİRXAN PHİLİPS üçün ümumilikdə, 538 manat olmaqla ondan, 418 manat ödənilməmiş hissə, 120 manat dəbbə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 720 manat olan SAMSUNG VVATCİİ ACTİVE 2 üçün ümumilikdə 726 manat olmaqla ondan, 660 manat ödənilməmiş hissə, 66 manat dəbbə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 943.2 manat olan GREE kondisioner üçün ümumilikdə 924 manat olmaqla ondan, 713.7 manat ödənilməmiş hissə, 210.3 manat dəbbə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2520 manat olan CANON EOS üçün ümumilikdə, 1363 manat olmaqla ondan, 1030.5 manat ödənilməmiş hissə, 332.5 manat dəbbə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 638.4 manat olan HP LASERJET printer, SEAGATE EXPANSİON SSD üçün ümumilikdə 629 manat olmaqla ondan, 486 manat ödənilməmiş hissə, 143 manat dəbbə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2358 manat olan PALTARYUYAN ELECTROLUX, KOMBİ ARİSTON üçün ümumilikdə, 1723 manat olmaqla ondan, 1330 manat ödənilməmiş hissə, 393 manat dəbbə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 779.4 manat olan HOFFMANN LED TV üçün ümumilikdə, 688 manat olmaqla ondan, 533 manat ödənilməmiş hissə, 155 manat dəbbə; Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, xx.xx.2020-ci il tarixində ÇAY DƏMLƏYƏN İlOFMANN-dan imtina etmişdir 158.4 borcundan silinmişdir. Cavabdehin xx.xx.2020-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 336.2 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 158.4 manat, digər 8 müqavilə üzrə ümumilikdə, 3767.5 manat təşkil edir. Cavabdehin müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiaollarına əlavə edilmişdir). İddiaçı cavabdehə: xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 638.8 manat olan İmei kodu **********80421 XİAOMİ REDMİ NOTE 8 markalı telefon; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 158.4 manat olan ÇAY DƏMLƏYƏN HOFFMANN; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 912.6 manat olan TOZSORAN SAMSUNG, ÇAY DƏMLƏYƏN HOFMANN, MİNİ SOBA HOFFMANN, SAÇQİRXAN PHİLİPS; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 720 manat olan SAMSUNG VVATCİİ ACTİVE 2; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 943.2 manat olan GREE kondisioner; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2520 manat olan CANON EOS; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 638.4 manat olan HP LASERJET printer, SEAGATE EXPANSİON SSD; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2358 manat olan PALTARYUYAN ELECTROLUX, KOMBİ ARİSTON; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 779.4 manat olan HOFFMANN LED TV satmışdır. Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, xx.xx.2020-ci il tarixində ÇAY DƏMLƏYƏN İlOFMANN-dan imtina etmişdir 158.4 borcundan silinmişdir. Cavabdehin xx.xx.2020-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 336.2 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 158.4 manat, digər 8 müqavilə üzrə ümumilikdə, 3767.5 manat təşkil edir. İş materiallarında olan maliyyə aryışına əsasən cavabdehin iddiçıya doqquz müqavilə üzrə 5406,7 manat əsas, 1485,3 manat dəbbə, ümumilikdə 6892 manat borcu yaranmışdır. Borcun ödənilməsinə dair cavabdehə bildiriş göndərilmişdir. Hazırda iddiaçı 6892 manat borcun cavabdehdən tutulmasın istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. Beləliklə, iş materialları ilə təsdiq olunmuşdur ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilənin şərtlərini pozmuş, müqavilə ilə müəyyən olunmuş qaydada ödənişlər etməmiş, nəticədə iddiaçıya borcu yaranmış və bununla da cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, iddia əsas borcun tutulması hissəsində tam təmin olunmalıdır. İddianın cərimənin tutulması hissəsinə gəldikdə isə məhkəmə həmin hissədə iddianın qismən təmin olunmasını əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə iddiaçı tərəfindən cərimənin 1485,3 manat məbləğində hesablanmasının yüksək olmasını nəzərə alaraq hesab edir ki, cavabdehlərdən iddiaçı tərəfindən hesablanmış qeyd olunan cərimə məbləğinin 10 %-i həcmində, yəni 148 manat məbləğində cərimə pulu tutulmasını ağlabatan və ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********80421 XİAOMİ REDMİ NOTF. 8 markalı telefon üçün 148 manat ödənilməmiş hissə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, ÇAY DƏMLƏYƏN HOFFMANN üçün 87.5 manat ödənilməmiş hissə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən. TOZSORAN SAMSUNG, ÇAY DƏMLƏYƏN HOFMANN, MİNİ SOBA HOFFMANN, SAÇQİRXAN PHİLİPS üçün 418 manat ödənilməmiş hissə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, SAMSUNG WATCH ACTİVE 2 üçün ümumilikdə 726 manat olmaqla ondan, 660 manat ödənilməmiş hissə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, GREE kondisioner üçün 713.7 manat ödənilməmiş hissə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, CANON EOS üçün 1030.5 manat ödənilməmiş hissə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, HP LASERJET printer, SEAGATE EXPANSİON SSD üçün 486 manat ödənilməmiş hissə, xx.xx.2019-cu cu il tarixli müqaviləsinə əsasən, PALTARYUYAN ELECTROLUX, KOMBİ ARİSTON üçün 1330 manat ödənilməmiş hissə, xx.xx.2019-cu -cu il tarixli müqaviləsinə əsasən HOFFMANN LED TV üçün 533 manat ödənilməmiş hissə, cəmi 5406,7 manat əsas və 148 manat dəbbə, ümumilikdə 5554,7 manat borc və 88,92 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "ABC TELECOM” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №e-2(008)-3582/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3582/2023
26.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver