Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3638/2024 25.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə iddiaçı Heydər Əliyev adına X7 Cavabdeh qarşı "Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Elşən Mehdiyev küçəsində Heydər Əliyev adına X9 məxsus neft məhsulu nəql olunan Dş-300 mm neft boru kəmərinin mühafizə zonasının 30 metrliyində cavabdeh tərəfindən inşa edilən 4,5x5x3 metr ölçülərində fərdi yaşayış evinin sökülməsi" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Heydər Əliyev adına X10 Cavabdeh qarşı "Bakı şəhəri Sabunçu rayonu Elşən Mehdiyev küçəsində Heydər Əliyev adına X9 məxsus neft məhsulu nəql olunan Dş-300 mm neft boru kəmərinin mühafizə zonasının 30 metrliyində cavabdeh tərəfindən inşa edilən 4,5x5x3 metr ölçülərində fərdi yaşayış evinin sökülməsi" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Bundan sonra iddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək, Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Elşən Mehdiyev küçəsində Heydər Əliyev adına X9 məxsus neft məhsulu nəql olunan Dş-300 mm neft boru kəmərinin mühafizə zonasının 30 metrliyində cavabdeh tərəfindən inşa edilən 4,5x5x3 metr ölçülərində fərdi yaşayış evinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu rayonu Elşən Mehdiyev küçəsində Heydər Əliyev adına X9 məxsus neft məhsulu nəql olunan Dş-300 mm neft boru kəmərinin mühafizə zonasının 30 metrliyində Cavabdeh tərəfindən 4,5x5x3 metr ölçülərində fərdi yaşayış evinin inşa edilməsi faktı aşkar edilmişdir. Tikinti işlərinin neft boru kəmərinin mühafizə zonası daxilində aparıldığı və bu səbəbdən qanunazidd olduğu SOCAR-ın Təhlükəsizlik İdarəsinin və Zavodun obyektlərini mühafizə edən müvafiq Polis İdarəsinin əməkdaşları tərəfindən cavabdehə izah olunmuş və görülən işlərin dayandırılması, həmçinin əlavə işlərin aparılmamasına dair ona xəbərdarlıq edilmişdir. İxrac neft boru kəmərlərinin marşrutu boyunca boru kəmərinin oxunun hər tərəfindən 50 metrlik məsafə "Mühafizə Zonası"na aid edilir. "Mühafizə Zonası"nda Azərbaycan Respublikasının Energetika Nazirliyinin və X1 Dövlət Agentliyinin rəsmi icazəsi olmadan hər hansı tikinti işlərinin aparılması və həmin ərazinin digər məqsədlər üçün istifadə olunması qadağandır. İddiaçıya məxsus neft boru kəmərinin mühafizə zonasında yerləşən torpaq sahəsi faktiki olaraq cavabdeh tərəfindən zəbt edilmişdir ki, bu da həmin kəmərə qulluq edilməsinə, onun istismar edilməsinə maneçilik yaratmaqla yanaşı insanların həyatı üçün də təhlükə yaradır. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək bildirdi ki, mühafizə zonasında tikilmiş qanunsuz tikililərin sökülməsi Nazirlər Kabinetinin qərarıdır. Mübahisəli ev boru kəmərinin yaxınlığındadır. Həmin borunun partlama təhlükəsi mövcuddur. Cavabdeh tərəfindən evdə təmir işləri aparıldığı üçün iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı etiraf etməyərək izahatında bildirdi ki, sökülməsi tələb olunan evin yerləşdiyi torpaq sahəsi onun mülkiyyətində deyil, dövlətə məxsusdur. Ev 20-25 il əvvəl özbaşına tikilmişdir və sənədsizdir. O, sözügedən evi başqa şəxsdən almışdır və aldığı zaman evin neft kəmərinin yaxınlığında olmasını bilmişdir. Onun qonşuluğunda yerləşən digər evlərin də neft boru kəmərinin mühafizə zonasında yerləşməsinə baxmayaraq, iddia yalnız ona qarşı qaldırılmışdır. Bu səbəbdən o, evin sökülməsinə razı deyil. Məhkəmənin təşəbbüsü ilə Bakı Şəhəri Sabunçu Rayonu İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı Şəhəri Sabunçu Rayonu İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və məhkəməyə bunun səbəbləri barədə məlumat verməmişdir. Ona görə də məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı əsaslı hesab edir. Müəyyən edildi ki, Cavabdeh məxsus olan 4,5x5x3 metr ölçülərində fərdi yaşayış evi Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Elşən Mehdiyev küçəsində Heydər Əliyev adına X9 məxsus neft məhsulu nəql olunan Dş-300 mm neft boru kəmərinin mühafizə zonasının 30 metrliyində tikilmişdir. İşdə olan, Heydər Əliyev adına X7 "Arayış"ından görünür ki, Heydər Əliyev adına X6 10 nömrəli sahəyə (Güzdək) neft məhsulları nəql olunan Dş-500 mm (dizel yanacağı) və Dş-300 mm (reaktiv mühərrik yanacağı) neft boru kəmərləri 1993-cü ildə, "Azərikimya" İB-nin Etilen-Polietilen Zavoduna neft məhsulları nəql olunan Dş-200 mm (quru qaz), Dş-250 mm (nafta) neft boru kəmərləri isə 2011-ci ildə çəkilmiş və zavodun balansındadır. İşdə olan, Heydər Əliyev adına X7 mühafizəsi üzrə Polis İdarəsinin böyük komandiri X3, polis serjantları Bəşirli Ağaverdi və Fətəliyev Elvin tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli "Akt"dan görünür ki, xx.xx.2023-cü ildə 37 nömrəli postun ərazisində saat 13.30-da Sabunçu rayonu Elşən Mehdiyev küçəsində NEZə məxsus olan neft məhsulu nəql olunan boru xəttindən təqribən 25-30 metr aralı məsafədə özünü Cavabdeh kimi təqdim edən şəxsə məxsus köhnədən dəmir lövhələrdən ibarət olan otaq artırmasının 1 ədəd plastik pəncərə qoyulmaqla mişar daşları ilə tikilməsi və dam örtüyünün vurularaq otaq tikintisinin tamamlanması aşkarlanmışdır. Sözügedən tikinti köhnədən mövcud olan dəmir lövhələrin arxasında aparıldığı üçün əvvəlki mərhələsini görmək mümkün olmamışdır. Cavabdehin apardığı işlərin mühafizə ərazisinə düşdüyü üçün qanunazidd olduğu bildirilmiş, əlavə işlərin aparılmaması üçün yazılı xəbərdarlıq təqdim olunmuş və tikilmiş otağın sökülməsi tələb olunsa da o, tikintinin içərisində yaşayış olduğunu və sökülməyəcəyini bildirirərək münaqişə yaratmışdır. İşdə olan, Heydər Əliyev adına X7 xx.xx.2024-cü il tarixli 22/055 nömrəli "Akt"ından görünür ki, Heydər Əliyev adına X9 məxsus neft məhsulu nəql olunan Dş-300 mm neft boru kəmərinin mühafizə zonasının 30 metrliyində tikinti işləri aparılan Sabunçu rayonu Elşən Mehdiyev küçəsində ünvanına baxış keçirilərkən vətəndaş Cavabdeh tərəfindən 4,5x5x3 metr ölçüdə fərdi yaşayış evinin tikintisi və 1,5x3 ölçüdə dam örtüyünün vurulması aşkarlanmışdır. Həmin ərazidən Dş-300 mm neft kəmərinə paralel Dş-500 mm neft boru kəmərləri keçir. İşdə olan xx.xx.2023-cü il tarixli "Xəbərdarlıq"dan görünür ki, Sabunçu rayonu Elşən Mehdiyev küçəsinin SOCAR-ın Heydər Əliyev adına X9 məxsus, hazırda istismarda olan neft məhsulları daşınan kəmərlərin mühafizə zonasına düşdüyü cavabdehə yazılı xəbərdarlıq edilmiş və sonuncu xəbərdarlığı imzalamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1-ci hissəsinə görə, dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində olan torpaqlara daxildir. Həmin Məcəllənin 46-cı maddəsinin 2-ci hissəsinə əsasən, göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci hissəsinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 84-cü maddəsinin 3-cü hissəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş "İstismar olunan ixrac neft boru kəmərlərinin "Mühafizə Zonası"nın müəyyənləşdirilməsi Qaydaları"nın 4.1-ci bəndində göstərilir ki, ixrac neft boru kəmərlərinin istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə mühafizə zonası müəyyənləşdirir və ixrac neft boru kəmərlərinin marşrutu boyunca boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır. Sadalanan normalarının birgə təhlilindən görünür ki, magistral boru kəmərlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətindədir. Əhalinin təhlükəsizliyinin təmin olunması və neft boru kəmərlərinin istismarına lazımi şəraitin yaradılması üçün onların ətrafında mühafizə zonaları yaradılır. Mühafizə zonası boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi ilə məhdudlaşdırılır. Hazırkı işdən görünür ki, cavabdeh tərəfindən Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Elşən Mehdiyev küçəsində Heydər Əliyev adına X9 məxsus neft məhsulu nəql olunan Dş-300 mm neft boru kəmərinin mühafizə zonasının 30 metrliyində fərdi yaşayış evi tikilmişdir. Məhkəmə hesab edir ki, sözügedən tikili xüsusi mülkiyyət kimi dövlət qeydiyyatından keçmədiyindən, həmçinin sadalanan normalarının tələbləri pozularaq inşa edildiyindən və neft kəmərinə qulluq, o cümlədən istismar edilməsinə maneçilik yaratmaqla iddiaçının maraqlarına toxunduğundan, iddia təmin edilməli və həmin ev özbaşına tikili kimi sökülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçı tərəfindən xx.xx.2024-cü ildə ********** nömrəli mədaxil qəbzi ilə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə həmin məbləğ cavabdehə aid edilməli və ondan alınaraq iddiaçıya qaytarılmalıdır. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Elşən Mehdiyev küçəsində iddiaçı Heydər Əliyev adına X9 məxsus neft məhsulu nəql olunan Dş-300 mm neft boru kəmərinin mühafizə zonasının 30 metrliyində Cavabdeh tərəfindən inşa edilən 4,5x5x3 metr ölçülərində fərdi yaşayış evi sökülsün. Cavabdeh 100 manat məbləğində dövlət rüsumu alınaraq iddiaçı Heydər Əliyev adına X9 ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. X8.
Məhkəmə qərarları › İş №e-2(008)-3638/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3638/2024
25.06.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver