Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-365/2025 31.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil işitirakları ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın İddiaçı istismarında olan Sabunçu-Böyükşor DS-200 mm-lik yerüstü neft kəmərinin 0.8-ci km-də, 39 T 0409035; ******* saylı koordinat üzrə, kəmərə paralel 2-ci sırada, kəmərdən təqribən 18 metr aralı məsafədə neft boru kəmərinin mühafizə zonasında Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci mədən ərazisi ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin və hasarın cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçı SOCAR-ın İddiaçı bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, SOCAR-ın İddiaçı istismarında olan Sabunçu-Böyükşor DS-200 mm-lik yerüstü neft kəmərinin 0.8-ci km-də, 39 T 0409035; ******* saylı koordinat üzrə, kəmərə paralel 2-ci sırada, kəmərdən təqribən 18 metr aralı məsafədə neft boru kəmərinin mühafizə zonasında Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci mədən ərazisi ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi, hasar tikilisi faktı aşkar edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin maddənin 5-ci bəndinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ aktlarla tənzimlənir. Bundan başqa, AR Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən, mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən İddiaçı rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və quraşdırma işləri; b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yıgılması; c)boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması; AR Torpaq Məcəlləsinin 111-ci maddəsində aşağıdakılar göstərilmişdir: 1) “Azərbaycan Respublikasında torpaqlarin özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 2) Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. 3) Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurguların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir”. AR Prezidentinin xx.xx.2002-ci il tarixli 685 saylı Fərmanında, eləcə də AR Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 167 saylı Qərarında İxrac neft boru kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya tikintisinin aparılmasının yolverilməzliyi göstərilmişdir. Həmçinin AR Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən “tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.” Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəməyə xx.xx.2024-cü il tarixdə etiraz ərizəsi təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, yaşadığı ünvan yeni tikilməyib. Sözügedən ərazidə 2002-ci ildən məskunlaşmışlar. 2004-cü il Sabunçu Rayon Məhkəməsinin qərarı ilə ev (pasport) qeydiyyatına alınmışlar. Hazırda yaşadığı ev də həmin vaxtdan tikilmiş və 2009-cu ildən orada yaşayırlar. Ünvana kommunikasiya xətləri də həmin vaxtdan başlayaraq çəkilmişdir. 2011-ci ildə də "xxxx" MMC tərəfindən əmlakın qiymətləndirilməsi aparılmış və evin eskizi hazırlanmışdır. Əlavə olaraq, sözügedən evə dair sənədləşmə işləri (kommunikasiya xətləri və s.) anası X5 adına rəsmiləşdirilib. Sadəcə olaraq cari ilin iyun ayında evin dam örtüyü yararsız olduğundan (yağış və qar yağan zaman su birbaşa evə tökülürdü və yaşayış üçün ciddi çətinlik törədirdi) sökülüb yenisi ilə əvəz olunmuşdur. Yəni iddia ərizəsində qeyd olunduğu kimi hər hansı bir əlavə tikinti işləri aparılmayıb. Dam örtüyünün dəyişdirilməsi ilə bağlı SOCAR-ın tikinti işlərinə nəzarət edən Sabunçu rayonu üzrə Balaxanı neft idarəsinə müraciət olunmuşdur. İdarənin nümayəndələrinin iştirakı ilə evə baxış keçirilmiş və dam örtüyünün həqiqətən yararsız olduğuna dair video və şəkillər çəkilmişdir. Dam örtüyünün təmiri də bitdikdən sonra yenidən baxış keçirərək yeni tikinti işinin aparılmamasını müəyyən etmişlər. Yaşadığı ərazi böyük yaşayış massividir. Burada sakinlər hətta 80-90-cı illərdən məskunlaşmağa başlamışdır. Hazırda ərazidə on minlərlə fərdi yaşayış evləri mövcuddur. Ərazidə böyük məktəb binası, mərasim evi və iri supermarketlərin filialları fəaliyyət göstərir. Necə olur bu qədər tikilinin heç biri boru kəmərinin mühafizə zonasına düşmür, yalnız onun yaşadığı evin sahəsi düşür. Hətta bəzi evlərin yola olan qapısı birbaşa boru kəmərinin üstünə düşür. Bütün bunları yazmaqda məqsədi odur ki, qeyd olunan məsələ təkcə onlara aid evin mövcudluğu ilə şərtləndirilə bilməz. Daha sonra cavabdehin cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəməyə vəsatət təqdim edərək bildirmişdir ki, cavabdeh mübahisəli evi 2004-cü ildən inşa etmiş və həmin ildən etibarən orada yaşamaqdadır, iş materiallarından da göründüyü kimi, bu hal iddiaçıya məlum olmuşdur. Lakin iddiaçı yalnız 2024-cü ilin iyun ayında evin sökülməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Qanuna əsasən ümumi iddia müddəti 10 il təşkil edir. Beləliklə, iddiaçı qanunla müəyyən edilmiş iddia müddətini keçirmişdir, odur ki, iddia tələbinin müddətin ötürülməsi səbəbilə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək mütəxəssis rəyi ilə razı olduğundan iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil etiraz ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, fərdi yaşayış evi 20 ildən artıq müddətdir inşa edilmişdir. Orada başqa yüzlərlə fərdi yaşayış evləri vardır. Cavabdeh qətnamə əsasında qeydiyyata düşüb, onların başqa yaşamağa alternativ yaşayış yeri yoxdur. Qeydiyyata alınanda Ələkbərov Abdulun adına olub, o cavabdehin qayınatasıdır, birgə yaşayıblar. Torpaq sahəsi də qayınatasına məxsus evin yaxınında yerləşirdi. Abdulun pasport qeydiyyatına alındığı yer öz yaşadığı evdir, bir həyətdə iki ev var. İddiaçı qanunla müəyyən edilmiş iddia müddətini keçirmişdir, odur ki, iddia tələbinin müddətin ötürülməsi səbəbilə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, Sabunçu-Böyükşor DS-200 mm-lik yerüstü neft kəmərinin 0.8-cı km-də 39 T 0409035; ******* saylı koordinat üzrə, kəmərə paralel 2-ci sırada, kəmərdən təqribən 18 metr aralı məsafədə, vətəndaş Cavabdeh (əlaqə nömrəsi 050 391-86-44) aid olduğu iddia edilən, köhnədən inşa edilmiş, hasarlanmış, içərisində yaşayış olan evin dam örtüyü yararsız vəziyyətə düşdüyü üçün sahibi tərəfindən sökülərək əlavə 2 mişar daşı hündürlüyündə yeni hörgü işlərinin aparılması və paket formasında yeni dam örtüyünün vurulması aşkar edildi. Ev sahibi evdə olmadığından evdə olan şəxslər tərəfindən sənəd təqdim edilmədiyi üçün hüquqi prosesləri həyata keçirmək mümkün olmadı və bununla bağlı ərazi üzrə Balaxanı kənd soveti Sədai adlı (əlaqə nömrəsi 050 990-90-30) şəxsə saat 14.05-də zəng vurulsada cavab verən olmamışdır. İş materiallarına əlavə edilmiş Sabunçu-Böyükşor DS-200 mm-lik magistral neft kəməri haqqında arayışdan görünür ki, Sabunçu-Böyükşor DS-200 mm-lik yerüstü magistral neft kəmərinin tikintisinə 2000-ci ildə başlanılmış, 2002-ci ildə tikintisi başa çatdırılaraq istismara buraxılmışdır. Həmin neft kəməri hazırda işlək vəziyyətdədir, İddiaçı balansındadır və Abşeron istehsalat bölümü tərəfindən istismar olunur. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri phş 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan “Kontrakt sahəsinin” hüdudları daxilində yerləşir. Həmçinin torpaq sahəsi bütövlüklə neft kəmərinin mühafizə zolağında yerləşir. Sahə daxilində 1 ədəd və ətrafında çox sayda ləğv edilmiş neft quyularının baza məlumatı var. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/3363 nömrəli ekspert rəyindən görünür ki, vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan “Kontrakt sahəsinin” hüdudları daxilində yerləşir. Həmçinin torpaq sahəsi bütövlüklə neft kəmərinin mühafizə zolağında yerləşir. Sahə daxilində 1 ədəd və ətrafında çox sayda ləğv edilmiş neft quyularının baza məlumatı olduğu qeyd edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-1997/2004 saylı, xx.xx.2004-cü il tarixli qətnaməsi ilə X4 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Balaxanı qəsəbəsi, 2-ci mədən küçəsi, 56 saylı evə pasport qeydiyyatına alınması qət edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2011-ci il tarixli hesabat cədvəlinə əsasən X6 məxsus olan ünvan 2 ünvanında yerləşən yaşayış evinin inventar dəyəri 21050 manat məbləğində hesablanmışdır. İş materiallarında olan abonent məlumatından görünür ki, ünvan 3 ünvanına quraşdırılmış **********30045 nömrəli işıq sayğacı X5 adına rəsmiləşdirilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, ünvan 4 ünvanına qurlaşdırılmış **********00000 nömrəli qaz sayğacı X5 adına rəsmiləşdirilmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 66-cı maddəsinə əsasən övlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 155.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir. 155.2-ci maddəsinə əsasən fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nın 6.7-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonasında onu istismar edən hüquqi və fiziki şəxslər Magistral boru kəmərləri idarəsi və onun yerli orqanlarının yazılı razılığı olmadan aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və quraşdırma işləri; b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarının tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması; d) hər növ dağ, quraşdırma, partlayış və torpaq səthinin düzləndirmə işləri; e) quyuların quraşdırılması, şurf açılması və yerin təkindən nümunə götürülməsi məqsədi ilə geolociseysmik, geodeziya və başqa axtarış işləri. Boru kəmərlərinin mühafizə zonasında iş aparılmasına, yazılı şəkildə icazə almış hüquqi və fiziki şəxslər, boru kəmərinin mühafizəsini təmin edən şərtlərə əməl etməyə borcludurlar. Boru kəmərlərinin mühafizə zonasında iş aparılması şərtləri magistral boru kəmərlərini istismar edən təşkilatın yerli orqanları tərəfindən təyin edilir və müvafiq yerli icra hakimiyyəti və Dövdağtexnəzarət Komitəsi orqanları ilə razılaşdırıldıqdan sonra həyata keçirilir. Boru kəmərlərinin mühafizə zonalarında partlayış işlərinin aparılmasına yazılı icazə, ancaq Dövdağtexnəzarət Komitəsi tərəfindən təsdiq edilmiş partlayış işlərinin təhlükəsiz aparılmasının vahid qaydalarına uyğun olaraq həmin işləri aparan müəssisə (təşkilat) tərəfindən tələb olunan materiallar təqdim edildikdən sonra verilməlidir. İşin faktiki halları ilə müəyyən olundu ki, SOCAR-ın İddiaçı istismarında olan SOCAR-ın İddiaçı istismarında olan Sabunçu-Böyükşor DS-200 mm-lik yerüstü neft kəmərinin 39 T 0409035; ******* saylı koordinat üzrə, neft boru kəmərinin mühafizə zonasında Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci mədən ərazisi ünvanında Cavabdeh tərəfindən qanunsuz tikililər inşa olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, SOCAR-ın İddiaçı istismarında olan Sabunçu-Böyükşor DS- 200 mm-lik yerüstü neft kəmərinin 39 T 0409035; ******* saylı koordinat üzrə neft boru kəmərinin mühafizə zonasında Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci mədən ərazisi ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi və hasar cavabdehin hesabına sökülərək ərazidən çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 384.0. İddia müddəti aşağıdakılara şamil edilmir: 384.0.4. mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə; Eyni zamanda, məhkəmə onu da vurğulayır ki, hazırkı iddia Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 384-cü maddəsinin təsiri altına düşdüyündən, bu tələbə iddia müddəti şamil edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, Cavabdeh 100 (bir yüz) manat məbləğində dövlət rüsumu tutularaq SOCAR-ın İddiaçı bank hesabına ödənilməlidir. Məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 100 manat iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçındən və Cavabdeh müştərək qaydada tutularaq VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. SOCAR-ın İddiaçı istismarında olan Sabunçu-Böyükşor DS-200 mm-lik yerüstü neft kəmərinin mühafizə zonasında 39 T 0409035; ******* saylı koordinat üzrə, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci mədən ərazisi ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi və hasar cavabdehin hesabına sökülərək ərazidən çıxarılsın. Cavabdeh 100 manat məbləğində dövlət rüsumu tutularaq SOCAR-ın İddiaçı bank hesabına ödənilsin. Məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 100 manat iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçındən və Cavabdeh müştərək qaydada tutulsun, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №e-2(008)-365/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-365/2025
31.10.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver