Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3693/2023 14.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, Ərizəçi nümayəndəsi, Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxraq, məhkəmə MÜƏYYƏN ETDİ : Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər İcraiyyə Komitəsinin 27 mart 1991-ci il tarixli, 3/318 nömrəli qərarına əsasən X3 X1 nəzərə alınaraq həmin qərarın mərhum həyat yoldaşı X5 məxsus olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X7 onun həyat yoldaşı olmuşdur və nikahları 03 avqust 1969-cu il tarixdə rəsmi olaraq qeydiyyata alınmşdır. Bağ sahəsinə ehtiyacları yarandığından həyat yoldaşı 1991-ci ildə Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İnkişafı və X12 bağ massivində torpaq torpaq sahəsinin ayrılması barədə rəsmi olaraq müraciət etmiş və həmin müraciət əsasında 219 nömrəli Ləhiş bağ – tikinti kooperativinə onu üzvlüyə qəbul etmişlər. Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İnkişafı və İstismarı Birliyinin 27 mart 1991-ci il tarixli, 3/318 nömrəli qərarı ilə həyat yoldaşına 219 nömrəli Bağ Tikinti Kooperativi nəzdində Ləhiş bağ sahəsi ərazisində yerləşmiş 0.12 ha torpaq sahəsi verilmiş. Mərhum həyat yoldaşına verilmiş və Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş Bağ sahəsi ərazisində yerləşən 0.12 ha torpaq sahəsini sənədləşdirmək istəyirdi və bu məqsədlə də sənədlərin əslini əldə etmək üçün Milli Arxiv İdarəsinə müraciət edildi. Milli arxiv İdarəsinin Elektron Sənəd Dövriyyəsi Sistemindən rəsmi olaraq cavabında Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İnkişafı və İstismarı Birliyinin 27 mart 1991-ci il tarixli, 3/318 nömrəli qərarında məhrum həyat yoldaşı X4 adı səhvən X2 qeydiyyat aparılmış, beləliklə də həyat yoldaşının adına uyğunsuzluq yaranmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi, Vəkil məhkəmədə ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X14 ifadə verərək bildirdi ki, Ərizəçi mənim atamdır. Soltanova Rəhimə isə anamdır. Anam 19 oktyabr 1943-cü ildə anadan olub, 2008-ci ildə isə vəfat edib. Məhkəmə iclasında iştirak edən şahid X10 ifadə verərək bildirdi ki, Ərizəçi onun qayınatasıdır. Rəhimə Soltanova uzun müddətdir rəhmətə gedib. Məhkəmə, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri X11 İcariyyə Komitəsinin arxiv fondu üzrə xx.xx.1991-ci il tarixli 3/318 saylı qərarından təsdiq edilmiş arxiv çıxarışından görünür ki, Ləhiş bağlar sahəsində ümumi sahəsi 0.12 torpaq sahəsi X6 ayrılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli **********96 nömrəli bildirişindən görünür ki, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən 1308 V saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət baxılaraq bildirilmişdir ki, təqdim olunmuş orderdə hüquq sahibinin adı “X9” olaraq qeyd edilsə də, arxiv çıxarışında “X8” kimi qeyd olduğundan müraciət yerinə yetirilə bilməmişdir. Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ – İ N 303899 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2008-ci ildə Bakı şəhərində mədə altı vəzin xərçəngi xəstəliyindən vəfat etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ali Məhkəmənin 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.2-ci bəndinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Həmin qərarın 6.3-cü maddəsinə əsasən hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə araşdırması zamanı, o cümlədən mülki işin materiallarına əlavə olunmuş Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 adı Bakı şəhəri X11 İcariyyə Komitəsinin arxiv fondu üzrə xx.xx.1990-cı il tarixli 3/318 saylı qərarından təsdiq edilmiş arxiv çıxarışında yalnışlıqla “Rəhilə” kimi qeyd edilmişdir. Belə ola halda məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və Ərizənın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin olmaqlalıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhər X13 İcraiyyə Komitəsinin 3/318 nömrəli, 27 mart 1991-ci il tarixli qərarı ilə verilmiş sənədin 17 dekabr 1943-cü ildə doğulmuş və 01 may 2008-ci ildə vəfat etmiş X5 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev Hakim: Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2(008)-3693/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3693/2023
14.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver