Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3713/2024 24.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 oğlunun iştirakı ilə, İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul tələbinə» dair iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, APPLE MACBOOK AİR 15 kompüter üçün 3981,93 (üç min doqquz yüz səksən bir manat, doxsan üç qəpik) manat ödənilməmiş hissə, 491.47 (dörd yüz doxsan bir manat, qırx yeddi qəpik) manat dəbbə; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, PLAYSTATİON 5, PS5 oyun pultu, PS5 CHARGE üçün 1020 (min iyirmi) manat ödənilməmiş hissə, 246 (iki yüz qırx altı) manat dəbbə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********28984 SAMSUNG GALAXY S22 marka üçün 784.35 (yeddi yüz səksən dörd manat, otuz beş qəpik) manat ödənilməmiş hissə, 234.05 (iki yüz otuz dörd manat, beş qəpik) manat dəbbə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********50445 İPHONE 13 PRO MAX MARKALİ TELEFON üçün 654.93 (altı yüz əlli dörd manat, doxsan üç qəpik) manat ödənilməmiş hissə, 196.07 (yüz doxsan altı manat, yeddi qəpik) manat dəbbə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********57501 İPHONE 11 markalı telefon üçün 374.30 (üç yüz yetmiş dörd manat, otuz qəpik) manat ödənilməmiş hissə, 111.90 (yüz on bir manat, doxsan qəpik) manat dəbbə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********09787 SAMSUNG GALAXY TAB S7 markalı telefon üçün 222.16 (iki yüz iyirmi iki manat, on altı qəpik) manat ödənilməmiş hissə, 66.84 (altmış altı manat, səksən dörd qəpik) manat dəbbə borcu; ümumilikdə 8384 manat borc, 103.84 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 4392.04 (dörd min üç yüz doxsan iki manat, dörd qəpik) manat (18 ay x 234.28 manat + 175 manat ilkin ödəniş) olan APPLE MACBOOK AİR 15 kompüter üçün ümumilikdə, 4473.40 (dörd min dörd yüz yetmiş üç manat, qrx qəpik) manat olmaqla ondan, 3981.93 (üç min doqquz yüz səksən bir manat, doxsan üç qəpik) manat ödənilməmiş hissə, 491.47 (dörd yüz doxsan bir manat, qırx yeddi qəpik) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1650 (min altı yüz əlli) manat (12 ay x 137.50 manat + 0 manat ilkin ödəniş) olan PLAYSTATİON 5, PS5 oyun pultu, PS5 CHARGE üçün ümumilikdə, 1266 (min iki yüz altmış altı) manat olmaqla ondan, 1020 (min iyirmi) manat ödənilməmiş hissə, 246 (iki yüz qırx altı) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2823.84 (iki min səkkiz yüz iyirmi üç manat, səksən dörd qəpik) manat (18 ay x 156.88 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********28984 SAMSUNG GALAXY S22 marka üçün ümumilikdə, 1018.4 (min on səkkiz manat qrx qəpik) manat olmaqla ondan, 784.35 (yeddi yüz səksən dörd manat, otuz beş qəpik) manat ödənilməmiş hissə, 234.05 (iki yüz otuz dörd manat, beş qəpik) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3929.94 (üç min doqquz yüz iyirmi doqquz manat, doxsan dörd qəpik) manat (18 ay x 218.33 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********50445 İPHONE 13 PRO MAX MARKALİ TELEFON üçün ümumilikdə 851 (səkkiz yüz əlli bir) manat olmaqla ondan, 654.93 (altı yüz əlli dörd manat, doxsan üç qəpik) manat ödənilməmiş hissə, 196.07 (yüz doxsan altı manat, yeddi qəpik) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1497.96 (min dörd yüz doxsan yeddi manat, doxsan altı qəpik) manat (12 ay x 124.83 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********57501 İPHONE 11 markalı telefon üçün ümumilikdə 486.20 (dörd yüz səksən altı manat, iyirmi qəpik) manat olmaqla ondan, 374.30 (üç yüz yetmiş dörd manat, otuz qəpik) manat ödənilməmiş hissə, 111.90 (yüz on bir manat, doxsan qəpik) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1337.04 (min üç yüz otuz yeddi manat, dörd qəpik) manat (12 ay x 111.42 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********09787 SAMSUNG GALAXY TAB S7 markalı telefon üçün ümumilikdə 289 (iki yüz səksən doqquz) manat olmaqla ondan, 222.16 (iki yüz iyirmi iki manat, on altı qəpik) manat ödənilməmiş hissə, 66.84 (altmış altı manat, səksən dörd qəpik) manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 8593.15 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X1 iddia tələbinin məzmununa uyğun izahat verərək, tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqavilələr və onlara əlavələrdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən APPLE MACBOOK AİR 15 kompüter, PLAYSTATİON 5, PS5 oyun pultu, PS5 CHARGE, İmei kod **********28984 SAMSUNG GALAXY S22 markalı telefon, İmei kod **********50445 İPHONE 13 PRO MAX MARKA TELEFON, İmei kod **********57501 İPHONE 11 markalı telefon, İmei kod **********09787 SAMSUNG GALAXY TAB S markalı telefon almış və nəticədə 8384 (səkkiz min üç yüz səksən dörd) manat borc yaranmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin həmin tarixədək iddiaçıya xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqavilələr üzrə cəmi 8384 manat məbləğində borcu vardır. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh borca görə öhdəliklərin icrasının həyata keçirməsi qanunla müəyyən olunmuş qaydada tələb olunmuşdur. Müqavilə üzrə öhdəliklərini icra etmədiyi təqdirdə qanunla müəyyən olunmuş qaydada məhkəməyə müraciyət ediləcəyi barədə xəbərdar edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin, 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata kecirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, Cavabdeh xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozduğundan, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehlik daşımalı olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranan borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, APPLE MACBOOK AİR 15 kompüter üçün 3981,93 (üç min doqquz yüz səksən bir manat, doxsan üç qəpik) manat ödənilməmiş hissə, 491.47 (dörd yüz doxsan bir manat, qırx yeddi qəpik) manat dəbbə; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, PLAYSTATİON 5, PS5 oyun pultu, PS5 CHARGE üçün 1020 (min iyirmi) manat ödənilməmiş hissə, 246 (iki yüz qırx altı) manat dəbbə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********28984 SAMSUNG GALAXY S22 marka üçün 784.35 (yeddi yüz səksən dörd manat, otuz beş qəpik) manat ödənilməmiş hissə, 234.05 (iki yüz otuz dörd manat, beş qəpik) manat dəbbə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********50445 İPHONE 13 PRO MAX MARKALİ TELEFON üçün 654.93 (altı yüz əlli dörd manat, doxsan üç qəpik) manat ödənilməmiş hissə, 196.07 (yüz doxsan altı manat, yeddi qəpik) manat dəbbə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********57501 İPHONE 11 markalı telefon üçün 374.30 (üç yüz yetmiş dörd manat, otuz qəpik) manat ödənilməmiş hissə, 111.90 (yüz on bir manat, doxsan qəpik) manat dəbbə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********09787 SAMSUNG GALAXY TAB S7 markalı telefon üçün 222.16 (iki yüz iyirmi iki manat, on altı qəpik) manat ödənilməmiş hissə, 66.84 (altmış altı manat, səksən dörd qəpik) manat dəbbə borcu; ümumilikdə 8384 manat borc və 103.84 (yüz üç manat, səksən dörd qəpik) manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, APPLE MACBOOK AİR 15 kompüter üçün 3981,93 (üç min doqquz yüz səksən bir manat, doxsan üç qəpik) manat ödənilməmiş hissə, 491.47 (dörd yüz doxsan bir manat, qırx yeddi qəpik) manat dəbbə; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, PLAYSTATİON 5, PS5 oyun pultu, PS5 CHARGE üçün 1020 (min iyirmi) manat ödənilməmiş hissə, 246 (iki yüz qırx altı) manat dəbbə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********28984 SAMSUNG GALAXY S22 marka üçün 784.35 (yeddi yüz səksən dörd manat, otuz beş qəpik) manat ödənilməmiş hissə, 234.05 (iki yüz otuz dörd manat, beş qəpik) manat dəbbə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********50445 İPHONE 13 PRO MAX MARKALİ TELEFON üçün 654.93 (altı yüz əlli dörd manat, doxsan üç qəpik) manat ödənilməmiş hissə, 196.07 (yüz doxsan altı manat, yeddi qəpik) manat dəbbə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********57501 İPHONE 11 markalı telefon üçün 374.30 (üç yüz yetmiş dörd manat, otuz qəpik) manat ödənilməmiş hissə, 111.90 (yüz on bir manat, doxsan qəpik) manat dəbbə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********09787 SAMSUNG GALAXY TAB S7 markalı telefon üçün 222.16 (iki yüz iyirmi iki manat, on altı qəpik) manat ödənilməmiş hissə, 66.84 (altmış altı manat, səksən dörd qəpik) manat dəbbə borcu; cəmi 8384 (səkkiz min üç yüz səksən dörd) manat borc və 103.84 (yüz üç manat, səksən dörd qəpik) manat ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №e-2(008)-3713/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3713/2024
24.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver