Məhkəmə qərarları › İş №e-2(008)-372/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-372/2024

04.11.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-372/2024 04.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 Ağahüseyn qızının, Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın İddiaçı istismarında olan Sabunçu-Böyükşor DŞ-200 mm-lik yerüstü neft kəmərinin 2.7-ci km-də, 1-ci sırada, kəmərə paralel, kəmərdən təqribən 15 metr aralı məsafədə, neft boru kəmərinin mühafizə zonasında ünvan 1 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin və çardaq tikilisinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı SOCAR-ın İddiaçı bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, SOCAR-ın İddiaçı istismarında olan Sabunçu-Böyükşor DŞ-200 mm-lik yerüstü neft kəmərinin 2.7-ci km-də, 1-ci sırada, kəmərə paralel, kəmərdən təqribən 15 metr aralı məsafədə, neft boru kəmərinin mühafizə zonasında ünvan 1 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi və çardaq tikilisi faktı aşkar edilmişdir. Neft boru kəmərləri strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, SOCAR-ın İddiaçı istismarında olan Böyük-Şor-Sumqayıt DŞ- 200 mm-lik yerüstü neft kəmərinin 2.7-ci km-də, 39 T 0408862; ******* saylı koordinat üzrə 1-ci sırada, kəmərə paralel, kəmərdən təqribən 15 metr aralı məsafədə, neft kəmərinin mühafizə zonasında ünvan 1 ünvanında Cavabdeh məxsus 2 ədəd (köhnədən və yeni inşa edilmiş) fərdi yaşayış evinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, zəbt olunmuş ərazinin boşaldılması, ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı SOCAR-ın İddiaçı bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 Ağahüseyn qızı iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, torpağa və evə dair hər hansı hüquq müəyyən edici sənədi yoxdur. Ev alınanda 2000-ci ildə neft kəməri yox idi, neft kəməri orada sonradan 2015-ci ildə çəkilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, ünvan 1 Sabunçu-Böyükşor DŞ-200 mm-lik yerüstü neft kəmərinin 2.7-ci km-də, 39 T 0408862; ******* saylı koordinat üzrə, 1-ci sırada, kəmərə paralel, kəmərdən təqribən 5 metr aralı məsafədə köhnədən inşa edilmiş, içərisində yaşayış olan evin qarşısında evdən kənarda boş ərazidə köhnədən 3 metr enində, 6 metr uzunluğunda, 2.2 metr hündürlüyündə ətrafı və damı metal lövhə və tentlə örtülmüş (kəllə paça təmizləmək üçün istifadə edilən) quraşdırmanın içərisində hörgü işlərinin aparılaraq malyarka edilməsi aşkar edildi. Mühafizə zonası daxilində görülən işlərin qanunazidd olduğu özünü quraşdırmanın sahibi kimi təqdim edən, lakin şəxsiyyətini təsdiq edən sənəd təqdim etməyən şəxsə izah edilərək, görülən işlərin dayandırılması, həmçinin sökülməsi tələb edildi və o, quraşdırmanın içərisində aparılan tikintinin növbəti günlərdə söküləcəyini bildirdi. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, ünvan 1 Sabunçu-Böyükşor DŞ-200 mm-lik yerüstü neft kəmərinin 2.7-ci km-də, 39 T 0408862; ******* saylı koordinat üzrə, 1-ci sırada, kəmərə paralel, kəmərdən təqribən 15 metr aralı məsafədə vətəndaş Cavabdeh tərəfindən köhnədən inşa edilmiş, içərisində yaşayış olan evin qarşısında boş ərazidə kəmərə yaxınlaşmaqla kəmərdən 5 metr aralı məsafədə köhnədən dəmir konstruksiya ilə quraşdırılmış 4 tərəfi çadırla örtülmüş, 3 metr enində, 6 metr uzunluğunda, 2.2 metr hündürlüyündə olan çardağın alt hissəsində naməlum şəraitdə tikinti işlərinin aparılaraq tamamlanması aşkar edildi. Mühafizə zonası daxilində görülən işlərin qanunazidd olduğunu nəzərə alaraq, qanunsuz tikilinin sökülməsi barədə NİK-nin Abşeron bölümü tərəfindən ayrılmış xüsusi texnika vasitəsilə tədbir keçirildi, lakin orada yaşayan vətəndaşlar tərəfindən münaqişə yaradıldığından sökülməsi mümkün olmadı. İddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/9648 nömrəli ekspert rəyindən görünür ki, iş üzrə iddiaçı tərəfin nümayəndəsi tərəfindən naturada təqdim edilən, ünvan 1ndə yerləşən mübahisə predmeti olan fərdi yaşayış evinin Sabunçu-Böyükşor Dş-200 mm-lik neft kəmərinin mühafizə zonasının hüdudları daxilində yerləşdiyi müəyyən olunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 66-cı maddəsinə əsasən övlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 155.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir. 155.2-ci maddəsinə əsasən fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nın 6.7-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonasında onu istismar edən hüquqi və fiziki şəxslər Magistral boru kəmərləri idarəsi və onun yerli orqanlarının yazılı razılığı olmadan aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və quraşdırma işləri; b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarının tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması; d) hər növ dağ, quraşdırma, partlayış və torpaq səthinin düzləndirmə işləri; e) quyuların quraşdırılması, şurf açılması və yerin təkindən nümunə götürülməsi məqsədi ilə geolociseysmik, geodeziya və başqa axtarış işləri. Boru kəmərlərinin mühafizə zonasında iş aparılmasına, yazılı şəkildə icazə almış hüquqi və fiziki şəxslər, boru kəmərinin mühafizəsini təmin edən şərtlərə əməl etməyə borcludurlar. Boru kəmərlərinin mühafizə zonasında iş aparılması şərtləri magistral boru kəmərlərini istismar edən təşkilatın yerli orqanları tərəfindən təyin edilir və müvafiq yerli icra hakimiyyəti və Dövdağtexnəzarət Komitəsi orqanları ilə razılaşdırıldıqdan sonra həyata keçirilir. Boru kəmərlərinin mühafizə zonalarında partlayış işlərinin aparılmasına yazılı icazə, ancaq Dövdağtexnəzarət Komitəsi tərəfindən təsdiq edilmiş partlayış işlərinin təhlükəsiz aparılmasının vahid qaydalarına uyğun olaraq həmin işləri aparan müəssisə (təşkilat) tərəfindən tələb olunan materiallar təqdim edildikdən sonra verilməlidir. İşin faktiki halları ilə müəyyən olundu ki, Cavabdeh tərəfindən ünvan 1 ünvanında, SOCAR-ın İddiaçı istismarında olan Sabunçu-Böyükşor DŞ-200 mm-lik neft kəmərindən təqribən 6.5 metr aralı məsafədə fərdi yaşayış evi inşa edilmişdir. Həmin tikili neft kəmərinin mühafizə zonasında yerləşməklə, qanunsuz tikili hesab olunur. İddiaçı, mübahisəli ünvanda 2 ədəd (köhnədən və yeni inşa edilmiş) fərdi yaşayış evinin mövcud olduğunu iddia edərək, həmin evlərin sökülməsini tələb etsə də, ekspertiza tədqiqatı zamanı həmin ərazidə yalnız bir fərdi yaşayış evi aşkar edilmişdir. Ona görə də məhkəmə yalnız bir fərdi yaşayış evinin sökülməsi hissəsində iddia tələbini əsaslı hesab edir (son dəqiqləşmə ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəmə baxışı mərhələsində verildiyindən qəbul olunmadı). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, SOCAR-ın İddiaçı istismarında olan Sabunçu-Böyükşor DŞ-200 mm-lik neft kəmərinin (6.5 metr aralı məsafədə) mühafizə zonasında ünvan 1 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi cavabdehin hesabına sökülərək ərazidən çıxarılmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, Cavabdeh 50 (əlli) manat məbləğində dövlət rüsumu tutularaq SOCAR-ın İddiaçınə, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat isə Cavabdeh və SOCAR-ın İddiaçındən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. SOCAR-ın İddiaçı istismarında olan Sabunçu-Böyükşor DŞ-200 mm-lik neft kəmərinin mühafizə zonasında ünvan 1 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi cavabdehin hesabına sökülərək ərazidən çıxarılsın. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh 50 (əlli) manat məbləğində dövlət rüsumu tutularaq SOCAR-ın İddiaçı bank hesabına ödənilsin. Məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh və SOCAR-ın İddiaçındən müştərək qaydada tutulsun, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar