Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3740/2025 27.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5750 (beş min yeddi yüz əlli) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 78 (yetmiş səkkiz) manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il, saat 03:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospektində tərəfindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Kia Rio” minik markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə “BMW 328” markalı **-YP-***, “Mercedes Benz” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobillərə maddi zərər, xidməti vəzifələrini icra edən polis nəfərləri X3 və X1 qısa müddətdə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti almışlar. Nizami Rayon Məhkəməsi tərəfindən tərtib edilmiş 01 noyabr 2022-ci il tarixli Hökmünə əsasən, Cavabdeh nəqliyyat vasitəsini sərxoş halda idarə etməsi təsdiqini tapmışdır. Sığortalı “Kia Rio minik” markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində X4 aldığı yüngül xəsarətlə bağlı 750 (yeddi yüz əlli) manat "xxxx" ASC tərəfindən iş üzrə PXA147480 saylı sığorta aktı tərtib edilməklə zərərçəkənin təqdim etdiyi bank hesablarına ödənilmişdir. Tərtib edilmiş Qüsur aktında göstərilmişdir ki, “BMW 328” markalı **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 1970,00 manat, “Mercedes Benz” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilə isə 3605,00 manat təşkil edir. Nəqliyyat vasitələrinin təmiri üçün "xxxx" ASC tərəfindən iş üzrə proporsionallıq nəzərə alınmaqla PXA100401 saylı sığorta aktı tərtib edilməklə 1766,82 manat və PXA100402 saylı sığorta aktı tərtib edilməklə isə 3233,18 manat zərərçəkənin təqdim etdiyi bank hesablarına ödənilmişdir. "xxxx" ASC tərəfindən zərərçəkənlərə ödənilmiş ümumilikdə 5750 (beş min yeddi yüz əlli) manat məbləğində sığorta ödənişinin subroqasiya qaydasında geri ödənilməsi barədə cavabdehə xx.xx.2023-cü il tarixli bildiriş göndərilmiş, lakin cavabdeh tələb olunan məbləği ödəməkdən yayınmışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək iddia tələbinin təmin edilməsini və işə onların iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdeh isə bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. PXA147480 nömrəli sığorta aktından görünür ki, xx.xx.2021-ci il tarixdə saat 03.30 radələrində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Kia Rio” minik markalı, ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsi ilə “BMW 3281” markalı, ** YP *** dövlət qeydiyyat nömrəli və “X13” markalı, 99PU283 dövlət qeydiyyat nömrəli avtomobillərlə toqquşmuş və nəticədə X9 yüngül dərəcəli xəsarət almışdır. Dəymiş ziyanamın məbləği 750 manat müəyyən edilmişdir. Məbləği alan şəxs isə X6r. PXA100401 nömrəli sığorta aktından görünür ki, xx.xx.2021-ci il tarixdə saat 03.30 radələrində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Kia Rio” minik markalı, ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsi ilə “BMW 3281” markalı, ** YP *** dövlət qeydiyyat nömrəli və “X13” markalı, 99PU283 dövlət qeydiyyat nömrəli avtomobillərlə toqquşmuşdur. Dəymiş maddi ziyan 1970 manat müəyyən edilmişdir. Ödəniləcək məbləğ 1766.82 manat müəyyən edilmişdir. Məbləği alan şəxs isə X5r. PXA100402 nömrəli sığorta aktından görünür ki, xx.xx.2021-ci il tarixdə saat 03.30 radələrində baş vermiş yolnəqliyyat hadisəsi zamanı “Kia Rio” minik markalı, ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsi ilə “BMW 3281” markalı, ** YP *** dövlət qeydiyyat nömrəli və “X13” markalı, ** PU *** dövlət qeydiyyat nömrəli avtomobillərlə toqquşmuşdur. Dəymiş maddi ziyan 3605 manat müəyyən edilmişdir. Ödəniləcək məbləğ 3233.18 manat müəyyən edilmişdir. Məbləği alan şəxs isə X5r. xx.xx.2021-ci il taixli qüsur aktından görünür ki, xx.xx.2021-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı BMW 328 markalı, ** YP *** dövlət qeydiyyat nömrəli avtomobilə 1970 manat ziyan dəymiş olduğu hesablanmışdır. xx.xx.2021-ci il taixli qüsur aktından görünür ki, xx.xx.2021-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı Mercedes Citan markalı, ** PU *** dövlət qeydiyyat nömrəli avtomobilə 3605 manat ziyan dəymiş olduğu hesablanmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-210/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası CM-nin 128 və 315-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 128ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 315-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş həmin cəzalan qismən toplamaq yolu ilə Cavabdeh 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Cavabdeh Salyan Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli qərarı ilə təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilməsi, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 fevral 2019-cu il tarixli hökmü üzrə çəkilməmiş 09 (doqquz) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirmək yolu ilə Cavabdeh qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Cavabdeh cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 29 noyabr 2021-ci il tarixdən hesablanması, Cavabdeh barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, maddi sübut qismində tanınmış 01 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılması, "BMW 328” markalı **- YP-*** dövlət qeydiyyat nişanlı, ‘‘Mercedes Çitan” markalı **-PU-*** dövlət qeydiyyat nişanlı və “Kia Rio” markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobillərin məhkəməyədək icraat zaman mülkiyyətçilərinə təhvil verilməsi nəzərə alınması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş mədaxil qəbzinin surətindən görünür ki, 78 manat dövlət rüsumu ödənilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 81-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 49.2-ci maddəsinə əsasən sığortaçının sığortalıya və ya sığorta olunana qarşı subroqasiya hüququnun yaranmasının bu Qanunun 25.1.2-ci maddəsində müəyyən edilmiş əsası o halda tətbiq edilir ki, sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqol, narkotik və ya toksikoloji sərxoşluq vəziyyətində istismar etməsinin, o cümlədən inşaat, təmir, yenidənqurma və ya digər işlərin aparılmasının müvafiq hadisənin baş verməsinə şərait yaratması sübut edilmiş olsun. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh idarə etdiyi “KİA RİO” markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də sığorta şəhadətnaməsi ilə sığortalanmışdır. xx.xx.2021-ci il tarixində, saat 03:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospektində “BMW 328” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş, nəticədə X2 və X7 və yüngül dərəcəli bədən xəsarəti almış və avtomobillərı maddi zərər vurulmuş. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)- 210/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası CM-nin 128 və 315-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək Cavabdeh qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökmün surətindən məlum olur ki, sözügedən hadisə baş verərkən cavabdeh avtonəqliyyat vasitəsini sərxoş vəziyyyətdə idarə etdiyindən hazırda iddiaçı ödəmiş olduğu məbləği təqsirli sürücüdən geri tələb etməkdə haqlı olmuşdur. Odur ki, qeyd edilənlər nəzərə alınmalı iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 78 manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə cavabdehdən tutulmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 5750 (beş min yeddi yüz əlli) manat məbləğində pul və 78 (yetmiş səkkiz) manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-3740/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3740/2025
27.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver