Məhkəmə qərarları › İş №e-2(008)-3745/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3745/2023

31.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3745/2023 31.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Cəfərli Nilufər Arif qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul tələbinə» dair iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, SOYUDUCU HOFFMANN markalı telefon üçün 563 (beş yüz altmış üç) manat ödənilməmiş hissə, 56 (əlli altı) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ **********25114 SAMSUNG GALAXY A21S MARKALİ TELEFON markalı telefon üçün 417.6 (dörd yüz on yeddi manat, altmış qəpik) manat ödənilməmiş hissə, 41.4 (qırx bir manat, qırx qəpik) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən HOFFMANN KONDİSİONER üçün 217.2 (iki yüz on yeddi manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 21.8 (iyirmi bir manat, səksən qəpik) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, ƏTÇƏKƏN BOSCH üçün 79.8 (yetmiş doqquz manat, səksən qəpik) manat ödənilməmiş hissə, 7.2 (yeddi manat, iyirmi qəpik) manat cərimə olmaqla, ümumilikdə 1404 (min dörd yüz dörd) manat borc və 34.04 (otuz dörd manat, dörd qəpik) manat ödənilmiş dövlət rüsumu olmaqla, Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilələrinə əsasən, SOYUDUCU HOFFMANN, İMEİ **********25114 SAMSUNG GALAXY A21S MARKALİ TELEFON markalı telefon, HOFFMANN KONDİSİONER və ƏTÇƏKƏN BOSCH almış və nəticədə 1404 (min dörd yüz dörd) manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3155.8 (üç min yüz əlli beş manat, səksən qəpik) manat təşkil edir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Cavabdeh "xxxx" MMC-dən SOYUDUCU HOFFMANN markalı, xx.xx.2020-ci il tarixli müqavilə ilə İMEİ **********25114 SAMSUNG GALAXY A21S MARKALİ TELEFON, xx.xx.2020-ci il tarixli müqavilə ilə HOFFMANN KONDİSİONER, xx.xx.2020-ci il tarixli müqavilə ilə ƏTÇƏKƏN BOSCH almış və onların dəyərini ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür; -"xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə cədvəlindən müəyyən edilir ki, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən alqı-satqı qiyməti 2032.2 (iki min otuz iki manat, iyirmi qəpik) manat olan SOYUDUCU HOFFMANN üçün cəmi ödənilən məbləğ 1469.2 (min dörd yüz altmış doqquz manat, iyirmi qəpik) manat, ödənilməmiş əsas borc 563 (beş yüz altmış üç) manat, cərimə borcu 56 (əlli altı) manat olmaqla, ümumi ödənilməmiş borc cəmi 619 (altı yüz on doqquz) manat; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 684 (altı yüz səksən dörd) manat olan İMEİ **********25114 SAMSUNG GALAXY A21S MARKALİ TELEFON üçün cəmi ödənilən məbləğ 266.4 (iki yüz altmış altı manat, qırx qəpik) manat, ödənilməmiş əsas borc 417.6 (dörd yüz on yeddi manat, altmış qəpik) manat, cərimə borcu 41.4 (qırx bir manat, qırx qəpik) manat olmaqla, ümumi ödənilməmiş borc cəmi 459 (dörd yüz əlli doqquz) manat; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən alqı-satqı qiyməti 1252.8 (min iki yüz əlli iki manat, səksən qəpik) manat olan HOFFMANN KONDİSİONER üçün cəmi ödənilən məbləğ 1035.6 (min otuz beş manat, altmış qəpik) manat, ödənilməmiş əsas borc 217.2 (iki yüz on yeddi manat, iyirmi qəpik) manat, cərimə borcu 21.8 (iyirmi bir manat, səksən qəpik) manat olmaqla, ümumi ödənilməmiş borc cəmi 239 (iki yüz otuz doqquz) manat; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən alqı-satqı qiyməti 464.4 manat olan MƏHSUL üçün cəmi ödənilən məbləğ 384.6 (üç yüz səksən dörd manat, altmış qəpik) manat, ödənilməmiş əsas borc 79.8 (yetmiş doqquz manat, səksən qəpik) manat, cərimə borcu 7.2 (yeddi manat, iyirmi qəpik) manat olmaqla, ümumi ödənilməmiş borc cəmi 87 (səksən yeddi) manat, cəmi 1404 (min dörd yüz dörd) manat təşkil edir. -xx.xx.2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, SOYUDUCU HOFFMANN üçün aylıq ödəniş məbləği 112.9 (yüz on iki manat, doxsan qəpik) manat; xx.xx.2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, İMEİ **********25114 SAMSUNG GALAXY A21S MARKALİ TELEFON üçün aylıq ödənişi 38 (otuz səkkiz) manat; xx.xx.2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, HOFFMANN KONDİSİONER üçün aylıq ödənişi 69.6 (altmış doqquz manat, altmış qəpik) manat; xx.xx.2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, MƏHSUL üçün aylıq ödənişi 25.8 (iyirmi beş manat, səksən qəpik) manat təşkil edir. -"xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, cavabdeh, müqavilənin şərtlərini pozaraq, müqavilədə göstərilən vaxt və qaydaya əməl etmədiyi üçün tərəflər arasında bağlanmış müqavilənin şərtinə uyğun olaraq əlavə peniya hesablanmışdır. Hesblanmış peniya məbləğini qısa zamanda ödəmədiyi halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin, 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2- 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata kecirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi, Cavabdeh xx.xx.2020, xx.xx.2020, xx.xx.2020 və xx.xx.2020-ci il tarixli müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranan əsas borcu və cərimə borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119, 284-5 və 284.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 563 (beş yüz altmış üç) manat ödənilməmiş hissə borcu, 56 (əlli altı) manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 417.6 (dörd yüz on yeddi manat, altmış qəpik) manat ödənilməmiş hissə, 41.4 (qırx bir manat, qırx qəpik) manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 217.2 (iki yüz on yeddi manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 21.8 (iyirmi bir manat, səksən qəpik) manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 79.8 (yetmiş doqquz manat, səksən qəpik) manat ödənilməmiş hissə, 7.2 (yeddi manat, iyirmi qəpik) manat cərimə borcu olmaqla, cəmi 1404 (bir min dörd yüz dörd) manat məbləğində pul və 34.04 (otuz dörd manat, dörd qəpik) manat dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada alındığı gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar