Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3757/2023 28.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, Cavabdeh Balaqardaş oğlunun iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdehna qarşı “pul vəsaitinin tutulması” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “pul vəsaitinin tutulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5000 (beş min) manat sığorta ödənişinin, 70 (yetmiş) manat dövlət rüsumunun, 0.40 (qırx qəpik) manat cəmi 5070.40 (beş min yetmiş manat, qırx qəpik) manat məbəğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə PBA********** nömrəli sığorta müqaviləsi bağlanmış və "xxxx" markalı, ** XJ *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2021-ci il tarixdə "xxxx" markalı, ** XJ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Nizami rayonu, 8-ci Köndələn küçəsində yol-nəqliyyat hadisəsi törətmiş və “Hyundai Elantra” markalı, ** HK *** dövlət qeydiyyat nişanlı, “X16” markalı, ** ZN *** dövlət qeydiyyat nişanlı və “Hyundai Elantra” markalı, ** FB *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan sığorta hadisəsi ilə bağlı "xxxx" ASC tərəfindən “Hyundai Elantra” markalı, ** HK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 2098 (iki min doxsan səkkiz manat 00 qəpik) manat, “X16” markalı, ** ZN *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 897,50 (səkkiz yüz doxsan yeddi manat, əlli qəpik) manat və “Hyundai Elantra” markalı, ** FB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 2004,50 (iki min dörd manat, əlli qəpik) manat olmaqla, cəmi 5 000 (beş min) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Hadisə ilə bağlı Nizami rayon DYPŞ-nin "xxxx" ASC-yə təqdim etdiyi xx.xx.2021-ci il tarixli, 98466 nömrəli arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində zərər vuran tərəf qismində iştirak etmişdir. Həmçinin qeyd olunan arayışda Cavabdeh yol nəqliyyat hadisəsinin baş verdiyi "xxxx" markalı, ** XJ *** dövlət qeydiyyat nişanlı avtomobili Azərbaycan Respublikasının səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi ilə idarə etdiyi qeyd olunmuşdur. Qeyd olunanlara əsasən Cavabdeh yol nəqliyyat hadisəsinin baş verdiyi vaxt "xxxx" markalı, ** XJ *** dövlət qeydiyyat nişanlı avtomobili Azərbaycan Respublikasının səlahiyyətli orqanı tərəfindən verilmiş müvafiq etibarnamə olmadan idarə etmişdir və səlahiyyətli dövlət orqanlarına məlumat vermədən hadisə yerindən qaçdığı üçün AR İXM-in 332.1 və 327.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli PBA********** №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsindən müəyyən olunur ki. X4 məxsus olan "xxxx" markalı ** XJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti ASC tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli inzibati tenbeh vermə haqqında qərardan və hadisə ilə bağlı Nizami rayon DYPŞ tərəfindən İcbari Sığorta Bürosunun mərkəzləşdirilmiş sisteminə yerləşdirilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə “ARAYİŞ” lardan (Forma4) müəyyən olunur ki, xx.xx.2021-ci il tarixli hadisə zamanı Cavabdeh "xxxx" markalı ** XJ *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnaməsiz idarə etdiyi üçün AR İXM-nin 332.1, və 327.7-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir.İddia ərizəsinə əlavə olunmuş zərərin hesablanması aktlarndan müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində “Hyundai Elantra” markalı ** HK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 2910 (iki min doqquz yüz on manat 00 qəpik) manat, “X16” markalı ** ZN *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 1245 (bir min iki yüz qırx beş manat 00 qəpik) manat, və “Hyundai Elantra” markalı ** FB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər isə 2780 (iki min yeddi yüz səksən manat 00 qəpik) manat məbləğində qiymətləndirilmişdir. İddia ərizəsinə əlavə edilmiş "xxxx" ASC-nin ödəniş tapşırıqlarından müəyyən olunur ki, ASC tərəfindən “Hyundai Elantra” markalı ** HK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə mütənasiblik qaydasında 2098 (iki min doxsan səkkiz manat 00 qəpik) manat, “X16” markalı ** ZN *** qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün 897,50 (səkkiz yüz doxsan yeddi manat 50 qəpik) manat və “Kia Elantra” markalı ** FB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın aradan qaldırılması üçün 2004,50 (iki min dörd manat 50 qəpik) manat məbləğində olmaqla cəmi 5000 (beş min) manat məbləğində sığorta ödənişi heyata keçirilmişdir. xx.xx.2023-cü il tarixli, BS-s- 23/0713 nömrəli Geriyə tələb (subroqasiya) məktubundan görünür ki, Mülki Məcəllənin 936-cı maddəsinə əsasən "xxxx" ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 5000 (beş min) manat məbləğində sığorta ödənişinin 5 gün müddətində geri ödənilməsi tələblərdən müştərək qaydada tələb edilmişdir. İddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini bildirmiş, işə nümayəndələrinin iştirakı olmadan baxılaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək, hazırda heç yerdə işləmədiyini, maddi durumunun pis olduğunu dedi. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinin surətindən görünür ki, xx.xx.2021–xx.xx.2022-ci il tarixədək dövlət qeydiyyat nişanı ** XJ ***, markası "xxxx", istehsal ili 2003–cü il olan avto nəqliyyat vaistəsi Bakı Sığorta ASC-də icbari siğorta ilə siğortalanmışdır. Siğorta məbləği avtonəqliyyat vaistəsinə dəyən zərər üzrə 5000 manat müəyyən edilmişdir. - 07 mart 2018-ci il tarixli cinayət işinin başlanamasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Cavabdeh əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh əməlində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddədində tərkib ələmatləri olmadığından qərarın sürəti icra olunması üçün Xəzər DYPŞ-ya göndərilmişdir. - İnzibati Tənbeh vermə haqqında TP ******* nömrəli , xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1 və 327.1-ci maddəsinə əsasən 40 (qırx) manat məbləğində cərimə edilmişdir. - «Bakı Sığorta” ASC tərəfindən xx.xx.2021-ci il, PBA********** nömrəli sığorta aktının surətindən görünür ki, PBA**********a nömrəli siğorta müqaviləsinə əsasən müvafiq olaraq zərərçəkmişlər X3 2910.00 manat, X5 1245 manat, X1 2780.00 manat yekun sığorta ödəniş məbləği hesablanaraq, zərrəçəkmişlərin hesab nömrələrinə köçürülmüşdür. - Bakı şəhəri Nizami Rayon DYPŞ xx.xx.2021-ci il tarixli Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 18:30 radələrində Nizami rayonu, 8-ci Köndələn küçəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsinin növü toqquşma kimi qeydə alınmışdır. Təqsirli olan avtonəqliyyat vəsatəsinin idarə edən Cavabdeh olmuşdur. Cavabdeh Azərbaycan Respublikası sürücülük vəsiqəsi ilə avtonəqliyyat vaistəsini idarə etmişdir. - Ödəniş tapşırığından görünür ki, 1245.00 manat xx.xx.2021-ci il, 637/21 PBA- 347/21 nömrəli sığorta aktına əsasən sığorta ödənişi kimi büdcədən X6 ödənilmişdir. - Ödəniş tapşırığından görünür ki, 2780 manat xx.xx.2021-ci il tarixli, 640/21 PBA- 303/21 nömrəli sığorta aktına əsasən sığorta ödənişi kimi büdcədən X2 ödənilmişdir. - Ödəniş tapşırığından görünür ki, 2910 manat xx.xx.2021-ci il, 527/21 PBA-304/21 nömrəli sığorta aktına əsasən sığorta ödənişi kimi büdcədən X3 ödənilmişdir. - xx.xx.2023-cü il tarixli, BS-S-23/0713 nömrəli geriyə tələb (subroqasiya) məktubunun surətindən görünür ki, Cavabdeh "xxxx" ASC tərəfindən sığorta hadisəsi ilə bağlı zərər görə ödənilmiş 5000 manat sığorta ödənişi tələb edilmişdir. - “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh AD seriyalı, B kateqoriyalı 141010 nömrəli sürücülük vəsiqəsini xx.xx.2018-ci il tarixdə almışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi hissəsində başqa cür müəyyən edilməmişdirsə, icbari sığorta müqaviləsi 1 il müddətinə bağlanılır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən icbari sığorta şəhadətnaməsi icbari sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəddir. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi sığortaçı tərəfindən müvafiq sığorta şəhadətnaməsinin sığortalıya və ya sığorta olunana verilməsi yolu ilə bağlanır. İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanununun 25.1, 25.1.3, 25.1.8ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadəyə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanununun 25.1 və 25.1.8-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 35-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini ölkə ərazisinə daxil olduğu gündən bir ay ərzində idarə etmək hüququna malikdir. Azərbaycan Respublikasının vətəndaşı ölkə ərazisində nəqliyyat vasitələrini həmin müddətdən artıq idarə etmək üçün sürücülük vəsiqəsini bu Qanunun 35-ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. X10 Azərbaycan Respublikası qanununu 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə "xxxx" markalı, ** XJ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Nizami rayonu, 8-ci Köndələn küçəsində yol-nəqliyyat hadisəsi törətmiş və “Hyundai Elantra” markalı, ** HK *** dövlət qeydiyyat nişanlı, “X16” markalı, ** ZN *** dövlət qeydiyyat nişanlı və “Hyundai Elantra” markalı, ** FB *** dövlət qeydiyyat qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Bakı şəhəri Nizami rayon DYPŞ xx.xx.2021ci il tarixli Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, Cavabdeh "xxxx" markalı, ** XJ *** dövlət qeydiyyat nişanlı avtomobili Azərbaycan Respublikası səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi ilə idarə etmişdir. İddiaçı "xxxx" ASC Cavabdeh sığortalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyinə görə sığorta müqaviləsinin şərtlərini pozduğu üçün iddiaçının subroqasiya hüququnun yarandığına istinad edir və onlar tərəfindən ödənilən 5000 manat məbləği cavabdehdən bu əsasla geri tələb edir. İşin mübahisələndirilən halı cavabdehin həqiqətən hadisənin baş verdiyi vaxtda sürücülük hüququnun olub-olmamasını müəyyən etməkdən ibarətdir. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh, avto-nəqliyyat hadisəsi isə xx.xx.2021-ci il tarixində baş vermiş və beləliklə məlum olur ki, cavabdehin yol nəqliyyat hadisəsi baş verən zaman onun Azərbaycan Respublikası tərəfindən verilmiş sürücülük vəsiqəsilə avtomobili idarə etməyə hüququ olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə əsasən iddiaçının subroqasiya hüququ Cavabdeh qarşı yaranmışdır. Beləliklə, "xxxx" ASC-də icbari siğorta ilə siğorta olunan ** XJ *** dövlət qeydiyyat nişanlı, "xxxx" markalı avtomobili sürücülük hüququ olmadan idarə edən Cavabdeh xx.xx.2021-ci il tarixdə yol nəqliyyat hadisəsi törədərək, X3 2910.00 manat, X5 1245 manat, X1 2780.00 manat məbləğində zərər vurulmuşdur. "xxxx" ASC tərəfindən zərər dəyən avtomobillərin mülkiyyətçisinə 5000 manat məbləğində sığorta ödənişi ödənilmişdir. "xxxx" ASC zərərçəkmiş şəxslərə ödənilmiş 5000 manat məbləğində pul vəsaitini Cavabdeh tələb edir. Məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı "xxxx" ASC-də sığortalanmış ** XJ *** dövlət qeydiyyat nişanlı, "xxxx" markalı avtomobili sürücülük hüququ olmadan idarə edən Cavabdeh xx.xx.2021-ci il tarixdə yol nəqliyyat hadisəsi törədərək, X3 2910.00 manat, X5 1245 manat, X1 2780.00 manat məbləğində ümumi sığorta məbləği hissəsində zərərçəkmiş şəxlərə ödənildiyindən, "xxxx" ASC həmin yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli hesab edilən Cavabdeh sığorta ödənişinin geri tələb etməkdə haqlıdır, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Balaqardaş oğlundan 5000 (beş min) manat sığorta ödənişi məbləği və 70 (yetmiş) manat dövlət rüsumu, 0.40 (qırx qəpik) manat məbləğində xidmət haqqının, "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №e-2(008)-3757/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3757/2023
28.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver