Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3758/2023 26.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********09848 İPHONE 12 PRO MAX markalı telefon üçün 4849.8 manat ödənilməmiş hissə, 1454.4 manat dəbbə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********80406 X1AOMİ REDM1 9 markalı telefon, İZQARA BOSCH üçün 610 manat ödənilməmiş hissə, 180 manat dəbbə; xx.xx.2021 -ci il tarixli müqaviləsinə əsasən, İmei Kodu **********05048 NOKİA 106 DUAL markalı telefon, QƏHVƏÜYÜDƏN BOSCH, BLENDER BOSCH üçün 224.4 manat ödənilməmiş hissə, 67.2 manat dəbbə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İmei Kodu **********21126 XİAOMİ REDMİ NOTE 9 markalı telefon, CLEAR COVER üçün 110 manat ödənilməmiş hissə, 33 manat dəbbə; ümumilikdə 7528,8 manat borc və 95,29 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "ABC TELECOM” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********09848 İPHONE 12 PRO MAX markalı telefon, İmei kodu **********80406 XİAOMİ REDMİ 9 markalı telefon, İZQARA BOSCH, İmei Kodu **********05048 NOKİA 106 DUAL markalı telefon, QƏHVƏÜYÜDƏN BOSCH, BLENDER BOSCH, İmei Kodu **********21126 XİAOMİ REDMİ NOTE 9 markalı telefon, CLEAR COVER almış və nəticədə 7528.8 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə: xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 5455.8 manat olan İmei kodu **********09848 İPHONE 12 PRO MAX markalı telefon üçün ümumilikdə, 6304.2 manat olmaqla ondan, 4849.8 manat ödənilməmiş hissə, 1454.4 manat dəbbə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 723 olan İmei kodu **********80406 XİAOMİ REDMİ 9 markalı telefon, İZQARA BOSCH üçün ümumilikdə, 790 manat olmaqla ondan 610 manat ödənilməmiş hissə, 180 manat dəbbə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 337.2 manat olan İmei Kodu **********05048 NOKİA 106 DUAL markalı telefon, QƏHVƏÜYÜDƏN BOSCH, BLENDER BOSCH üçün ümumilikdə, 291.6 manat olmaqla ondan, 224.4 manat ödənilməmiş hissə, 67.2 manat dəbbə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 660 manat olan İmei Kodu **********21126 XİAOMİ REDMİ NOTE 9 markalı telefon, CLEAR COVER üçün ümumilikdə, 143 manat olmaqla ondan, 110 manat ödənilməmiş hissə, 33 manat dəbbə; Cavabdehin cəmi ödədiyi məbləğ 1381.8 manat təşkil edir. Cavabdehlə bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdehə olan əsas borcunu etiraf etdi və qətnamənin çıxarılmasını məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). İddiaçı cavabdehə: xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 5455.8 manat olan İmei kodu **********09848 İPHONE 12 PRO MAX markalı telefon; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 723 olan İmei kodu **********80406 XİAOMİ REDMİ 9 markalı telefon, İZQARA BOSCH; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 337.2 manat olan İmei Kodu **********05048 NOKİA 106 DUAL markalı telefon, QƏHVƏÜYÜDƏN BOSCH, BLENDER BOSCH; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 660 manat olan İmei Kodu **********21126 XİAOMİ REDMİ NOTE 9 markalı telefon, CLEAR COVER satmışdır. İş materiallarında olan maliyyə aryışına əsasən cavabdehin iddiçıya dörd müqavilə üzrə 5794,2 manat əsas, 1734,6 manat dəbbə, ümumilikdə 7528,8 manat borcu yaranmışdır. Borcun ödənilməsinə dair cavabdehə bildiriş göndərilmişdir. Hazırda iddiaçı 7528,8 manat borcun cavabdehdən tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. Beləliklə, iş materialları ilə təsdiq olunmuşdur ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilənin şərtlərini pozmuş, müqavilə ilə müəyyən olunmuş qaydada ödənişlər etməmiş, nəticədə iddiaçıya borcu yaranmış və bununla da cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, iddia əsas borcun tutulması hissəsində tam təmin olunmalıdır. İddianın cərimənin tutulması hissəsinə gəldikdə isə məhkəmə həmin hissədə iddianın qismən təmin olunmasını əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə iddiaçı tərəfindən cərimənin 1734,6 manat məbləğində hesablanmasının yüksək olmasını nəzərə alaraq hesab edir ki, cavabdehlərdən iddiaçı tərəfindən hesablanmış qeyd olunan cərimə məbləğinin 10 %-i həcmində, yəni 173 manat məbləğində cərimə pulu tutulmasını ağlabatan və ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********09848 İPHONE 12 PRO MAX markalı telefon üçün 4849.8 manat ödənilməmiş hissə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********80406 X1AOMİ REDM1 9 markalı telefon, İZQARA BOSCH üçün 610 manat ödənilməmiş hissə, xx.xx.2021 -ci il tarixli müqaviləsinə əsasən, İmei Kodu **********05048 NOKİA 106 DUAL markalı telefon, QƏHVƏÜYÜDƏN BOSCH, BLENDER BOSCH üçün 224.4 manat ödənilməmiş hissə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İmei Kodu **********21126 XİAOMİ REDMİ NOTE 9 markalı telefon, CLEAR COVER üçün 110 manat ödənilməmiş hissə, cəmi 5794,2 manat ödənilməmiş hissə, 173 manat dəbbə, cəmi 5967,2 manat borc və 95,29 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №e-2(008)-3758/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3758/2023
26.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver