Məhkəmə qərarları › İş №e-2(008)-3790/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3790/2022

13.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3790/2022 13.09.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə ECK5638336 saylı müqavilə üzrə 867 (səkkiz yüz altmış yeddi) manat əsas borc, 260 (iki yüz altmış) manat faiz borcu, 32 (otuz iki) manat məbləğində tərəfindən ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 1159 (bir min yüz əlli doqquz) manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ********** N-li VÖEN əsasında fəaliyyət göstərən Bakı şəhərində yerləşən “Soliton“ mağazasının sahibi, fiziki şəxs İddiaçı ilə Cavabdeh arasında 15 aprel 2019-cu il tarixində “Alqı-satqı” müqaviləsi bağlanmışdır. Cavabdeh 15 aprel 2019-cu il tarixli ECK5638336 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 958 (doqquz yüz əlli səkkiz) manat olan 1 ədəd “Samsung Galaxy A50” markalı telefon və 2 ədəd mobil aksesuar almış, ilkin ödəniş olaraq 40(qırx) manat ödəniş etmiş, nəticədə 918 (doqquz yüz on səkkiz) manat borc yaranmışdır. Cavabdeh tərəfindən 15 aprel 2019-cu il tarixli ECK5638336 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 51 (əlli bir) manat ödəniş edilmişdir. Bugünədək cavabdehə etdiyimiz yazılı və şifahi müraciətlər heç bir nəticə verməmiş, müqavilənin şərtləri lazımı qaydada icra edilməmiş və alqı-satqı qiyməti ünıumi 958 (doqquz yüz əlli səkkiz) manat olan 1 ədəd “Samsung Galaxy A50” markalı telefon və 2 ədəd mobil aksesuar üçün ümumilikdə 867(səkkiz yüz altmış yeddi) manat ödənilməmiş hissə, 260(ikiyüz altmış) manat faiz borcu yaranmışdır. Qeyd edilən müqaviləyə əsasən göstərilən məbləğin ödənilməmiş hissəsi, “Alıcı’' tərəfindən və ya “Alıcı”nın müvəkki etdiyi şəxs tərəfindən, birmənalı şəkildə ”Müqavilə"nin ayrılmaz tərkib hissəsi olan Ödəniş cədvəlinə uyğun olaraq həyata keçirilir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflər qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmalarına baxmayaraq, tərəflər məhkəməyə gəlməmişlər, iddiaçı ərizə ilə müraciət edərək səhhətində problem olması səbəbindən məhkəməni hazırlıq və baxış iclaslarında iştirak edə bilməyəcəyini, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, ******* nömrəli hissə-hissə ödənişlə alqı-satqı müqaviləsinin surətindən görünür ki, “Satıcı” ümumi dəyəri 958 (doqquz yüz əlli səkkiz) manat əşyanı satmağı, “Alıcı” isə müqavilə ilə razılaşdırılmış məbləğdə pul vəsaiti ödəməyi öhdəsinə götürmüşdür. - 30 aprel 2022-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh ondan ötrü ki, xx.xx.2019-cu il tarixli ECK5638336 nömrəli alqı-satqı müqaviləsinə əsasən onun bu günə olan qalıq borcu 867 (səkkiz yüz altmış yeddi) manat əsas, 260 (iki yüz altmış) manat faiz borcu olmaqla, cəmi 1127 (bir min yüz iyirmi yeddi) manatdır. - 19.04.2022-ci il tarixli Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, 10 gün müddətində borcunu ödənilməsi barədə məhkəmə iddiası qaldırılacağı və müqavilənin ləğv olunması barədə xəbərdar edilmişdir. - xx.xx.2019-cu il tarixli ödəniş cədvəlinin surətindən görünür ki, müqavilə 18 ay müddətinə hər ay 51 manat olmaqla hesablanmışdır. - 897492516 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 32.40 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin, 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuş, müqavilə üzrə öhdəliklərini lazımı qaydada yerinə yetirməyərək, borc mənləğini iddiaçıya ödəməmişdir. Məhkəmə cavabdehdən tələb edilən əsas borca münasibət bildirirək qeyd edir ki, əsas borcun onun yaranma əsasları mülki işin matariallarına əlavə edildiyindən iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə cavabdehdən tələb edilən faiz borca münasibət bildirirək qeyd edir ki, tərəflər arasında bağlanmış nisyə alqı satqı müqaviləsində əsas borca mnasibətdə faiz borcun hesablanması nəzərədə tutulmadığından iddia tələbi faiz borca münasibətdə təmin edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 867 (səkkiz yüz altmış yeddi) manat əsas borc tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia tələbinin dövlət rüsumunun ödənilməsi hissəsində də qismən təmin edilərək 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 867 (səkkiz yüz altmış yeddi) manat əsas borc və 30 (otuz ) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar