Məhkəmə qərarları › İş №e-2(008)-3865/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3865/2023

30.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3865/2023 30.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlardan müştərək qaydada 1669.20 manat əsas borc, 987.30 manat faiz borcu, lizinq predmeti olan nəqliyyat vasitəsinin cavabdehin istifadəsində olduğu müddət ərzində yol hərəkəti qaydalarını pozduğu üçün 553 manat cərimə bоrcu olmaqla, cəmi 3209.50 manat məbləğində borcun və ödənilmiş 52.10 mаnаt dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixli, AK 234/19 saylı öhdəliyin icrası ilə bağlı saziş bağlanmışdır. Həmin sazişə əsasən "xxxx" MMC-nin mülkiyyətində olan “Toyota Prius” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh1 lizinqə verilmişdir. Sözügedən sazişin təminatı olaraq Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Sazişə əsasən, Cavabdeh1 xx.xx.2022-ci il tarixinə 1669.20 manat əsas borc, 987.30 manat faiz borcu, lizinq predmeti olan nəqliyyat vasitəsi cavabdehin istifadəsində olduğu müddət ərzində yol hərəkəti qaydalarını pozduğu üçün 553 manat cərimə bоrcu olmaqla. cəmi 3209.50 manat məbləğində borcu ödənilməmiş qаlmışdır. Göründüyü kimi cаvаbdеhlər, öhdəliyin icrası ilə bağlı sazişin şərtlərini əhəmiyyətli dərəcədə pоzmuşlar və vurulmuş zərər nəticəsində "xxxx" MMC müqаvilə bаğlаnаrkən ümid еtməyə hаqqı çаtаnlаrdаn məhrum olunmuşdur. Bоrcun ödənilməsi tələbi ilə cаvаbdеhlərə dəfələrlə şifahi və yazılı mürаciət оlunmаsınа, məsələnin məhkəmədənkənаr qаydаdа həll еdilməsi üçün mümkün оlаn bütün tədbirlərin görülməsinə bахmаyаrаq, cavabdehlər bоrcun qаytаrılmаsı üçün hеç bir təşəbbüs göstərməmişlər. Cavabdehə göndərilmiş xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu da cavabsız qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verib tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, cavabdehlər məhkəməyə gəlmədiklərindən məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa bir şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İş materiallarında olan, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli öhdəliyin icrası ilə bağlı saziş və ona 1 saylı əlavədən görünür ki, sonuncu, iddiaçıdan lizinq ödənişinin ümumi məbləği 16.655 manat təşkil edən **-PB-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius” minik markalı avtomobili 32 ay müddətinə illik 22% ödəmək şərti ilə almışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 "xxxx" MMC qarşısındakı müqavilə öhdəliklərinin icrasına görə zamin durmuşdur. İşin məhkəmə iclasında araşdırılan hallarından görünür ki, Cavabdeh1 tərəfindən qeyd edilən müqavilə üzrə öhdəliklər vaxtında və lazımınca yerinə yetirilməmiş və nəticədə 1669.20 manat əsas borc, 987.30 manat faiz borcu olmaqla, cəmi 2656,5 manat məbləğində qalıq borcu yaranmışdır. İş materiallarında olan, xəbərdarlıq məktublarının surətindən görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehi sözügedən müqavilə üzrə öhdəliyini ödəniş cədvəli ilə şərtləşdirilmiş müddətdə və qaydada icra etməməyə davam edəcəyi təqdirdə, cavabdehləri qanunamüvafiq tədbirlərin görüləcəyi barədə xəbərdar etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 428.4 və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdehlər cəmiyyət qarşısında öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbindən görünür ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsində isə göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Məhkəmə araşdırması zamanı iddiaçı tərəf iddia tələbinin əsas borc və faiz borcunun tutulması hissəsinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmiş və məhkəmə iclasında müəyyən olunmuşdur ki, cavabdehlərin xx.xx.2021ci il tarixli saziş üzrə 1669.20 manat əsas borc, 987.30 manat faiz borcu olmaqla, cəmi 2656,5 manat borcu vardır və həmin borc məbləği cavabdehlər tərəfindən iddiaçıya ödəməlidir. Məhkəmə tələbin digər - yol hərəkəti qaydalarını pozduğu üçün 553 manat məbləğində cərimənin ödənilməsi hissəsi ilə bağlı bildirir ki, bunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən, tələb göstərilən hissədə əsaslı sayıla və təmin edilə bilməz. İş materiallarında olan mədaxil qəbzlərindən görünür ki, iddiaçı cavabdehə qarşı pul tələbinə dair məhkəmədə iddia qaldırılması üçün 52,1 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia qismən təmin edildiyindən, iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun 46,56 manat hissəsi cavabdehlərə aid edilməli, onlardan alınaraq iddiaçının xeyrinə ödənilməli, qalan hissədə isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1669.20 manat əsas borc, 987.30 manat faiz borcu olmaqla, cəmi 2656,5 (iki min altı yüz əlli altı manat, əlli qəpik) manat məbləğində borc və ödənilmiş 46,56 (qırx altı manat, əlli altı qəpik) manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar