Məhkəmə qərarları › İş №e-2(008)-3892/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-3892/2023

20.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-3892/2023 20.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, Cavabdeh1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdehlər Cavabdeh1 və X1 qarşı borcun alınması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 “VİP leasing' MMC-yə olan 4929.81 manat ödəniş cədvəlinə əsasən borcun, 1085 manat cərimə borcu olmaqla cəmi 6014.81 manat məbləğində borcun və iddia ərizəsinə görə ödənilmiş 80.15 manat dövlət rüsumu ödənişinin cavabdehlər Cavabdeh1 və zamini Cavabdeh2 müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixli 267 №-li daxili maliyyə lizinqi müqaviləsi bağlanmışdır. Daxili maliyyə lizinqi müqaviləsinə əsasən «VİP Leasing” MMC-nin mülkiyyətində olan ümumi dəyəri 18 068 manat olan Toyota Prius minik markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh1 lizinqə verilmişdir. Müqavilənin təminatı olaraq Cavabdeh2 ilə xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavbdeh Cavabdeh1 lizinq predmeti olan nəqliyyat vasitəsi istifadəsində olduğu zaman nəqliyyat vasitəsini təyinatı üzrə istifadə etməmiş və nəticədə nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. Cavabdeh1 21 iyun 2021-ci il tarixinə 4929.81 manat ödəniş cədvəli üzrə borc, 1085 manat cərimə borcu olmaqla cəmi 6014.81 manat məbləğində borcu ödənilməmiş qalmışdır. Göründüyü kimi cavabdehlər müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və vurduğu zərər nəticəsində "xxxx" MMC-ni müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, iddiaçı və cavabdeh X3 məhkəmə iclasında iştirak etməmişdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək qeyd etdi ki, özü fərdi sahibkardır, avtomobili lizinqə taksi fəaliyyətini həyata keçirtmək üçün götürmüşdür. İddiaçı hazırki iddia ilə Binəqədi rayon Məhkəməsinə müraciət etmiş, iş aidiiyyəti üzrə baxılması üçün Kommersiya Məhkəməsinə göndərilmiş, iddiaçı həmin Məhkəmədə iştirak etmədiyinə görə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Məhkəmə cavabdehə hazırki işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi məsələsinə fikrini bildirməyi təklif etdi. Cavabdeh1 etirazının olmadığını bildirdi. Məhkəmə cavabdehi dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. Sahibkar Cavabdeh1 (VÖEN: **********) ilə "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixli 267 №-li daxili maliyyə lizinqi müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh Toyota Prius minik markalı avtomobili lizinqə götürmüşdür (izahatına əsasən taksi fəaliyyəti üçün). Eyni gündə digər cavabdeh X3 ilə zaminlik müqaviləsi bağlanmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı V.İ.P.Leasing” MMC cavabdehlər Cavabdeh1 və X1 qarşı iddia ərizəsi baxılmamış saxlanılmışdır. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən aidiyyat qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 30-cu maddəsinə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Qeyd edildiyi kimi cavabdehlərdən biri sahibkardır, məhz sahibkarlıq fəaliyyəti ilə əlaqədar lizinq müqaviləsi bağlamışdır, digər cavabdeh sahibkar statusuna malik olmasa da, hazırki işə Kommersiya Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 45, 263-269cu maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı V.İ.P.Leasing” MMC-nin cavabdehlər Cavabdeh1 və X1 qarşı borcun alınması barədə iddia tələbinə dair mülki iş baxılması üçün məhkəmə aidiyyətı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar