Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3942/2025 14.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Cavabdeh onun "xxxx" MMC-yə ödənilməmiş 20119 (iyirmi min yüz on doqquz) manat əsas borc, dəbbə pulu 331 (üç yüz otuz bir) manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 152 (bir yüz əlli iki) manat dövlət rüsumu məbləğini, cəmi 20602 (iyirmi min altı yüz iki) manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixində ******* №-li nisyə alqı-satqı müqaviləsi və həmin müqavilənin tərkib hissəsi olan 1 saylı əlavə imzalanmışdır. Alqı-satqı müqaviləsinə əsasən Cavabdeh ümumi dəyəri 26239 manat olan on bir ədəd mal almışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh 12 ay ərzində ödəmək ilə, alınan malların dəyərini tam ödəməli idi. Lakin qismən ödəniş etdikdən sonra, qalıq borcdan heç bir ödəniş etməmişdir. Cavabdehin cəmiyyətimizə xx.xx.2025-ci il tarixədək olan əsas borcu 20119 manat təşkil edir. Müqavilənin 5.4-cü bəndinə əsasən Alıcı müqavilə ödənişlərini vaxtında ödəmədikdə Satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 1,00% faizi miqdarında dəbbə pulu ödəməlidir. xx.xx.2025-ci il tarixinə cərimə (dəbbə pulu) 331 manat təşkil edir. Mübahisənin məhkəmədənkənar qaydada həlli məqsədilə, iddiaçıya pretenziya məktubu göndərilmiş, lakin təyin edilən müddətdə cavabdeh öhdəliyini icra etməmişdir Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli ******* №-li nisyə alqı-satqı müqaviləsi surətindən müəyyən olunur ki, Cavabdeh "xxxx" MMC-dən ümumi dəyəri 26239 manat olan on bir ədəd mal almışdır. Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli ******* №-li nisyə alqı-satqı müqaviləsinə olunun 1 saylı əlavədən müəyyən olunur ki, Cavabdeh "xxxx" MMC-dən ümumi dəyəri 26239 manat olan on bir ədəd mal almış, onun dəyərini 12 ay ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. -xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, X1 Samsung A53 6/128GB Black, Smartfon Samsung A53 6/128GB Black- cəmi 899,00 manat; X1 Samsung S23ultra, 256GB Black Smartfon Samsung S23ultra 256GB Black-cəmi 3 199,00 manat; 4K Televizor Televizor LG 55UQ81006LB.AMCN, Televizor LG 55UQ81006LB.AMCN-cəmi 1 849,00 manat; Noutbuklar: NOTEBOOK NotbukASUS TUF Dash F15, TUF517ZC-AS51-CA/İ5-12450H/8GB/5 12GB/RTX 3040 4GB, NotbukASUS TUF Dash F15 TUF517ZC-AS51-CA/İ5-12450 H/8GB/512GB/RTX 3040 4GB-cəmi 2 499,00 manat; X1 Sarpsung S23 128GB Black, Smartfon Samsung S23 128GB Black-cəmi 2 149,00 manat, Noutbuklar: NOTEBOOK NotbukASUS TUF Dash F15, TUF517ZC-AS51-CA/İ5-12450H/8GB/5 12GB/RTX 3040 4GB, NotbukASUS TUF Dash F15 TUF517ZC-AS51-CA/İ5-12450 H/8GB/512GB/RTX 3040 4GB-cəmi 2 499,00 manat; X1 Samsung S23 128GB Black, Smartfon Samsung S23 128GB Black-cəmi 2 299,00 manat; X1 Samsung S23 128GB Black, Smartfon Samsung S23 128GB Blackcəmi 2149,00 manat; X1 Samsung S23ultra 256GB Black, Smartfon Samsung S23ultra 256GB Black-cəmi 3 199,00 manat; X1 Samsung S23u!tra 256GB Black, Smartfon Samsung S23ultra 256GB Black-cəmi 3 199,00 manat; X1 Samsung S23 128GB Black, Smartfon Samsung S23 128GB Black-cəmi 2 299,00 manat dəyərində olan malları xx.xx.2023-cü ildə təhvil almışdır. -"xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə cədvəlindən müəyyən edilir ki, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-yə 20119 manat əsas borcu, 331 manat cərimə borcu, cəmi 20450 manat borcu mövcuddur; -"xxxx" MMC-dən tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, cavabdeh müqavilənin şərtlərini pozaraq, müqavilədə göstərilən vaxt və qaydaya əməl etmədiyi üçün tərəflər arasında bağlanmış müqavilənin şərtinə uyğun olaraq əlavə peniya hesablanmışdır. Hesablanmış peniya məbləğini qısa zamanda ödəmədiyi halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş **********62 nömrəli qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən 152 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin, 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata kecirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi, Cavabdeh xx.xx.2023-cü il müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranan borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Beləliklə, Cavabdeh ******* nömrəli, xx.xx.2023-cü il tarixli nisyə alıq-satqı müqaviləsinə əsasən 20119 (iyirmi min yüz on doqquz) manat əsas, 331 (üç yüz otuz bir) manat cərimə borcu, cəmi 20450 (iyirmi min dörd yüz əlli) manat ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 152 manat dövlət rüsumunun əvəzi təmin edilərək cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 20119 (iyirmi min bir yüz on doqquz) manat əsas, 331 (üç yüz otuz bir) manat cərimə borcu, cəmi 20450 (iyirmi min dörd yüz əlli) manat və 152 (bir yüz əlli iki) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-3942/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3942/2025
14.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver