Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4015/2025 05.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən X7 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, 4 saylı Bakı Cavabdeh3ndə Notariat ofisinin xüsusi notariusu X4 qarşı mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən X16 və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla «vərəsəlik hüququ haqqında şəhadətnaməsinin ləğv edilməsi, dövlət reyestrində aparılmış qeydlərin və çıxarışın ləğv edilməsi, miras əmlaka dair ½ pay hissəsinə vərəsəlik hüquqlarının tanınması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, 4 saylı Bakı Cavabdeh3ndə Notariat ofisinin xüsusi notariusu X4 qarşı mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X16 və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla «vərəsəlik hüququ haqqında şəhadətnaməsinin ləğv edilməsi, dövlət reyestrində aparılmış qeydlərin və çıxarışın ləğv edilməsi, miras əmlaka dair ½ pay hissəsinə vərəsəlik hüquqlarının tanınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh 4 saylı Bakı Cavabdeh3ndə Notariat ofisi tərəfindən Cavabdeh1 adına verilmiş 2V-635 saylı xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsi, ev 36, mənzil 39 ünvanına dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrində Cavabdeh1 adına qeydə alınmış mülkiyyət hüquqları barədə ********** nömrəli xx.xx.2022-ci il tarixli reyestr qeydinin və həmin qeydə dair reyestrdən çıxarışın ləğv edilməsi, İddiaçı oğlunun xx.xx.2019-cu il tarixdə vəfat etmiş atası X23 oğlundan qalmış miras əmlakına, yəni Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İ4manov küçəsi, ev 36, mənzil 39 ünvanına dair 1/2 pay hissəsinə vərəsəlik hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçının atası X17 xx.xx.2019-cu il tarixdə “beyin daxili qansızma” nəticəsində vəfat etmişdir. İddiaçının qardaşı X12 xx.xx.2015-ci il tarixdə “epileptik tutma” səbəbindən vəfat etmişdir. Cavabdeh 4 Saylı Bakı “ASAN Xİ4DMƏT” Mərkəzində Notariat Ofisi 2V-213 və 2V-214 saylı xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərək mirasqoyan X23 oğlunun mülkiyyətində olmuş **-CU-*** dövlət nömrə nişanlı 2005-ci il buraxılışlı HYUNDAİ4 TUCSON minik markalı nəqliyyat vasitəsinin və **-RV-*** dövlət nömrə nişanlı 2007-ci il buraxılışlı HYUNDAİ4 İ430 minik markalı nəqliyyat vasitəsinin üzərində Cavabdeh1 1/3 hissədə pay hüququnu tanımışdır. Bundan sonra cavabdeh 4 Saylı Bakı Cavabdeh3ndə Notariat Ofisi isusüx) notarius Sidqi Həbibbəyli) 2V-238 və 2V239 saylı xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərək mirasqoyan X23 oğlunun mülkiyyətində olmuş **-RV-*** dövlət nömrə nişanlı 2007-ci il buraxılışlı HYUNDAİ4 İ430 minik markalı nəqliyyat vasitəsinin üzərində və **-CU-*** dövlət nömrə nişanlı 2005-ci il buraxılışlı HYUNDAİ4 TUCSON minik markalı nəqliyyat vasitəsinin üzərində iddiaçı X19 oğluna və onun qardaşı X22 oğluna hər birinə 1/3 hissədə pay hüququnu tanımışdır. Bundan sonra cavabdeh 4 Saylı Bakı Cavabdeh3ndə Notariat Ofisi 2V-635 saylı xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərək mirasqoyan X23 oğlunun mülkiyyətində olmuş Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsi, ev 36, mənzil 39 ünvanında yerləşən əmlak üzərində digər Cavabdeh1 1/3 hissədə pay hüququ tanınmışdır. Xüsusi qeyd olunmalıdır ki, həmin vərəsəlik işi üzrə notariat ofisinin digər vərəsələr barədə ətraflı məlumatının olmasına baxmayaraq və hətta Cavabdeh1 üç payın bir hissəsini verdikdən sonra digər iki payın çatacağı vərəsələr, yəni Xəqani və Mahir Əhmədovlar bu günədək vərəsəliyə çağırılmamışdırlar. Yalnız Cavabdeh1 Xəzər Rayon Məhkəməsinə “əmlakın naturada bölünməsi və açıq hərracda satılması” tələbinə dair iddia irəli sürdükdən sonra İddiaçı notarial orqan tərəfindən daşınmaz əmlaka dair vərəsəlik haqqında şəhadətnamə verilməsi barədə məlumat almışdır. Onu da qeyd edir ki, 2020-ci ildə iddiaçılar Xəqani və Mahir Əhmədov qardaşları Suraxanı Rayon Məhkəməsinə müraciət edərək avtomobillərə dair verilmiş vərəsəlik haqqında şəhadətnamələrinin etibarsız hesab edilməsi və sair barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Təəssüflər olsun ki, iddia tələbi düzgün qoyulmadığı üçün təmin edilməmişdir. Hesab edir ki, cavabdeh 4 saylı Bakı Cavabdeh3ndə Notariat Ofisi qanunun birmənalı tələbini kobud pozaraq daşınmaz əmlaka dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamə vermişdir. Belə ki, şəhadətnamədən görünür ki, baba Valeh Əhmədovun əmlakını nəvə Cavabdeh1 ötürərkən notarius irsi transmissiya qaydalarına istinad etmişdir. Halbuki Mülki Məcəllənin 1252-ci maddəsində konkret olaraq qeyd olunur ki, əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ÖLƏRSƏ, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Göründüyü kimi, Xəyyam Əhmədov, yəni Cavabdeh1 atası və Valeh Əhmədovun oğlu xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. X13 isə xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. X24 miras açıldıqdan sonra deyil, ondan dörd il əvvəl ölmüşdür və heç bir halda atası Valeh Əmədovun vərəsəsi ola bilməzdi ki, öz növbəsində irsi transmissiya tətbiq edilərək onun qızı (vərəsəsi) Cavabdeh1 onun yerinə vərəsəliyə çağırıla bilməzdir. Tək bu səbəbdən Cavabdeh1 adına verilmiş bütün qanun üzrə vərəsəlik haqqında şəhadətnamələr qanunsuzdur və ləğv edilməlidir. X10 ölümündən sonra adına olan həm avtomobilləri, həm də mənzili iki vərəsəsi –oğulları Xəqani və Mahir Əhmədovlar arasında bərabər payda bölüşdürülməli idilər. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərəkiddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən X16 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, 4 saylı Bakı Cavabdeh3ndə Notariat ofisinin xüsusi notariusu X4, mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən X16 və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq gəlməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlər Cavabdeh1, 4 saylı Bakı Cavabdeh3ndə Notariat ofisinin xüsusi notariusu X3 qarşı mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarındakı sənədlərə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. - 2V-213, 214 nömrəli notariat işinə əlavə edilmiş 4 sayl Bakı Cavabdeh3 Qeydiyyat şöbəsinin AZ-İİ seriyalı 049897 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2019-cu ildə dəqiqləşdirilməmiş beyin daxili qansızmadan rəhmətə getmişdir. - V-ЖГ seriyalı 277015 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş, atası X17, anası X1r. - 4 sayl Bakı Cavabdeh3 Qeydiyyat şöbəsinin AZ-İ seriyalı 776936 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2015-ci ildə epileptik tutmadan rəhmətə getmişdir. - AZ-İ seriyalı 162152 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 xx.xx.2001-ci ildə Bakı şəhərində anadan olmuş, atası X12, anası X2r. - Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 079361 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X16 xx.xx.1975-ci ildə Bakı şəhərində anadan olmuş, atası X17, anası X1r. - 2V-213, 214 nömrəli notariat işinə əlavə edilmiş xx.xx.2019-cu il tarixli Cavabdeh1 ərizəsindən görünür ki, ünvan 1 ünvanın yaşamış və xx.xx.2019-cu ildə vəfat etmiş babası X6 qalmış Bakı şəhəri Buzovna qəsəbəsi R.İmanov küçəsi 36 saylı evion 39 saylı mənzilini miras əmlak olaraq qəbul etmişdir. - 2V-213, 214 nömrəli notariat işinə əlavə edilmiş xx.xx.2019-cu il tarixli İddiaçı ərizəsindən görünür ki, ünvan 1 ünvanın yaşamış və xx.xx.2019-cu ildə vəfat etmiş atası X6 qalmış Bakı şəhəri Buzovna qəsəbəsi R.İmanov küçəsi 36 saylı evion 39 saylı mənzilini miras əmlak olaraq qəbul etmişdir. - 2V-213, 214 nömrəli notariat işinə əlavə edilmiş xx.xx.2019-cu il tarixli X7 ərizəsindən görünür ki, ünvan 1 ünvanın yaşamış və xx.xx.2019-cu ildə vəfat etmiş atasıX6 qalmış Bakı şəhəri Buzovna qəsəbəsi R.İmanov küçəsi 36 saylı evion 39 saylı mənzilini miras əmlak olaraq qəbul etmişdir. - 2V-213, 214 nömrəli notariat işinə əlavə edilmiş İddiaçı və X7 4 saylı Asan Xidmət Mərkəzinin Notariat Ofisinə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, mərhum X8 birinci dərəcəli vərəsələri olduqları üçün ondan qalmış miras mənzilin və avtomobillər ½ hissə olmaqlar paylar müəyyən edilməlidir. - xx.xx.2022-ci il tarixli 2V-635 nömrəli Qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə ölmüş X8 vərəsəsi oğlu atası xx.xx.2015-ci il tarixdə vəfat etmiş X12 ünvan 2 ünvanında qeydiyyatda olan nəvəsi Cavabdeh1 miras əmlakdan 1/3 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə X11 verilmiş **********203-05101-093011 reyestr nömrəsi, ********** qeydiyyat nömrəli dövlət rüyüstrdən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 66.8 kv.m olan mənzildən ibarətdir. - xx.xx.2020-ci il tarixli 2V-213 nömrəli Qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə ölmüş X8 vərəsəsi atası xx.xx.2015-ci il tarixdə vəfat etmiş X12 vəfat etmiş nəvəsi Cavabdeh1 miras əmlakdan 1/3 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası DİN-nin BDYPİ QİŞ tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli AB seriyalı 720554 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi—mühərrikin nömrəsi—və buraxılış ili 2005 olan Hyundai Tucson minik markalı ** CU *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. - xx.xx.2020-ci il tarixli 2V-214 nömrəli Qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə ölmüş X8 vərəsəsi atası xx.xx.2015-ci il tarixdə vəfat etmiş X12 vəfat etmiş nəvəsi Cavabdeh1 miras əmlakdan 1/3 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası DİN-nin BDYPİ QİŞ tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AD seriyalı 362206 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi—mühərrikin nömrəsi—və buraxılış ili 2007 olan Hyundai İ30 minik markalı ** RV *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3230/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, X16 və İddiaçı Bakı şəhəri 4 saylı Cavabdeh3 notariat ofisinə qarşı və X9 qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, miras əmlaka payların müəyyən edilməsi və şəhadətnamənin verilməsi tələbinə dair iddiaları təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1146-ci maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mulki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən 1-ci növbədə – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1243.1, 1243.2 və 1243.3-cu maddəsinə əsasən Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1252-cı maddəsinə əsasən Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Həmin Məcəllənin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Miras açıldığı dövürdə qüvvədə olan Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Beləliklə mülki işin hallarından məlum olur ki, X17 iddiaçının atası olmuşdur. X17 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. X8 ölmündən sonra bir neçə əmlakı ilə bərabər ünvan 4 ünvanında yerləşən əmlakı miras qalmışdır. X17 ölərkən onun birinci növbədəb vərəsələri hazırki mülki iş üzrə iddiaçı olan İddiaçı və mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X5 olmuşdur. Bundan başqa mülki işin matriallarına əlavə edilmiş sənədlərdən görünür ki, miras qoyanın ölümündən sonra birinci növbədən vərəsələr sırasında miras qoyanının xx.xx.2015-ci il tarixdə vəfat etmiş oğlunun övladı Cavabdeh1 Valeh qızıda sağ olmuşdur. Mülki iş matriallarına əlavə edilmiş Cavabdeh1 Valeh qızının xx.xx.2019-cu il tarixli ərizəsindən görünür ki, miras qoyanın ölümündən sonra Cavabdeh1 Valeh qızı həmin dövürdə qüvvədə olan qanunvericilik ilə nəzərdə tutulan müddət ərzində notariat ofisinə miras əmlakından atasına çatacağ payın alınması ilə bağlı ərizə vermiş və notarius tərəfindən xx.xx.2022-ci il tarixli 2V-635 nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsi ilə Cavabdeh1 Valeh qızına miras əmlakı olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsi ev 36 ünvanında yerləşən mənzil 39 nömrəli mənzilin 1/3 hisssinə miras qoyanın ölümündən əvvəl vəfat etmiş vərəsəsi olan övladının qızına pay hüququ tanınmışdır. İddiaçı hazırda məhkəməyə müraciət edərək Cavabdeh1 Valeh qızının atasının miras qoyandan əvvəl vəfat etməsi səbəbindən vərəsəlik şəhadətnaməsinin ləğv edilərək mənzil üzrə onun payının ½ hissədə müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin atası miras qoyanın 1-ci növbədən vərəsəsi olan övladı olduğundan və miras açılanadək cavabdehin atası vəfat etdiyindən miras qoyanın nəvəsi haqlı olaraq miras payından onun atasına çatacak həcimdə pay almışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcələsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, X4 qarşı mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X16 və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla «vərəsəlik hüququ haqqında şəhadətnaməsinin ləğv edilməsi, dövlət reyestrində aparılmış qeydlərin və çıxarışın ləğv edilməsi, miras əmlaka dair ½ pay hissəsinə vərəsəlik hüquqlarının tanınması» tələbinə dair iddia ərizəsi üzrə tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-4015/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4015/2025
05.12.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver