Məhkəmə qərarları › İş №e-2(008)-4070/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4070/2024

19.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4070/2024 19.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X3 qızının katibliyi ilə, İddiaçı MMC Cavabdeh qarşı «lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı «lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 06 iyul 2023-cü il tarixli MAS-6013 nömrəli “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 17 fevral 2024-cü il tarixə 1279.27 manat gecikdirilmiş əsas, 792.30 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 628.88 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan, “Khazar SD” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 2090.91 manat, ümumilikdə 4791.36 manat borc və ödənilmiş 67.92 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə X2 arasında bağlanmış 06 iyul 2023-cü il tarixli MAS-6013 nömrəli “Daxili lizinq” müqaviləsinə əsasən 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə N3) əsasən lizinq alan illik 24.50 % mükafat məbləği hesablanmaqla 32 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 464.70 manat, ümumilikdə isə 14871 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 14871 manatın 10840 manatı əsas məbləğ təşkil edir. 14 sentyabr 2023-cü il tarixdə X2, Cavabdeh və İddiaçı MMC arasında AS-6013 nömrəli “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 06 iyul 2023-cü il tarixli MAS-6013 nömrəli “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan, “Khazar SD” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil 17 fevral 2024-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 2090.91 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh MAS-601 nömrəli “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 17 fevral 2024-cü il tarixə ümumilikdə 2700.45 manat məbləğində gecikmə borcu yaranmışdır. İddiaçı MMC-nin nümayəndəsi xx.xx.2024-cü il tarixində ərizə ilə müraciət edərək, işə iştirakları olmadan baxılmasını, iddia tələbinin tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi qaydada xəbərdalıq edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC ilə X2 arasında bağlanmış 06 iyul 2023-cü il tarixli MAS-6013 nömrəli “Daxili lizinq” müqaviləsinə əsasən 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. - “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə N3) əsasən lizinq alan illik 24.50 % mükafat məbləği hesablanmaqla 32 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 464.70 manat, ümumilikdə isə 14871 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. - 14 sentyabr 2023-cü il tarixdə X2, Cavabdeh və İddiaçı MMC arasında AS-6013 nömrəli “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 06 iyul 2023-cü il tarixli MAS-6013 nömrəli “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. - xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, Azərmaş MMC mülkiyyətində olan “Khazar SD” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 tərəfindən təhvil alınmışdır. - xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, Azərmaş MMC mülkiyyətində olan “Khazar SD” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 Cavabdeh tərəfindən təhvil alınmışdır. İş materiallarında olan Azərmaş MMC Servisinin qüsur aktından görünür ki, Khazar SD” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2090.91 manat ziyan dəymişdir. İş materiallarında olan İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixli 1022 nömrəli arayışından görünür ki, Cavabdeh 1279,27 manat əsas, 792,30 manat gecikdirilmiş mükafat, 628,88 manat cərimə borcu olmaqla, cəmi 2700,45 manat borcu vardır. xx.xx.2024-cü il tarixdə tərtib edilmiş aktdan görünür ki, “Khazar SD” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil təslimini aparan zaman nəqliyyat vasitəsində əzilmiş hissələr müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh xx.xx.2023-cü il tarixdə ünvanlanmış xəbərdarlıqdan müəyyən edilir ki, cavabdeh yaranmış borcun tez bir zamanda ödəmədiyi təqdirdə, müqavilənin ləğv edilməsi və pulun tutulması üçün lizinq şirkəti tərəfindən qanunamüvafiq tədbirlərin görüləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 67,92 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir necə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1.-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə hesab edir ki, tərəflər arasında daxili lizinq müqaviləsi bağlanmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz həmin müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, muəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəllənin 748-1.12-748-1.12.4-cü maddələrinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1.-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Göstərilən Məcəllənin 448.1. və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizliyi) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə təsdiq edildi ki, Azərmaş” MMC ilə X2 arasında bağlanmış 06 iyul 2023-cü il tarixli MAS- 6013 nömrəli “Daxili lizinq” müqaviləsinə əsasən 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə N3) əsasən lizinq alan illik 24.50 % mükafat məbləği hesablanmaqla 32 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 464.70 manat, ümumilikdə isə 14871 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 14871 manatın 10840 manatı əsas məbləğ təşkil edir. 14 sentyabr 2023-cü il tarixdə X2, Cavabdeh və İddiaçı MMC arasında AS-6013 nömrəli “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 06 iyul 2023-cü il tarixli MAS- 6013 nömrəli “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan, “Khazar SD” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil 17 fevral 2024-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 2090.91 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh MAS-601 nömrəli “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 17 fevral 2024-cü il tarixə ümumilikdə 2700.45 manat məbləğində gecikmə borcu yaranmışdır. Məhkəmə işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o daxili lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda ödəmədiyindən Cavabdeh 1279,27 (bir min iki yüz yetmiş doqquz manat, iyirmi yeddi qəpik) manat məbləğində əsas borc və 792,30 (yeddi yüz doxsan iki manat, otuz qəpik) manat gecikmiş mükafat tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə 62,80 manat dəbbə pulu tutulmalı, iddia tələbi cərimə ilə bağlı qalan hissədə təmin edilməməlidir. Bundan başqa məhkləmə iddia tələbinin “Khazar SD” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin istifadəsində olduğu müddətdə avtomobilə dəymiş 2090,91 manat məbləğində cərimənin tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, mülki işin materiallarına əlavə edilmiş qüsur aktında avtomobilə 2090,91 manat zərər dəymiş olduğu müəyyən edildiyindən iddia tələbi həmin hissədə də təmin edilməlidir. Eyni zamanda, iş materiallarından görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 67,92 manat məbləğində dövlət rüsumu ödənilmşdir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qanunvericiliyin tələbini və iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, 67,92 manat məbləğində dövlət rüsumunun 62,43 manat hissəsi Cavabdeh alınıb iddiaçıya verilməlidir. İddiaçi İddiaçı MMC-nin Cavabdeh qarşı «dəymiş zərər və borcun ödənilməsi» tələbinə dair iddia qismən təmin edilməli, Cavabdeh 1279,27 (bir min iki yüz yetmiş doqquz manat, iyirmi yeddi qəpik) manat məbləğində əsas borc, 792,30 (yeddi yüz doxsan iki manat, otuz qəpik) manat gecikmiş mükafat, 62,80 (altmış iki manat, səksən qəpik) manat dəbbə pulu, “Khazar SD” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 2090.91 (iki min doxsan manat, doxsan bir qəpik) manat, ümumilikdə 4225,28 (dörd min iki yüz iyirmi beş manat, iyirmi səkkiz qəpik) manat və 62,43 (altmış iki manat, qırx üç qəpik) manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci, 227 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1279,27 (bir min iki yüz yetmiş doqquz manat, iyirmi yeddi qəpik) manat məbləğində əsas borc, 792,30 (yeddi yüz doxsan iki manat, otuz qəpik) manat gecikmiş mükafat, 62,80 (altmış iki manat, səksən qəpik) manat dəbbə pulu, “Khazar SD” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 2090.91 (iki min doxsan manat, doxsan bir qəpik) manat, ümumilikdə 4225,28 (dörd min iki yüz iyirmi beş manat, iyirmi səkkiz qəpik) manat və 62,43 (altmış iki manat, qırx üç qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar