Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4071/2024 21.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı "lizinq müqaviləsi üzrə borc" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "lizinq müqaviləsi üzrə borc" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-cü il tarixli MAS-4694 nömrəli "Daxili lizinq" müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2024-cü il tarixə 483,99 manat gecikdirilmiş əsas, 201,85 manat gecikdirilmiş mükafat və həmin günə hesabanmış 370,66 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan, "Khazar LX" minik markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpası üçün tələb edilən 5475,14 manat, ümumilikdə 6531,64 manat borc və ödənilmiş 85,32 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli MAS-4694 nömrəli "Daxili lizinq" müqaviləsinə əsasən 2021-ci il buraxılışlı, "Khazar LX" minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. "Daxili lizinq" müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən lizinq alan illik 17,5% mükafat məbləği hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 345,01 manat, ümumilikdə 19660 manat məbləğində pulu İddiaçı hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 19660 manatın 14950 manatı əsas məbləğ təşkil edir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı mülkiyyətində olan, "Khazar LX" minik markalı, **-PH-*** qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü ildə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 5475,14 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh MAS-4694 nömrəli "Daxili lizinq" müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2024-cü ilə ümumilikdə 1056,50 manat məbləğində gecikmə borcu yaranmışdır. Odur ki, iddia qanuni və əsaslı olduğundan təmin edilməlidir. İddiaçı xx.xx.2024-cü ildə məhkəməyə ərizə ünvanlayaraq, mülki işə onların iştirakı olmadan baxılmağı və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli MAS-4694 saylı "Daxili lizinq" müqaviləsindən görünür ki, lizinq alanın sifarişi ilə 2021-ci il buraxılışlı, "Khazar LX" minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil "xxxx" MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. - xx.xx.2021-ci il tarixli "Daxili lizinq" müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 17,5 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 345,01 manat, ümumilikdə isə 19660 manat məbləğində pulu "xxxx" MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. -xx.xx.2021-ci il tarixli təhvil təslim aktından görünür ki, alıcı 14950 manat məbləğində "Khazar LX" minik markalı, NVABA1HHFMF8 ban nömrəli, ağ rəngli avtomobili tam həcmdə, tələb olunan keyfiyyətdə və tərəflər arasında razılaşdırılmış qaydada və müddətdə satıcı tərəfindən təhvil verilməsini təsdiq edir. Tərəflərin bir birinə heç bir iddiaları yoxdur və bu aktın imzalanması ilə lizinq obyekti lizinq alanın müvəqqəti sahibliyinə verilir. - "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziyadan müəyyən edilir ki, "Daxili lizinq" müqaviləsinin 9-cu bəndinə əsasən müqavilənin birtərəfli qaydada ləğv ediləcəyi, yaranmış borc və dəymiş zərər ödənilmədiyi halda ondan məhkəmə qaydasında tələb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. ; -xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən müəyyən edilir ki, iddiaçı "xxxx" MMC tərəfindən cavabdehə qarşı iddia ərizəsi üzrə cəmi 85,32 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - X1 MMC tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli qüsur aktından görünür ki, "Khazar LX" minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa işləri (ümumi xidmət haqqı 1605,00 manat, ehtiyat hissələrinin ümumi dəyəri 3034,95 manat olmaqla) ƏDV daxil 5475,14 manat təşkil edir. - "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü ilə əsas məbləğ üzrə 483,99 manat, 201,85 manat mükafat borcu, 370,66 manat cərimə, cəmi 1056,50 manat borcu yaranmışdır. Məhkəmə işdə olan sənədləri nəzərdən keçirərək müəyyən etdi ki, iddiaçı ilə Cavabdeh arasında lizinq müqaviləsi bağlanmış, Cavabdeh lizinq müqaviləsi üzrə üzərinə öhdəliklər götürərək, lizinq obyektinə sahibliyi həyata keçirmiş və lizinq müqaviləsi üzrə ödənişləri tam ödəməyi öz üzərinə götürmüşdür. Lakin, cavabdeh ödənişləri gecikdirmiş və iddiaçıya borcu yaranmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə lizinq müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, muəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə görə lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 748-1.12, 748-1.12.4-cü maddələrinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-1.5-ci maddəsinə əsasən lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-6.1-ci maddəsinə əsasən lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əmlakı lizinq verənə verdiyi andan lizinq müqaviləsinin müddəti başa çatanadək lizinq obyektini itirilmə (məhv olma), çatışmazlıq və ya zədələnmə risklərindən sığortalamalıdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsinə əsasən, cavabdeh həmin müqavilə üzrə lizinq obyektindən istifadə hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında müəyyən edilmiş lizinq ödənişlərinin ödənilməsi vəzifəsinin daşıyıcısı olmuşdur. Cavabdeh lizinq obyektindən istifadə hüququndan istifadə etmiş, lakin ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu lizinq ödənişlərini vaxtında və lazımi qaydada icra etməmişdir. Buna görə də, cavabdeh göstərilən ödənişləri iddiaçının xeyrinə ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, tərəflərin maddi vəziyyətini nəzərə alaraq dəbbə pulunun 20 manat məbləğində tutulmasını məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Eyni zamanda məhkəmə avtomobilə dəymiş zərərin cavabdehdən tutulması hissəsində qeyd edir ki, Mülki Məcəllənin 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Beləliklə, X1 MMC tərəfindən tərtib olunmuş qüsur aktına əsasən müəyyən olunmuş 5475,14 manat maddi zərərin əvəzi də cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçı xx.xx.2024-cü ildə ********** nömrəli mədaxil qəbzi ilə 85,32 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddianın 6531,64 manat hissəsindən 6180,98 manat hissəsi (95%) təmin edildiyindən, dövlət rüsumunun 95% hissəsi, yəni 81 manat cavabdehdən alınaraq iddiaçıya qaytarılmalı, qalan 4,32 manat hissəsi iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli MAS-4694 nömrəli "Daxili lizinq" müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 483,99 manat gecikdirilmiş əsas, 201,85 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 20 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan, "Khazar LX" minik markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 5475,14 manat, ödənilmiş 81 manat dövlət rüsumu, cəmi 6261 (altı min iki yüz altmış bir) manat, 98 (doxsan səkkiz) qəpik pul İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 4,32 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva.
Məhkəmə qərarları › İş №e-2(008)-4071/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4071/2024
21.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver