Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4074/2022 13.07.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən qabyuyan Toshiba, Samsung TV üçün 3420 (üç min dörd yüz iyirmi ) manat ödənilməmiş hissə, 1026 (bir min iyirmi altı) manat dəbbə pulu; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən soyuducu LG üçün 1857 (bir min səkkiz yüz, əlli yeddi) manat ödənilməmiş hissə, 556 (beş yüz əlli atı) manat dəbbə pulu; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən HP komouter üçün üçün 1473 (min dörd yüz yetmiş üç) manat ödənilməmiş hissə 443 (dörd yüz qırx üç ) manat dəbbə pulu; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən paltaryuyan Samsung üçün 1094 (bir min doxsan dörd) manat ödənilməmiş hissə, 311 (üç yüz on bir) manat dəbbə pulu , ümumilikdə 10180 manat borc, 120.54 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq “ABC TELECOM“ Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh "xxxx" MMC ilə xx.xx.2020-ci il , xx.xx.2020-ci il , xx.xx.2020-cu il və xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən Qabyuyan Toshiba, Samsung Tv, Soyuducu Lg , X5 Kompüter , Paltaryuyan Samsung almış və nəticədə 10180 (on min yüz səksən) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3630 (üç min altı yüz otuz manat (18 ay x 190 manat 210 manat ilkin ödəniş) Qabyuyan Toshiba, SAMSUNG TV üçün ümumilikdə, 4446 (dörd min dörd yüz qırx altı ) manat olmaqla ondan, 3420 (üç min dörd yüz iyirmi) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 1026 (min iyirmi altı manat) dəbbə pulu; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2108.6 (iki min yiiz səkkiz, altmş qəp) manat (18 ay x 103.2 manat + 251 manat ilkin ödəniş) SOYUDUCU LG üçün ümumilikdə, 2413 (iki min dörd yüz on üç) manat olmaqla ondan, 1857 (min səkkiz yüz əlli yeddi) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 556 (beş yüz əlli altı) manat dəbbə pulu; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2253.6 (iki min iki yüz əlli üç, altmış qəp ) manat (18 ay x 87.7 manat + 675 manat ilkin ödəniş) X4 üçün ümumilikdə, 1916 (min yüz doqquz yüz on altı ) manat olmaqla ondan 1473 (min dörd yüz yetmiş üç ) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 443 (dörd yüz qırx üç) manat dəbbə pulu; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1319 (bir min üç yüz on doqquz ) manat (18 ay x 61 manat ~ 221 manat ilkin ödəniş) PALTARYUYAN SAMSUNG markalı telefon üçün ümumilikdə, 1405 (bir min dörd yüz beş ) manat olmaqla ondan, 1094 (min doxsan dörd dörd manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 311 (üç yüz on bir) manat dəbbə pulu; Cavabdehin cəmi ödədiyi məbləğ 1467.20 manat təşkil edir. Ona görə də məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən Cavabdeh "xxxx" MMC-dən qabyuyan Toshiba, Samsung TV almış və onların dəyərini ödəməyi öhdəsinə götürmüşdür; İş materiallarında olan xx.xx.2020-ci il tarixli, alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən SOYUDUCU LG almış və onların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən X4 almış və onların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən Soyuducu Samsung almış və onların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3630 olan Qabyuyan Toshiba, SAMSUNG TV üçün 3420 (üç min dörd yüz iyirmi) manat ödənilməmiş hissə, 1026 (min iyirmi altı manat) dəbbə pulu; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 2108.6 manat olan SOYUDUCU LG üçün 1857 (min səkkiz yüz əlli yeddi) manat ödənilməmiş hissə, 556 (beş yüz əlli altı) manat dəbbə pulu; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən X4 üçün 1473 (min dörd yüz yetmiş üç ) manat ödənilməmiş hissə, 443 (dörd yüz qırx üç) manat dəbbə pulu; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 1319 (min iiç yüz on doqquz ) manat olan PALTARYUYAN SAMSUNG üçün 1094 (min doxsan dörd dörd manat ödənilməmiş hissə, 311 (üç yüz on bir) manat dəbbə pulu mövcuddur. "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, cavabdeh, müqavilənin şərtlərini pozaraq, müqavilədə göstərilən vaxt və qaydaya əməl etmədiyi üçün tərəflər arasında bağlanmış müqavilənin şərtinə uyğun olaraq əlavə peniya hesablanmışdır. Hesblanmış peniya məbləğini qısa zamanda ödəmədiyi halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissəhissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin, 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata kecirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, cavabdeh xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranan borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimələrin cavabdeh borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cəriməyə görə cavabdehdən xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 50 (əlli) manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 40 (qırx) manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 30 (otuz) manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 20 (iyirmi) manat dəbbə pulu tutulmalı, iddia tələbi cərimə ilə bağlı qalan hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi 100 manat miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 3420 (üç min dörd yüz iyirmi) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 1857 (bir min səkkiz yüz əlli yeddi) manat ödənilməmiş hissə, 40 (qırx) manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 1473 (bir min dört yüz yetmiş üç) manat ödənilməmiş hissə, 30 (otuz) manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 1094 (bir min doxsan dörd) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə pulu olmaqla, cəmi 7984 (yeddi min doqquz yüz səksən dört) manat borcun və 100 (bir yüz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-4074/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4074/2022
13.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver