Məhkəmə qərarları › İş №e-2(008)-4079/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4079/2023

06.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4079/2023 06.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Cəfərli Nilufər Arif qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdehnə qarşı «pul tələbinə» dair iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ KODU **********12201 SAMSUNG GALAXY A32 MARKALİ TELEFON üçün 496.2 (dörd yüz doxsan altı manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 49.8 (qırx doqquz manat, səksən qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, GREE KONDİSİONER üçün 576 (beş yüz yetmiş altı) manat ödənilməmiş hissə, 57 (əlli yeddi) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ KODU **********63716 İPHONE 12 PRO MARKALİ TELEFON üçün 1213.8 (min iki yüz on üç manat, səksən qəpik) manat ödənilməmiş hissə, 121.2 (yüz iyirmi bir manat, iyirmi qəpik) manat cərimə pulu olmaqla, cəmi 2514 (iki min beş yüz on dörd) manat məbləğində pulun və 45.14 (qırx beş manat, on dörd qəpik) manat dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə "xxxx" MMC arasında xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixdə bağlanmış müqavilələrə əsasən, cavabdeh İMEİ KODU **********12201 SAMSUNG GALAXY A32 MARKALİ TELEFON, GREE KONDİSİONER, İMEİ KODU **********63716 İPHONE 12 PRO MARKALİ TELEFON almış, nəticədə onun 2514 (iki min beş yüz on dörd) manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2032.8 (iki min otuz iki manat, səksən qəpik) manat təşkil edir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. İş materiallarında olan xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrin surətindən müəyyən olunur ki, Cavabdeh "xxxx" MMC-dən İMEİ KODU **********12201 SAMSUNG GALAXY A32 MARKALİ TELEFON, GREE KONDİSİONER, İMEİ KODU **********63716 İPHONE 12 PRO MARKALİ TELEFON almış, onların dəyərini hissə-hissə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. -"xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli maliyyə cədvəlindən müəyyən edilir ki, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 826.2 (səkkiz yüz iyirmi altı manat, iyirmi qəpik) manat olan İMEİ KODU **********12201 SAMSUNG GALAXY A32 MARKALİ TELEFON üçün cəmi ödədiyi məbləğ 330 (üç yüz otuz) manat, ödənilməmiş əsas borcu 496.2 (dörd yüz doxsan altı manat, iyirmi qəpik) manat, cərimə borcu 49.8 (qırx doqquz manat, səksən qəpik) manat; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 813.6 (səkkiz yüz on üç manat, altmış qəpik) manat olan GREE KONDİSİONER üçün cəmi ödədiyi məbləğ 237.6 (iki yüz otuz yeddi manat, altmış qəpik) manat, ödənilməmiş əsas borc 576 (beş yüz yetmiş altı) manat ödənilməmiş hissə, 57 (əlli yeddi) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2679 (iki min altı yüz yetmiş doqquz) manat olan İMEİ KODU **********63716 İPHONE 12 PRO MARKALİ TELEFON üçün cəmi ödədiyi məbləğ 1465.2 (min dörd yüz altmış beş manat, iyirmi qəpik) manat, ödənilməmiş əsas borc 1213.8 (min iki yüz on üç manat, səksən qəpik) manat, cərimə borcu 121.2 (yüz iyirmi bir manat, iyirmi qəpik) manat olmaqla, ümumi ödənilməmiş borcu 2514 (iki min beş yüz on dörd) manat təşkil edir; -xx.xx.2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, İMEİ KODU **********12201 SAMSUNG GALAXY A32 MARKALİ TELEFON üçün aylıq ödəniş məbləği 45.9 (qırx beş manat, doxsan qəpik) manat; xx.xx.2021-ci il tarixli ödəniş cədvəlinə əsasən GREE KONDİSİONER nin aylıq ödəniş məbləği 33.9 (otuz üç manat, doxsan qəpik) manat; xx.xx.2021-ci il tarixli ödəniş cədvəlinə əsasən İMEİ KODU **********63716 İPHONE 12 PRO MARKALİ TELEFON üçün aylıq ödəniş məbləği 178 (yüz yetmiş səkkiz) manat təşkil edir. -"xxxx" MMC-dən tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, cavabdeh, müqavilənin şərtlərini pozaraq, müqavilədə göstərilən vaxt və qaydaya əməl etmədiyi üçün tərəflər arasında bağlanmış müqavilənin şərtinə uyğun olaraq əlavə peniya hesablanmışdır. Hesblanmış peniya məbləğini qısa zamanda ödəmədiyi halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin, 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2- 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata kecirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 438.5-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi, Cavabdeh xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranan əsas borcu və cərimə borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 234-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. 234-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 234-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 234-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 234-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 ( otuz ) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 234-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119, 2234-5 və 2234.6-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdehndən xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 496.2 (dörd yüz doxsan altı manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 49.8 (qırx doqquz manat, səksən qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 576 (beş yüz yetmiş altı) manat ödənilməmiş hissə, 57 (əlli yeddi) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 1213.8 (min iki yüz on üç manat, səksən qəpik) manat ödənilməmiş hissə, 121.2 (yüz iyirmi bir manat, iyirmi qəpik) manat cərimə pulu olmaqla, cəmi 2514 (iki min beş yüz on dörd) manat məbləğində pul və 45.14 (qırx beş manat, on dörd qəpik) manat dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada alındığı gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cəfərli Nilufər

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar