Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4096/2025 13.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei kod **********15819OPPO A18 markalı telefon üçün 203 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 20.30 manat dəbbə pulu xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən TCL TAC kondisioner üçün 891.96 manat ödənilməmiş hissə, 89.20 manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei kod **********34605 XİAOMİ POCO M6 markalı telefon, PAKET M xidməti üçün 444.04 manat ödənilməmiş hissə, 44.40 manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei kod **********29620 XİAOMİ REDMİ 13 markalı telefon, PAKET L xidməti, qızıl zəmanət ultra 1 il xidmət üçün 509.14 manat ödənilməmiş hissə, 50.91 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei kod **********08038 SAMSUNG GALAXY A55 markalı telefon, VİNİL MAT, PAKET XXL xidməti üçün 1159.56 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 116.0 manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən PS5 DUALSENSE oyun pultu, PLAYSTATİON 5 SLİM oyun konsolu üçün 1645.02 manat ödənilməmiş hissə, 164.50 manat dəbbə pulu olmaqla, ümumilikdə 5385.19 manat borc və 73.86 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, İmei kod **********15819 OPPO A18 markalı telefon, İmei kod **********88824 XİAOMİ POCO X5 PRO markalı telefon, TCL TAC kondisioner, İmei kod **********34605 XİAOMİ POCO M6 markalı telefon, PAKET M xidməti, İmei kod **********29620 XİAOMİ REDMİ 13 markalı telefon, PAKET L xidməti, QİZİL ZƏMANƏT ULTRA 1 il xidməti, İmei kod **********08038 SAMSUNG GALAXY A55 markalı telefon, VİNİL MAT, PAKET XXL xidməti, PS5 DUALSENSE oyun pultu, PLAYSTATİON 5 SLİM oyun konsolu almış və nəticədə 5385.19 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 300 manat (12 ay x 25 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********15819 OPPO A18 markalı telefon üçün ümumilikdə, 246.90 manat olmaqla ondan, 203 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, müştəriyə güzəşt olunaraq 20.30 manat dəbbə. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1020.96 manat (24 ay x 42.54 manat + 0 manat ilkin ödəniş) olan TCL TAC kondisioner üçün ümumilikdə 981.16 manat olmaqla ondan, 891.96 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 89.20 manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 500.04 manat (18 ay x 27.78 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********34605 XİAOMİ POCO M6 markalı telefon, PAKET M xidməti üçün ümumilikdə 488.44 manat olmaqla ondan, 444.04 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 44.40 manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 544.14 manat (18 ay x 30.23 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********29620 XİAOMİ REDMİ 13 markalı telefon, PAKET L xidməti, qizil zəmanət ultra 1 il xidməti üçün ümumilikdə 560.05 manat olmaqla ondan, 509.14 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 50.91 manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1259.56 manat (18 ay x 64.42 manat + 100 manat ilkin ödəniş) İmei kod **********08038 SAMSUNG GALAXYA55 markalı telefon, VİNİL MAT, PAKET XXL xidməti üçün ümumilikdə 1299.12 manat olmaqla ondan, 1159.56 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, müştəriyə güzəşt olunaraq 116.0 manat dəbbə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1670.02 manat (18 ay x 91.39 manat + 25 manat ilkin ödəniş) olan PS5 DUALSENSE oyun pultu, PLAYSTATİON 5 SLİM oyun konsolu üçün ümumilikdə 1809.52 manat olmaqla ondan, 1645.02 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 164.50 manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 442 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyi xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir Müştəri “müqavilə”-nn şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hal(lar)da “ABC” “mal”-ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tədbiq edə, məhdudiyyətin aradan qaldırılması üçün müqavilənin 3.5-ci bəndinə əsasən İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumu tələb edə bilər. “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının rislki müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. İddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, mağazadan aldığı məhsulları keçmiş əri onun adına almış və ödəniş etməmişdir. Hazırda maddi vəziyyəti pis olduğundan borcu ödəyə bilmir. İddia tələbinin təmin edilməsinə etiraz etməmişdir. Məhkəmə, cavabdehi dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, "xxxx" MMC məhkəməyə müraciət etmək üçün 73.86 manat dövlət rüsumu ödəmişdir. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 01441622 saylı müqavilədən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə İmei kod **********15819OPPO A18 markalı telefon verilmişdir. Cavabdeh müqavilə üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.4-cü bəndinə əsasən müştəri müqavilənin şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımi qaydada icra etmədiyi hal(lar)da “ABC” “mal”ın istifadəsini mümkünsüz edə, o cümlədən, cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tətbiq edə, “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. Müqavilənin 3.5-ci bəndinə əsasən müqavilənin 3.4 və 3.14-cü bəndlərinin icrası ilə əlaqədar “ABC” əlavə ödənişlər tələb edə bilər. - xx.xx.2024-cü il tarixli 01441622 saylı müqavilənin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, Cavabdeh hər ayın 07-dan gec olmayaraq 12 ay müddətində hər ay 25 manat ödəniş etməlidir. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 09383757 saylı müqavilədən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə TCL TAC kondisioner verilmişdir. Cavabdeh müqavilə üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2024-cü il tarixli 09383757 saylı müqavilənin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, Cavabdeh hər ayın 07-dən gec olmayaraq 24 ay müddətində hər ay 42.54 manat ödəniş etməlidir. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli ********* saylı müqavilədən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə İmei kod **********34605 XİAOMİ POCO M6 markalı telefon, PAKET M xidməti verilmişdir. Cavabdeh müqavilə üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2024-cü il tarixli ********* saylı müqavilənin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, Cavabdeh hər ayın 10-dan gec olmayaraq 18 ay müddətində hər ay 27.78 manat ödəniş etməlidir. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 04825027 saylı müqavilədən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə İmei kod **********29620 XİAOMİ REDMİ 13 markalı telefon, PAKET L xidməti, qızıl zəmanət ultra1 il xidməti verilmişdir. Cavabdeh müqavilə üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2024-cü il tarixli 04825027 saylı müqavilənin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, Cavabdeh hər ayın 25-dən gec olmayaraq 18 ay müddətində hər ay 30.23 manat ödəniş etməlidir. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 13408341 saylı müqavilədən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə İmei kod **********08038 SAMSUNG GALAXY A55 markalı telefon, VİNİL MAT, PAKET XXL verilmişdir. Cavabdeh müqavilə üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.4-cü bəndinə əsasən müştəri müqavilənin şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımi qaydada icra etmədiyi hal(lar)da “ABC” “mal”ın istifadəsini mümkünsüz edə, o cümlədən, cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tətbiq edə, “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. Müqavilənin 3.5-ci bəndinə əsasən müqavilənin 3.4 və 3.14-cü bəndlərinin icrası ilə əlaqədar “ABC” əlavə ödənişlər tələb edə bilər - xx.xx.2024-cü il tarixli 13408341 saylı müqavilənin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, Cavabdeh 100 manat ilkin ödəniş etməklə, hər ayın 30dan gec olmayaraq 18 ay müddətində hər ay 64.42 manat ödəniş etməlidir. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 17641005 saylı müqavilədən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə PS5 DUALSENSE oyun pultu, PLAYSTATİON 5 SLİM oyun konsolu verilmişdir. Cavabdeh müqavilə üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2024-cü il tarixli 17641005 saylı müqavilənin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, Cavabdeh 25 manat ilkin ödəniş etməklə, hər ayın 25-dən gec olmayaraq 18 ay müddətində hər ay 91.39 manat ödəniş etməlidir. - xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 203 manat ödənilməmiş hissə, 23.60 manat İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum, 20.30 manat cərimə olmaqla, cəmi 246.90 manat; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 891.96 manat ödənilməmiş hissə, 89.20 manat cərimə, cəmi 981.16 manat; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 444.04 manat ödənilməmiş hissə 44.40 manat cərimə olmaqla, cəmi 488.44 manat; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 509.14 manat ödənilməmiş hissə, 50.91 manat cərimə olmaqla, cəmi 560.05 manat; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1159.56 manat ödənilməmiş hissə, 23.60 manat İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum, 116 manat cərimə olmaqla, cəmi 1299.12 manat; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1645.02 manat ödənilməmiş hissə, 164.50 manat cərimə olmaqla, cəmi 1809.52 manat borcu vardır. - "xxxx" MMC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cu il, xx.xx.2024-cu il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən cavabdeh istifadəsinə verilmiş “Oppo” markalı telefon, “Tcl” markalı kondisioner, “Xiaomi” markalı 2 ədəd telefon, “Samsung” markalı telefon, adapter, aksessuar, “Playstation 5” və pult üçün müqavilə üzrə öhdəliklərin icrasını gecikdirmiş, yəni “ödəniş cədvəli”ndə nəzərdə tutulan vaxt və qaydaya əməl etməmişdir. "xxxx" MMC xəbərdarlıqdan irəli gələn öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 iş günü ərzində riayət olunmadığı təqdirdə, müqavilənin 4.1ci bəndinə əsasən aidiyyəti üzrə məhkəməyə müraciət olunacağını bildirmişdir. - xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh nisyə alqı-satqı müqaviləsi əsasında satılmış İmei kodu **********15819 olan OPPO A18 markalı telefon üçün 23.6 manat, İmei kodu **********08038 olan SAMSUNG GALAXY A55 markalı telefon üçün 23.6 manat olmaqla, mobil telefonların açılıb-bağlanılması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə ümumilikdə 47.2 AZN pul ödənilmişdir. - xx.xx.2025-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, xx.xx.2025-ci il tarixinə "xxxx" MMC-nin "xxxx" QSC-nə olan borcunun məbləği 72439.61 AZN təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinin tələbinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın alınıb-satılması barədə razılığa gəlmişlər. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə iddiaçı qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini ödəməlidir. Qeyd edilənlərlə müəyyən olundu ki, xx.xx.2024-cü il, xx.xx.2024-cu il, xx.xx.2024-cu il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrin şərtlərinə görə Cavabdeh müqavilə üzrə hesablanmış borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, borcun ödənilməsinə dair öhdəliyi lazımi qaydada icra etməmişdir. Bu barədə xəbərdar edilməsinə baxmayaraq, cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Məhkəmə iddianın cərimə borcunun ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli müqavilə üzrə hesablanmış 20.30 manat cərimə borcunun məbləği azaldılaraq 10.15 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə hesablanmış 89.20 manat cərimə borcunun məbləği azaldılaraq 44.60 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə hesablanmış 44.40 manat cərimə borcunun məbləği azaldılaraq 22.20 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə hesablanmış 50.91 manat cərimə borcunun məbləği azaldılaraq 25.45 manat, 20.10.224-cü il tarixli müqavilə üzrə hesablanmış 116 manat cərimə borcunun məbləği azaldılaraq 58 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə hesablanmış 164.50 manat cərimə borcunun məbləği azaldılaraq 82.25 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa, məhkəmə "xxxx" QSC-nə ödənilmiş 47.20 manat rüsumun ödənilməsi hissəsində də iddianı əsaslı hesab edir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 3.5-ci bəndinə əsasən müqavilənin 3.4 və 3.14-cü bəndlərinin icrası ilə əlaqədar “ABC” əlavə ödənişlər tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 203 manat ödənilməmiş hissə, 23.60 manat İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum, 10.15 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 891.96 manat ödənilməmiş hissə, 44.60 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 444.04 manat ödənilməmiş hissə, 22.20 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 509.14 manat ödənilməmiş hissə, 25.45 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1159.56 manat ödənilməmiş hissə, 23.60 manat İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum, 58 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1645.02 manat ödənilməmiş hissə, 82.25 manat cərimə olmaqla, ümumilikdə 5142.57 manat borc və 71.42 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 203 manat ödənilməmiş hissə, 23.60 manat İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum, 10.15 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 891.96 manat ödənilməmiş hissə, 44.60 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 444.04 manat ödənilməmiş hissə, 22.20 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 509.14 manat ödənilməmiş hissə, 25.45 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1159.56 manat ödənilməmiş hissə, 23.60 manat İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum, 58 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1645.02 manat ödənilməmiş hissə, 82.25 manat cərimə olmaqla, ümumilikdə 5142.57 manat borc və 71.42 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №e-2(008)-4096/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4096/2025
13.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver