Məhkəmə qərarları › İş №e-2(008)-4154/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-4154/2025

13.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-4154/2025 13.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Mirzəliyev Ruslan Əsəd oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “borcun ödənilməsi tələbinə dair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən QİZİL ZƏMANƏT ULTRA2 İL (KONTAKT) xidməti, İMEİ KODU **********72649 SAMSUNG GALAXY S24 markalı telefon üçün 1726.92 (min dörd yüz iyirmi altı manat, doxsan iki qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat, altmış qəpik) manat rüsum, 172.69 (yüz yetmiş iki manat, altmış doqquz qəpik) manat cərimə olmaqla, cəmi 1923.21 manat borcun və 39.24 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4154/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadına əsasən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi tələbinə dair” iddia ərizəsi sadələşdirilmiş icraat qaydasında icraata götürülmüşdür. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4154/2025 nömrəli xx.xx.2025-ci il tarixli məhkəmə bildirişi Cavabdeh qeydiyyatda olduğu ünvana - Penitensiar xidmətin 4 saylı cəzaçəkmə müəssəsinə göndərilmişdir. Penitensiar xidmətin 4 saylı cəzaçəkmə müəssəsi xx.xx.2025-ci il tarixli 3-16- 17/20-2-1387/2025 nömrəli məktubla məhkəməyə müraciət edərək, 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmiş Cavabdeh, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkum azadlıqdan məhrum edilməmişdən əvvəl ünvan 1 ünvanında qeydiyyatda olmuşdur. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş aidiyyəti üzrə baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilməlidir. İş materiallarından göründüyü kimi Penitensiar xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmiş Cavabdeh Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkum azadlıqdan məhrum edilməmişdən əvvəl ünvan 1 ünvanında qeydiyyatda olmuşdur. Həmçinin CMS – “AZEMİS” elektron məhkəmə informasiya sistemindən əldə olunan məlumata əsasən Cavabdeh xx.xx.2016-cı il tarixdə verilmiş şəxsiyyət vəsiqəsində yaşayış yeri ünvan 3 ünvanı qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinin tələbinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Məhkəmə hesab edir ki, hazırki iddia tələbinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində deyil, Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılmalıdır. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən, iş məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə həmin işi aidiyyəti üzrə başqa məhkəmədə baxılmağa verir. Qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə nəticəyə gəlir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “borcun ödənilməsi tələbinə dair” mülki iş baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi tələbinə dair” e-2(008)-4154/2025 nömrəli mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar