Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4160/2023 15.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 262 manat (iki yüz altmış iki) sığorta ödənişi məbləği və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30.40 manat (otuz manat qırx qəpik) məbləğin alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Ravon R4 LTZ markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixində "xxxx" ASC ırəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. Cavabdeh tərəfindən idarə olunan həmin avtonəqliyyat vasitəsi ilə xx.xx.2021-ci il tarixində yol-nəqliyyat hadisəsi törədilmiş və X11 markalı ** XY *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Tərtib olunmuş TP ******* saylı İnzibati tənbeh vermə haqqında Qərara əsasən məlum olmuşdur ki, Cavabdeh yol nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerindən yayınmışdır. Toyota Prius markalı ** XY *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı zərərçəkən tərəfindən "xxxx" ASC-yə müraciət etmişdir. Yolnəqliyyat hadisəsində Cavabdeh təqsirli bilindiyi üçün Toyota Prius markalı ** XY *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 262,00 (iki yüz altmış iki) manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli “Sığorta aktı”na əsasən 262,00 (iki yüz altmış iki) manat məbləğində sığorta ödənişi zərərçəkən şəxsin hesabına köçürülmüşdür. xx.xx.2022-ci il tarixində ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdeh(lərə) məktub göndərilmiş, lakin avabdeh(lər) həmin məbləği ödəməmişdir. İddiaçı "xxxx" ASC və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək işə onların nümayəndəsinin iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçı "xxxx" ASC-nin nümayəndəsinin və Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, "xxxx" ASC ilə xx.xx.2021-ci il tarixli, PPA********** nömrəli icbari sığorta müqaviləsinin surətindən görünür ki, Ravon R4 LTZ markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdən – xx.xx.2022-ci il tarixədək 5000 manat məbləğində "xxxx" ASC-də icbari siğorta ilə siğortalanmışıdr. İXP seriyalı, ******* nömrəli İnzibati Xəta haqqında protokolun surətindən görünür ki, xx.xx.20221-ci il tarixdə Ravon R4 LTZ markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsu Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. - İnzibati tənbeh vermə haqqında TP seriyalı, ******* nömrəli qərarın surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh Azərbaycan Respublikaıs İXM-nin 327.6 və 327.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir.. Dəymiş zərərin qiymətləndirilməsinə dair xx.xx.2022-ci il tarixli hesabatdan görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı Toyota Prius markalı ** XY *** dövlət qeydiyyat nişanlı avtomobilə 242 manat ziyan dəymişdir. AD 588574 nömrıli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Ravon R4 LTZ markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtomobil İdeal Motors MMC-nin mülkiyyətindədir. xx.xx.2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, İdeal Motors MMC mülkiyyətində olan Ravon R4 LTZ markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2021-ci il tarixədək Cavabdeh istifadəsinə vermişdir. - 28 mart 2021-ci il tarixli etibarmanədən görünür ki, Ravon R4 LTZ markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçi X2 Emin Polad oğluna ona məxsus olan Ravon R4 LTZ markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtomobillə idarə etmək hüququ verən etibarbanə vermişdir. AE 095392 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Toyota Prius markalı ** XY *** dövlət qeydiyyat nişanlı avtomobil X3 xx.xx.2021-ci il tarixdən mülkiyyətindədir. 28 mart 2021-ci il tarixli etibarmanədən görünür ki, Toyota Prius markalı ** XY *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçi X1 Nurlan Alay oğluna onun adından işlərin görülməsi üçün xx.xx.2031-ci il tarixədək etibarbanə vermişdir. Bank BTB vaistəi ilə ötürülən ödəniş tapşırığından görünür ki, "xxxx" ASC-yə məxsus olan hesabdan 262 manat məbləğində pul vəsaiti X5 hesabına köçürülmüşdür. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı tərəfindən ödənilən 262 manat pul vəsaiti Cavabdeh geri tələb edilmişdir. İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, 30 manat dövlət rüsumu ödənilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 81-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi hissəsində başqa cür müəyyən edilməmişdirsə, icbari sığorta müqaviləsi 1 il müddətinə bağlanılır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən icbari sığorta şəhadətnaməsi icbari sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəddir. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi sığortaçı tərəfindən müvafiq sığorta şəhadətnaməsinin sığortalıya və ya sığorta olunana verilməsi yolu ilə bağlanır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. İcbari Sığorta Haqqında Azərbaycan Respublikası qanununu 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Paşa Siğorta ASC-də icbari siğorta ilə siğortalı olan Ravon R4 LTZ markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh xx.xx.2021-ci il tarixdə yol nəqliyyat hadisəsi törədərək, Toyota Prius markalı ** XY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər yetirmişdir. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzə icraat aparılmışdır. X11 markalı ** XY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 262 manat məbləğində ziyan dəymişdir. "xxxx" ASC tərəfindən 262 manat məbləğində sığorta ödənişi zərərdəymiş avtomobilin sürücüsünə ödənilmişdir. Cavabdeh barəsində tərtib edilmiş inzivati xəta haqqında protokol və qərardan da məlum olur ki, xx.xx.2021-ci il tarixdə yolnəqliyyat hadisəsi zamanı Cavabdeh, hadisə yerindən yayınmışdır. Ona görə də iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı "xxxx" ASC-də sığortalanmış Ravon R4 LTZ markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfində zərər vurulmuş avtomobilə dəymiş zərər İddiaçı ASC tərəfindən tam şəkildə ödənildiyindən və icbari siğorta ilə siğortalanmış təqsirli sürücü hadisə yerindən yayındığından “Paşa Siğorta “ASC həmin yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli hesab edilən şəxsdən, yəni Cavabdeh sığorta ödənişinin geri tələb etməkdə haqlıdır, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz manat) manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə cavabdehdən tutulmalıdır. Beləliklə, iddia tələbi təmin edilməli, Cavabdeh 262 (iki yüz altmış iki) manat məbləğində pul və 30.40 (otuz manat, qırx qəpik) manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 262 (iki yüz altmış iki) manat məbləğində pul və 30.40 (otuz manat, qırx qəpik) manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-4160/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4160/2023
15.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver