Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-421/2023 25.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclasının katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın İddiaçı istismarında olan Dübəndi- Böyükşor Dş-200 mm-lik yerüstü neft kəmərinin 2.1-ci km-də, 39T 0408903, ******* saylı koordinat üzrə 3-ci sırada, kəmərə paralel, kəmərdən təqribən 30 metr aralı məsafədə ünvan 1 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş 2 fərdi yaşayış evinin və hasar tikilisinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçı SOCAR-ın İddiaçı bank hesabına ödənilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, SOCAR-ın "Neft Kəmərləri” İdarəsinin istismarında olar Sabunçu-Böyükşor DŞ-200-mm-lik yerüstü neft kəmərinin 2.1- ci km-də, 39 T 0408903; ******* saylı koordinat üzrə, kəmərə paralel 3-cü sırada, kəmərdən təqribən 30 metr aralı məsafədə, neft kəmərinin mühafizə zonası daxilində, ünvan 2 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş 2 fərdi yaşayı evi və hasar tikilisi faktı aşkar olunmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin maddənin 5-ci bəndinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ aktlarla tənzimlənir. Bundan başqa, AR Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış "Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən, mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən "Neft Kəmərləri” İdarəsinin rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında aşağıda göstərilən işlərin aparılması qadağandır: hər hansı tikinti və quraşdırma işləri; bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yıgılması; boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması. Ona görə də məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı etibarnamə üzrə nümayəndəsi X4 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, cavabdeh məhkəməyə gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məhkəməyə müraciət etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. xx.xx.2022-ci il tarixli aktdan görünür ki, (ünvan 1) Sabunçu-Böyükşor DŞ-200 mm-lik yerüstü neft kəmərinin 2.1-ci km-də, 39 T 0408903; ******* saylı kordinat üzrə, kəmərə paralel 3-cü sırada, kəmərdən təqribən 30 metr aralı məsafədə, vətəndaş Cavabdeh aid olduğu iddia edilən, köhnədən inşa edilmiş, hər tərəfi hasarlanmış, içərisində yaşayış olan evin həyətyani sahəsində, 3.5 metr enində, 14 metr uzunluğunda və 4 metr hündürlüyündə üç otaqdan ibarət yeni tikinti (ev) işlərinin aparılması, eləcədə 10 metr hissəsinə dam örtüyünün vurulması, bundan başqa ön hissəsində 2 metr uzunluğunda, 1.5 metr enində və 2 metr hündürlüyündə natamam tikili (sanitar qovşağı) aşkar edildi. Faktla bağlı Sabunçu rayon icra nümayəndəsi X3 əraziyə dəvət olunmuş və mühafizə zonası daxilində aparılan tikinti işlərinin qanuna zidd olduğu nəzərə alınaraq icra nümayəndəsinin iştirakı ilə aşkarlanan tikililər barədə ev sahibinə izah edilərək görülən işlərin sökülməsi, eləcə də dayandırılması tələb edilmiş, lakin həmin şəxs işləri dayandırsa da sökməkdən imtina etmişdir. Qeyd olunanlara əsasən vətəndaş Cavabdeh əlavə işlərin görülməməsinə dair yazılı qaydada xəbərdarlıq təqdim edilmişdir. İş materiallarında olan 20 fevral 2021-ci il tarixli xəbardarlıqdan görünür ki, Cavabdeh neft kəmərlərinin mühafizə zonasında qanunsuz tikinti işlərinin aparılması və inşa etdiyi evin sökülməsi bildirilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-4426/2022 saylı qərardadına əsasən mülki iş üzrə tikinti-texniki ekspertizası təyin edilmiş, mülki iş rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmiş və mülki iş üzrə icraat rəy alınanadək dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/5703 nömrəli məhkəmə tikinti-texniki ekspertizasının aparılmasından imtinası xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş və mülki işin icraatı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)- 4426/2022 saylı qərardadı ilə təzələnmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-4426/2022 saylı qərardadına əsasən mülki iş üzrə tikinti-texniki ekspertizası təyin edilmiş, mülki iş rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmiş və mülki iş üzrə icraat rəy alınanadək dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/350 nömrəli məhkəmə tikinti-texniki ekspertizasının aparılmasından imtinası xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və mülki işin icraatı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-421/2023 saylı qərardadı ilə təzələnmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsinin 08 iyun 2023-cü il tarixli **********0 (3-21-2-3-/2- 19670/2023) saylı və 23 iyun 2023-cü il tarixli 3-21-3-30/2-2xx-xx/2023 (**********99) rəyindən görünür ki, Vahid elektron kadastr baza məlumatlarına əsasən tək koordinatla verilmiş sahə və üzərindəki tikililər bütövlüklə neft kəmərinin mühafizə zolağında yerləşir. SOCAR İddiaçı nümayəndəsi ilə telefon əlaqəsi yaradılmışdır. Cavabdeh tikilisinə dair bütün materiallar münıciətə əlavə edildiyindən (sahənin tək koordinatı,akt, şəkillər) yerə baxışa ehtiyacın olmadığı bildirildi. Yuxanda qeyd olunduğu kimi SOCAR İddiaçı nümayəndəsi ilə telefon əlaqəsi yaradılmışdır. Cavabdeh tikilisinə dair bütün materiallar müraciətə əlavə edildiyindən (sahənin tək koordinatı,akt, şəkillər) yerə baxışa ehtiyacın olmadığı bildirildi. Vahid elektron kadastr baza məlumatlarına əsasən tək koordinatla verilmiş sahə və üzərindəki tikililər bütövlükdə neft kəmərinin mühafizə zolağında yerləşir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin 10/4711 saylı xx.xx.2023-cü il tarixli rəyinin surətindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsinin mühəndis invetarlaşdırıcısı İmran Bahadovun mütəxəssis rəyində qeyd edilir ki, Vahid elektron kadastr baza məlumatlarına əsasən tək koordinatla verilmiş sahə və üzərindəki tikililər bütövlüklə neft kəmərinin mühafizə zolağında yerləşir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mühəndis-inventarlaşdırıcısı İmran Bahadovun mütəxəssis rəyində qeyd edilir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən tək koordinatla verilmiş sahə və üzərindəki tikililər bütövlüklə neft kəmərinin mühafizə zolağında yerləşir. Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsinin mühəndis-inventarlaşdırıcısı imran Bahadovun mütəxəssis rəyində qeyd edilir ki, “Neft Kəmərləri" idarəsinin nümayəndəsi ilə telefon əlaqəsi yaradılmışdır. Cavabdeh tikilisinə dair bütün materiallar müraciətə əlavə edildiyindən (sahənin koordinatı, akt, şəkilər) yerə baxışa ehtiyacın olmadığı bildirildi. Ekspert tərəfindən qeyd olunur ki, Mərkəzdə torpaq sahələrinə dair baza məlumatlarının olmaması və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatlarının əlavə edilməməsi səbəbindən mütəxəssis rəyində yazılan məlumatlarla, baza məlumatlarını müqayisə edərək tədqiqatın aparılması mümkün olmamışdır. Odur ki, mütəxəssis rəyi nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər. Aparılmış tədqiqiatın dəyəri 50 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı tərəfindən verilmiş arayışından görünür ki, cəmi uzunluği 6.264 km olan (Sabunçu-Böyük-Şor-200 mm-3.130 kv, Sabunçu-Böyük-Şor Dş-200 mm(Balaxanı yüngül)-3.134 kv) Sabunçu-Böyükşor DŞ- 200-mm-lik yerüstü neft kəmərinin tikintisinə 2000-ci ildə başlanılmış və 2002-ci il tarixdə tikintisi başa çatdırılaraq istismara buraxılmışdır. Neft kəmər hal-hazırda işlək vəziyyətdədir və Neft Kəmərləri İdarəsinin X2 tərəfindən istismar olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1-ci hissəsinə əsasən Dövlət mülkiyyətində olan torpaqlara dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarixmədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları; dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşın-sınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; dövlət ehtiyat fondu torpaqları daxildir. Həmin Məcəllənin 46-cı maddəsinin 2-ci hissəsinə əsasən göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativhüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı olan (ünvan 1) Sabunçu-Böyükşor DŞ-200 mmlik yerüstü neft kəmərinin 2.1-ci km-də, 39 T 0408903; ******* saylı kordinat üzrə, kəmərə paralel 3-cü sırada, kəmərdən təqribən 30 metr aralı məsafədə, neft kəmərinin mühafizə zonası daxilində ünvan 3 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş 2 fərdi yaşayış evi və hasar Cavabdeh hesabına sökülərək ərazidən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcələsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia qaldırılması üçün iddiaçı Azərbayjan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Azərbaycan Respublikasındakı filialı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Ödənilmiş 50 (əlli) manat məhkəmə xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı olan Sabunçu-Böyükşor DŞ- 200 mm-lik yerüstü neft kəmərinin 2.1-ci km-də, 39 T 0408903; ******* saylı kordinat üzrə, kəmərə paralel 3-cü sırada, kəmərdən təqribən 30 metr aralı məsafədə, neft kəmərinin mühafizə zonası daxilində, ünvan 3 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş 2 fərdi yaşayış evi və hasar Cavabdeh hesabına sökülərək ərazidən çıxarılsın. 50 (əlli) manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. 100 (bir yüz) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-421/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-421/2023
25.10.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver