Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4232/2024 25.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi İddiaçı maraqlı şəxs qismində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb olunmaqla “hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı maraqlı şəxs qismində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb olunmaqla “hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair məhkəməyə müraciət edərək, fərdi yaşayış evinin tikintisi üçün 0,72 hektar sahəsinin ona ayrılmasına dair Abşeron X2 xx.xx.1989-cu il tarixli 98 nömrəli əmrinin təsdiq edilməsinə dair Abşeron rayon XDS İcariyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 250 nömrə ilə qərarın ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan SSR Nazirlər Sovetinin 03 avqust 1989-cu il tarixli 328 saylı qərarına əsasən X5 sovxozuna vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün 3.40 hektar torpaq sahəsi ayrılması qərara alınmışdır. Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə ayrılmış torpaq sahəsindən 4 nəfər- hər ailəyə 0.075 hektar hesabı ilə 11 nəfərə, o cümlədən ona da 0.072 hektar hesabı ilə, 23 ailəyə isə hər nəfərə 0.10 hektar hesabı ilə torpaq sahəsi ayrılmışdır. Abşeron X2 05 centyabr 1989-cu il tarixli, 98 nömrəli əmri ilə 0,72 ha torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün ona (İddiaçı) ayrılması qərara alınmışdır. Abşeron Rayon XDS İcraiyyə Komitəsinin 20 sentyabr 1989-cu il tarixli 250 saylı qərarı ilə 0,72 ha torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün ona (İddiaçı) ayrılmasına dair Abşeron X2 05 sentyabr 1989-cu il tarixli, 98 nömrəli əmrinin təsdiq edilməsi qərara alınmışdır. Lakin, qərarda adında yanlışlığa yol verilərək, Kərəm əvəzinə Kərim göstərilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, X2 ərazisində yerləşən torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 14 dekabr 2023-cü il tarixdə ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir, lakin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ona rəsmi olaraq imtina edilmişdi. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-ci ildə Ermənistan Respublikasında anadan olmuşdur. -Abşeron rayon XDS İcariyyə Komitəsinin qərarından olan çıxarışın surətindən görünür ki, X3 fərdi yaşayış evinin tikintisi üçün 0,72 ha torpaq sahəsi ayrılmışdır. -Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il F680 nömrəli arxiv çıxarışından görünür ki, fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq sahəsi ayrılması haqqında Abşeron X2 5 sentyabr 1989-cu il tarixli 98 nömrəli əmri ilə X3 0,72 ha torpaq sahəsində fərdi yaşayış evi tikintisinə icazə verilmişdir. -xx.xx.2024-cü il tarixli DƏDK və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən verilmiş məktubdan görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ərizəçinin adı İddiaçı olduğu halda səhvən Abşeron Rayon XDS İcariyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 250 nömrə ilə qərarında X1 göstərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə, əxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləlilklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin İddiaçı məxsus olan Abşeron rayon XDS İcariyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 250 nömrə ilə qərarında göstərilən “X4” “İddiaçı” ilə eyni şəxsdir və Abşeron rayon XDS İcariyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 250 nömrə ilə qərarında göstərilmiş 0,72 ha torpaq sahəsi İddiaçı məxsus olmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 307-311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Fərdi yaşayış evinin tikintisi üçün 0,72 hektar sahəsinin ayrılmasına dair Abşeron X2 xx.xx.1989-cu il tarixli 98 nömrəli əmrinin təsdiq edilməsinə dair Abşeron rayon XDS İcariyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 250 nömrə ilə qərarının İddiaçı məxsus olması faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Adilə Paşayeva
Məhkəmə qərarları › İş №e-2(008)-4232/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4232/2024
25.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver