Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4242/2025 07.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Mirzəliyev Ruslan Əsəd oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, PAKET XXXL xidməti, PLYONKA İSTEHSALİ, İMEİ KODU **********58599 OPPO RENO 12 PRO 5G markalı telefon üçün 179.02 (yüz yetmiş doqquz manat, iki qəpik) manat ödənilməmiş hissə, 17.90 (on yeddi manat, doxsan qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən X1 qalan borc üçün 260.01 (iki yüz altmış manat, bir qəpik) manat ödənilməmiş hissə olmaqla, ümumilikdə 456.93 (dörd yüz əlli altı manat doxsan üç qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh ilə, "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli razılaşmaya əsasən X1 Qalan Borc üçün 260.01 (iki yüz altmış manat, bir qəpik) manat və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, QİZİL ZƏMANƏT ULTRA2 İL xidməti, PAKET XXXL xidməti, PLYONKAİSTEHSALİ, İMEİ KODU **********58599 OPPO RENO 12 PRO 5G markalı telefon üçün 196.92 (yüz doxsan altı manat, doxsan iki qəpik) manat, ümumilikdə 456.93 (dörd yüz əlli altı manat doxsan üç qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1836 (min səkkiz yüz otuz altı) manat (18 ay x 102 manat + 0 manat ilkin ödəniş) QİZİL ZƏMANƏT ULTRA2 İL xidməti, PAKET XXXL xidməti, PLYONKA İSTEHSALİ, İMEİ KODU **********58599 OPPO RENO 12 PRO 5G markalı telefon üçün ümumilikdə, 196.92 (yüz doxsan altı manat, doxsan iki qəpik) manat olmaqla ondan, 179.02 (yüz yetmiş doqquz manat, iki qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 17.90 (on yeddi manat, doxsan qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh razılaşmanın şərtlərini pozmuş və nəticədə toplam 260.01 (iki yüz altmış manat, bir qəpik) manat (3 ay x 86.67 manat + 0 manat ilkin ödəniş) X1 Qalan Borc üçün 260.01 (iki yüz altmış manat, bir qəpik) manat borc yaranmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********58599 OPPO RENO 12 PRO 5G markalı telefondan və QİZİL ZƏMANƏT ULTRA 2 İL xidmətindən xx.xx.2024-cü il tarixində imtina etmiş və məhsul 1656.98 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2024-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 0 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 1656.98 manat, ümumilikdə 1656.98 manat təşkil edir. Digər müqavilə üçün cəmi ödədiyi məbləğ 0 manat təşkil edir. Məhkəmə tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Cavabdeh rəsmi qaydada göndərilmiş və bildirişi aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri (elektron qaydada verildikdə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq) məhkəməyə təqdim etmək təklif edilmişdir. Göstərilən müddət ərzində Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmamışdır. İş materiallarını araşdırıb, iş üzrə təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 284-2-ci maddəsinə əsasən, kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü və 284-6.1-ci maddələrinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş materiallarında olan cavabdeh ilə, "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli razılaşmaya əsasən X1 qalan borc üçün 260.01 (iki yüz altmış manat, bir qəpik) manat və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, QİZİL ZƏMANƏT ULTRA2 İL xidməti, PAKET XXXL xidməti, PLYONKAİSTEHSALİ, İMEİ KODU **********58599 OPPO RENO 12 PRO 5G markalı telefon üçün 196.92 (yüz doxsan altı manat, doxsan iki qəpik) manat, ümumilikdə 456.93 (dörd yüz əlli altı manat doxsan üç qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1836 (min səkkiz yüz otuz altı) manat (18 ay x 102 manat + 0 manat ilkin ödəniş) QİZİL ZƏMANƏT ULTRA2 İL xidməti, PAKET XXXL xidməti, PLYONKA İSTEHSALİ, İMEİ KODU **********58599 OPPO RENO 12 PRO 5G markalı telefon üçün ümumilikdə, 196.92 (yüz doxsan altı manat, doxsan iki qəpik) manat olmaqla ondan, 179.02 (yüz yetmiş doqquz manat, iki qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 17.90 (on yeddi manat, doxsan qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh razılaşmanın şərtlərini pozmuş və nəticədə toplam 260.01 (iki yüz altmış manat, bir qəpik) manat (3 ay x 86.67 manat + 0 manat ilkin ödəniş) X1 Qalan Borc üçün 260.01 (iki yüz altmış manat, bir qəpik) manat borc yaranmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********58599 OPPO RENO 12 PRO 5G markalı telefondan və QİZİL ZƏMANƏT ULTRA 2 İL xidmətindən xx.xx.2024-cü il tarixində imtina etmiş və məhsul 1656.98 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 433.1-ci maddəsinə əsasən, borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini tələb edə bilər. Məhkəmə qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəməyə təqdim olunmuş sübutlarla əsaslandırıraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh "xxxx" MMC-nin xeyrinə xx.xx.2024-cü il tarixli müqavilə üzrə 179.02 (yüz yetmiş doqquz manat, iki qəpik) manat ödənilməmiş hissə, 17.90 (on yeddi manat, doxsan qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən X1 qalan borc üçün 260.01 (iki yüz altmış manat, bir qəpik) manat ödənilməmiş hissə olmaqla, ümumilikdə 456.93 (dörd yüz əlli altı manat doxsan üç qəpik) manat borc və 30 (otuz) manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin xeyrinə xx.xx.2024-cü il tarixli müqavilə üzrə 179.02 (yüz yetmiş doqquz manat, iki qəpik) manat ödənilməmiş hissə, 17.90 (on yeddi manat, doxsan qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 260.01 (iki yüz altmış manat, bir qəpik) manat ödənilməmiş hissə olmaqla, ümumilikdə 456.93 (dörd yüz əlli altı manat doxsan üç qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №e-2(008)-4242/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4242/2025
07.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver