Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4251/2025 11.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul tələbinə» dair iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********68980 X10 13 markalı telefon, X6 2 il xidməti, Paket M xidməti üçüm 498 manat ödənilməmiş hissə, 49.80 (manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Multistayler Dyson, Zəmanət + 3 il xidməti, üçün 1568.4 (manat ödənilməmiş hissə, 156.84 manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei **********48117 İphone 15 pro X7, 2 X8, paket xxxl xidməti, X6 2 il xidməti üçün 3325.98 manat ödənilməmiş hissə, 332.6 manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 2 ədəd Seksiya Mirado H30sm, Kombi Bosch-35, X6 1 il xidməti, X4 1 İL xidməti üçün 2368.88 manat ödənilməmiş hissə, 236.89 manat cərimə, ümumilikdə 8537.39 manat borc və 105.38 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-ci il tarixləı indəki müqavilələrinə əsasən İmei kod **********68980 XİAOMİ Redmı Note 13 markalı telefon, X6 2 il xidməti, Paket M xidməti, Multistayler Dyson, Zəmanət + 3 il xidməti, İmei **********48117 İphone 15 Pro X7, 2 X8, Paket Xxxl Xidməti, X6 2 İl Xidməti, 2 ədəd Seksiya Mirado H30sm, Kombi Bosch-35, X6 1 il xidməti, X4 1 il xidməti almış və nəticədə 8537.39 (səkkiz min beş yüz otuz yeddi manat, 39 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024 -ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 522 (beş yüz iyirmi iki) manat (12 ay x 41.5 manat + 24 manat ilkin ödəniş) olan İmei kod **********68980 X9 13 markalı telefon, X6 2 il xidməti, Paket M xidməti üçün 547.80 (beş yüz qırx yeddi manat, 80 qəpik) manat olmaqla ondan. 498 (dörd yüz doxsan səkkiz) manat ödənilməmiş hissə, 49.80 (qırx doqquz manat, 80 qəpik) manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1652.4 (min altı yüz əlli iki manat, 40 qəpik) manat (6 ay x 261.4 manat + 84 manat ilkin ödəniş) olan Multistayler Dyson, Zəmanət + 3 il xidməti üçün 1725.24 (min yeddi yüz iyirmi beş manat, 24 qəpik) manat olmaqla ondan, 1568.4 (min beş yüz altmış səkkiz manat, 40 qəpik) manat ödənilməmiş hissə, 156.84 (yüz əlli altı manat, 84 qəpik) manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 4325.98 (dörd min üç yüz iyirmi beş manat, 98 qəpik) manat (6 ay x 554.33 manat + 1000 manat ilkin ödəniş) olan İMEİ **********48117 İPHONE 15 PRO X7, 2 X8, Paket Xxxl Xidməti, X6 2 il Xidməti üçün 3658.58 (üç min altı yüz əlli səkkiz manat, 58 qəpik) manat olmaqla, ondan 3325.98 (üç min üç yüz iyirmi beş manat, 98 qəpik) manat ödənilməmiş hissə, 332.6 (üç yüz otuz iki manat, 60 qəpik) manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2368.88 (iki min üç yüz altmış səkkiz manat, 88 qəpik) manat (6 ay x 316.48 manat + 470 manat ilkin ödəniş) olan 2 ədəd Seksiya Mirado H30sm, Kombi Bosch-35, X6 1 il xidməti, X4 1 İL xidməti üçün 2605.77 (iki min altı yüz beş manat, 77 qəpik) manat olmaqla, ondan 2368.88 (iki min üç yüz altmış səkkiz manat, 88 qəpik) manat ödənilməmiş hissə, 236.89 (iki yüz otuz altı manat, 89 qəpik) manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1108 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyi xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələbinin əsaslığı və əmlakın dəyərini sübut edən sənədlər: Tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. xx.xx.2025-ci il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, Pekt M xidməti, X6 2 il xidməti, İmei kodu **********68980 olan X10 13 markalı telefon üçün 498 manat ödənilməmiş hissə, 49.8 manat cərimə pulu, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, Multistayler Dyson, Zəmanət +3 il xidməti üçün 1568.4 manat ödənilməmiş hissə, 156.84 manat cərimə pulu, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, Vinil Şəffaf, X6 2 İl xidməti. Paket XXXL xidməti, Apple Adapter, İmei kodu **********48117 olan İphone 15 Pro X7 üçün 3325.98 manat ödənilməmiş hissə, 332.6 manat cərimə pulu, ümumilikdə, 5931.62 manat borc və 105.38 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının X3 iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan ABC Telecom MMC ilə Cavabdeh arasında bağlanmış müqavildən görünür ki, Cavabdeh bu müqavilə müddəti qüvvədə olduğu təqdirdə ABC Telecom MMC tərəfindən müəyyən edilmiş məbləğ həddində malları müştəriyə təqdim etmək, müştəri isə malların məbləğini satıcıya ödəməyi barədə öhdəlik götürür. xx.xx.2024-cü il tarixli bildirişin surətindən müəyyən olunur ki, Cavabdeh "xxxx" MMC-dən X10 13 telefon, X6 2, Paket M xidməti almış, onların dəyərini hissə-hissə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. xx.xx.2024-cü il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Cavabdeh "xxxx" MMC-dən X2+3 il xidməti almış, onların dəyərini hissə-hissə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. xx.xx.2024-cü il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Cavabdeh "xxxx" MMC-dən Vinil Şəffaf, Paket XXXL, X6 2 almış, onların dəyərini hissə-hissə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. -"xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə cədvəlindən müəyyən edilir ki, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 498 manat əsas borc, 49.8 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1568.4 manat əsas borc, 156.84 manat dəbbə, xx.xx.2024-cü il tyarixli müqaviləyə əsasən 3325.98 manat əsas borc, 332.6 manat dəbbə pulu, ümumilikdə 5931.62 manat təşkil edir; - "xxxx" MMC-dən tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, cavabdeh müqavilənin şərtlərini pozaraq, müqavilədə göstərilən vaxt və qaydaya əməl etmədiyi üçün tərəflər arasında bağlanmış müqavilənin şərtinə uyğun olaraq əlavə peniya hesablanmışdır. Hesablanmış peniya məbləğini qısa zamanda ödəmədiyi halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin, 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata kecirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, Cavabdeh xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranan borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsas borca münasibətdə təmin edilməli, Cavabdeh ödənilməmiş hissə tam tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını nəzərə alaraq, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024cü il tarixli müqavilələrə əsasən dəbbə pulunun tam tutulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə artıq ösdənimş dövlət rüsumu qaytarılır. Beləliklə müəyyən edilirki iddia tələbi tam təmin edildiyindən iddia tələbinin həcminə uyğun olanaraq tutulmalı dövlət rüsumu olan 79.32 manat cavabdehdən iddiaçının xeyrinə tutulmaldır. Mülki işə əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı tərəfindən 105.38 manat dövlət rüsumu tutulmuşdur. Beləliklə məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun atrıq qaıaln hissəsi büdcədən iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 498 (dörd yüz doxsan səkkiz) manat ödənilməmiş hissə, 49.8 (qırx doqquz manat, səksən qəpik) manat cərimə pulu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1568.4 (min beş yüz altmış səkkiz manat, qırx qəpik) manat ödənilməmiş hissə, 156.84 (yüz əlli altı manat, səksən dörd qəpik) manat cərimə pulu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 3325.98 (üç min üç yüz iyirmi beş manat, doxsan səkkiz qəpik) manat ödənilməmiş hissə, 332.6 (üç yüz otuz iki manat, altmış qəpik) manat cərimə pulu, cəmi 5931.62 (beş min doqquz yüz otuz bir manat, altmış iki qəpik) manat borc və 79.32 (yetmiş doqquz manat, otuz iki qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq “ABC TELECOM" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzə əsasən iddiaçı tərəfindən ödənilmiş 105.38 manat dövlət rüsumunun 26.06 (iyirmi altı manat altı qəpik) manat olan hissəsi büdcədən iddiaçı ABC TELECOM" Məhdud Məsuliyyətli Cəmiyyətinə geri qaytarılsın Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-4251/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4251/2025
11.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver