Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4256/2024 25.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, iddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İMEİ kodu **********65043 olan İPhone 14 Pro Max markalı telefon üçün 2362,80 manat ödənilməmiş hissə, 470,20 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İMEİ kodu **********11492 olan Samsung Galaxy A54 markalı telefon üçün 1024,50 manat ödənilməmiş hissə, 244,50 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İMEİ kodu **********12993 olan Samsung Galaxy A54 markalı telefon üçün 800,04 manat ödənilməmiş hissə, 213,86 manat cərimə, xx.xx.2023cü il tarixli müqaviləyə əsasən Stark markalı velosiped üçün 757,08 manat ödənilməmiş hissə, 92,42 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İMEİ kodu **********75379 olan Samsung Galaxy A53 markalı telefon üçün 592 manat ödənilməmiş hissə, 177,60 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İMEİ kodu **********76278 olan Samsung Galaxy A53 markalı telefon üçün 518 manat ödənilməmiş hissə, 155 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Braun markalı şirəçəkən üçün 374,70 manat ödənilməmiş hissə, 78,30 manat cərimə olmaqla, cəmi 7861 manat borcun, 98,61 manat ödənilmiş dövlət rüsumunun tutulması" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsvir ihissə: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı "xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İMEİ kodu **********65043 olan İPhone 14 Pro Max markalı telefon üçün 2362,80 manat ödənilməmiş hissə, 470,20 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İMEİ kodu **********11492 olan Samsung Galaxy A54 markalı telefon üçün 1024,50 manat ödənilməmiş hissə, 244,50 manat cərimə, xx.xx.2023cü il tarixli müqaviləyə əsasən İMEİ kodu **********12993 olan Samsung Galaxy A54 markalı telefon üçün 800,04 manat ödənilməmiş hissə, 213,86 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Stark markalı velosiped üçün 757,08 manat ödənilməmiş hissə, 92,42 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İMEİ kodu **********75379 olan Samsung Galaxy A53 markalı telefon üçün 592 manat ödənilməmiş hissə, 177,60 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İMEİ kodu **********76278 olan Samsung Galaxy A53 markalı telefon üçün 518 manat ödənilməmiş hissə, 155 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Braun markalı şirəçəkən üçün 374,70 manat ödənilməmiş hissə, 78,30 manat cərimə olmaqla, cəmi 7861 manat borcun, 98,61 manat ödənilmiş dövlət rüsumunun tutulması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı həmin tələbini belə əsaslandırmışdır ki, cavabdeh xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü il tarixli müqavilələrlə üzərinə götürdüyü öhdəlikləri tam icra etməmiş və nəticədə borcu yaranmışdır. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh isə iddianı qismən etiraf edərək izahatında bildirdi ki, iddiaçıdan şəxsi istifadə üçün əşyalar almış və onun "xxxx" MMC-yə həqiqətən 6429,12 manat borcu var. Borcu ödəməkdən yayınmır, lakin maddi imkanı olmadığı üçün borcu ödəyə bilmir. O, 1432 manat cərimə məbləğinin yüksək olduğunu qeyd etdi. Cavabdeh məhkəməyə bu barədə ərizə təqdim etmişdir. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı qismən əsaslı hesab edir. İşdə olan, iddiaçı "xxxx" MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2023cü il tarixli "Müqavilə"dən görünür ki, cavabdeh iddiaçıdan İMEİ kodu **********65043 olan İPhone 14 Pro Max markalı telefon alaraq 12 ay müddətinə hissə-hissə olmaqla, cəmi 3424,80 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli "Müqavilə"dən görünür ki, cavabdeh iddiaçıdan İMEİ kodu **********11492 olan Samsung Galaxy A54 markalı telefon alaraq 12 ay müddətinə hissə-hissə olmaqla, cəmi 1230 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli "Müqavilə"dən görünür ki, cavabdeh iddiaçıdan İMEİ kodu **********12993 olan Samsung Galaxy A54 markalı telefon alaraq 12 ay müddətinə hissə-hissə olmaqla, cəmi 1070,04 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli "Müqavilə"dən görünür ki, cavabdeh iddiaçıdan Stark markalı velosiped alaraq 18 ay müddətinə hissə-hissə olmaqla, cəmi 802,08 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli "Müqavilə"dən görünür ki, cavabdeh iddiaçıdan İMEİ kodu **********75379 olan Samsung Galaxy A53 markalı telefon alaraq 12 ay müddətinə hissə-hissə olmaqla, cəmi 888 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli "Müqavilə"dən görünür ki, cavabdeh iddiaçıdan İMEİ kodu **********76278 olan Samsung Galaxy A53 markalı telefon alaraq 12 ay müddətinə hissə-hissə olmaqla, cəmi 888 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli "Müqavilə"dən görünür ki, cavabdeh iddiaçıdan Braun markalı şirəçəkən alaraq 18 ay müddətinə hissə-hissə olmaqla, cəmi 523,86 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli "Maliyyə və ödəniş cədvəli"ndən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixli müqavilə üzrə 2362,80 manat ödənilməmiş hissə, 470,20 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1024,50 manat ödənilməmiş hissə, 244,50 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 800,04 manat ödənilməmiş hissə, 213,86 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 2362,80 manat ödənilməmiş hissə, 470,20 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 757,08 manat ödənilməmiş hissə, 92,42 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 592 manat ödənilməmiş hissə, 177,60 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 518 manat ödənilməmiş hissə, 155 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 374,70 manat ödənilməmiş hissə, 78,30 manat cərimə olmaqla, cəmi borcu 7861 manat təşkil edir. İşdə olan xx.xx.2024-cü il tarixli "Xəbərdarlıq"dan görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi təklif edilmişdir. İşdə olan ″Elektron məhkəmə″ informasiya sistemindən çıxarışdan görünür ki, cavabdeh Azərbaycan Respublika Gənclər və İdman Nazirliyinin Tofiq Bəhramov adına Respublika stadionunda "Ərazi gözətçisi" olaraq işləyir, əmək haqqısı 374 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsində deyilir ki, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə görə isə, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Müəyyən edilir ki, cavabdeh xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü il tarixli müqavilələrlə üzərinə götürdüyü öhdəlikləri tam icra etməmiş, bununla da həmin müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh ona nisyə satılmış malların dəyərini iddiaçıya ödəməlidir. Cavabdehdən tələb olunan dəbbə pulu ilə bağlı isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını, kreditorun əmlak mənafelərini, cavabdehin maddi vəziyyətini, o cümlədən hazırda aldığı əmək haqqının miqdarını nəzərə alaraq hesab edir ki, hesablanmış dəbbə pulunun miqdarı tənasübsüz surətdə yüksəkdir, ona görə də azaldılmalıdır. Məhkəmə dəbbə pulunun miqdarının əsas borcun 5 faizi miqdarında müəyyən olunmasını tərəflərin bütün əsaslı mənafelərinə uyğun hesab edir. Belə olan halda, iddia qismən təmin edilməli, cavabdehdən xx.xx.2023-cü il tarixli müqavilə üzrə 2362,80 manat ödənilməmiş hissə və 118,14 manat dəbbə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1024,50 manat ödənilməmiş hissə və 51,22 manat dəbbə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 800,04 manat ödənilməmiş hissə və 40 manat dəbbə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 757,08 manat ödənilməmiş hissə və 37,85 manat dəbbə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 592 manat ödənilməmiş hissə və 29,60 manat dəbb, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 518 manat ödənilməmiş hissə və 25,90 manat dəbbə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 374,70 manat ödənilməmiş hissə və 18,73 manat dəbbə tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçı tərəfindən xx.xx.2024-cü ildə ********** nömrəli mədaxil qəbzi ilə 62,59 manat, xx.xx.2024-cü ildə ********** nömrəli mədaxil qəbzi ilə 36,02 manat, cəmi 98,61 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Cəmi 7861 manat məbləğində iddianın 6750,56 manat hissəsi (85,87 faiz) təmin olunduğuna görə bu məbləğə mütənasib olaraq dövlət rüsumunun 85,87 faizi, yəni 84,67 manatı cavabdehə aid edilməli, həmin məbləğ ondan alınaraq iddiaçıya qaytarılmalı, qalan 13,94 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 2362,80 manat ödənilməmiş hissə və 118,14 manat dəbbə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1024,50 manat ödənilməmiş hissə və 51,22 manat dəbbə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 800,04 manat ödənilməmiş hissə və 40 manat dəbbə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 757,08 manat ödənilməmiş hissə və 37,85 manat dəbbə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 592 manat ödənilməmiş hissə və 29,60 manat dəbbə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 518 manat ödənilməmiş hissə və 25,90 manat dəbbə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 374,70 manat ödənilməmiş hissə və 18,73 manat dəbbə, 84,67 manat dövlət rüsumu, cəmi 6835,23 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 98,61 manat dövlət rüsumunun qalan 13,94 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan electron cabinet vasitəsilə həyata keçirilməlidir. X3.
Məhkəmə qərarları › İş №e-2(008)-4256/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4256/2024
25.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver