Məhkəmə qərarları › İş №e-2(008)-426/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-426/2025

05.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-426/2025 05.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan, “BMW 760 Lİ” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş 11950 (on bir min doqquz yüz əlli) manat maddi ziyanın ödənilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, mülkiyyətində olan “BMW 760 Lı” markalı, **-MT- *** dövlət qeydiyyat nişanlı avtomobilini gələcəkdə 12450 manata satılması barədə Cavabdeh ilə razılığa gələrək, hər ay 517 manat olmaqla 24 ay müddətində ödəmək şərti ilə satılması barədə xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 11 saylı Notariat ofisində avtomobilin alqı-satqısına dair ilkin müqavilə bağlanmışdır. Sonradan Cavabdeh aralarında bağlanmış müqavilə öhdəliklərinə əməl etmədiyindən, İddiaçı xx.xx.2021-ci il tarixli İlkin Müqaviləyə əsasən mülkiyyətində olan **-MT-*** dövlət nömrə nişanlı, BMW-760Lİ markalı nəqliyyat vasitəsini Cavabdeh alınaraq, ona qaytarılmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-6910/2021 nömrəli qətnaməsinə əsasən iddia təmin edilərək, Cavabdeh ilə, X1 arasında Bakı şəhəri 11 saylı Notariat Ofisində reyestrdə 3M-50 nömrə ilə qeyd edilmiş xx.xx.2021-ci il tarixli avtomobilin alqı-satqısına dair ilkin müqavilə ləğv edilmiş, “BMW 760 Lİ” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı qaytarılması qət edilmişdir. xx.xx.2021-ci il tarixli, 2(008)-6910/2021 nömrəli qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilsə də, Cavabdeh 2024-cü ilədək icradan yayınaraq, nəqliyyat vasitəsini gizlətmişdir. Şəxsi axtarışlardan sonra nəqliyyat vasitəsi 2024-cü ilin mart ayında Abşeron rayonu, Masazır qəsəbəsində “Sabah” futbol stadionuna yaxın ərazidə aralıq adsız küçədə istismara yarasız halda motoru və ötürcü qutusu sökülmüş vəziyyətdə tapılmış, icra məmurları tərəfindən AKT tərtib edildikdən sonra nəqliyyat vasitəsi təhvil alınmış, ustalarla birgə evakuator vasitəsi ilə ərazidən servisə aparılmışdır. Universal Servis MMC-də nəqliyyat vasitsinə baxıldıqdan sonra təmir işlərinə görə xx.xx.2024-cü il tarixdə Qüsur Aktı tərtib edilmiş, xidmət haqqı ilə birgə 11950 manat ziyan hesablanmışdır. xx.xx.2021-ci il tarixli İlkin Müqavilənin 2.5-ci maddəsinə əsasən qəza və texniki nasazlıq nəticəsində nəqliyyat vasitəsinə dəymiş zərəri ödəməyi alıcı öhdəsinə götürür. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə rəsmi qaydada xəbərdalıq edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. 26 fevral 2025-ci il tarixində keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddia tələbini qəbul etmədiyini, cavabdehdən maşın aldığını, maşını almaqla bağlı 12450 manat razılıq əldə etdiklərini, İddiaçı tərəfindən ona maşın alınan zaman 5400 manat pul verildiyini, bu məqsədlə maşını onun adına sənədləşdirdiyini, aralarında bağlanmış ilkin alqı-satqı müqaviləsindən sonra 2300 manatı ödədiyini və maşının motorunda problem olduğundan maşını geri qaytardığını bildirmişdir. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə olunan xx.xx.2021-ci il tarixli ilkin alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixindən etibarən hər ay 517 manat olmaqla 24 ay ərzində ödəməyi, satış qiymətindən qalan 50 manatı avtomobilin alqı-satqısına dair əsas müqavilə bağlanarkən ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 6910/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, iddia təmin edilərək, Cavabdeh ilə, X1 arasında, Bakı şəhəri 11 saylı Notariat Ofisində reyestrdə 3M-50 nömrə ilə qeyd edilmiş, xx.xx.2021-ci il tarixli avtomobilin alqı-satqısına dair ilkin müqavilə ləğv edilərək, “BMW 760 Lİ” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı qaytarılması qət edilmişdir. İş materiallarına əlavə olunan Universal Servis MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli Qüsur Aktına əsasən, “BMW 760 Lİ” markalı, **-MT-*** nömrəli dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 11950 manat maddi zərər dəyməsi müəyyən edilmişdir. İş materiallarına əlavə olunan Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru tərəfindən tərtib olunan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6910/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədinin icrası məqsədilə avtomobilin aşkar olunduğu ünvan 1 ünvanda icra sənədində qeyd edilən “BMW 760 Lİ” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobilin mühərriki sökülmüş vəziyyətdə olduğunu müəyyən edilmişdir. Avtomobilin salonuna baxış keçirilmiş və hər hansı qiymətli əşya aşkar edilməmişdir. Avtomobil qeyd olunan vəziyyətdə tələbkar İddiaçı etibranamə üzrə nümayəndəsi Vəkil təhvil verilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 10 aprel 2025-ci il tarixli 13 nömrəli ekspert rəyinə əsasən, “BMW 760 Lİ” markalı, **-MT-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərin 10030 (on min otuz) manat təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə araşdırması ilə müəyyən olunur ki, İddiaçı, Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6910/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək, Cavabdeh ilə, X1 arasında Bakı şəhəri 11 saylı Notariat Ofisində reyestrdə 3M-50 nömrə ilə qeyd edilmiş xx.xx.2021-ci il tarixli avtomobilin alqı-satqısına dair ilkin müqavilə ləğv edilərək, “BMW 760 Lİ” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı qaytarılması qət edilmişdir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-6910/2021 nömrəli qətnaməsi qanuni qüvvəsini alaraq icraya yönəldilsə də, Cavabdeh təqsirli hərəkətləri nəticəsində 2024-cü il tarixədək icrası mümkün olmamşdır. Daha sonra nəqliyyat vasitəsi 2024-cü ilin mart ayında Abşeron rayonu Masazır qəsəbəsində “Sabah” futbol stadionuna yaxın ərazidə aralıq adsız küçədə istismara yarasız halda motoru və ötürcü qutusu sökülmüş vəziyyətdə tapılmış, icra məmurları tərəfindən AKT tərtib edildikdən sonra nəqliyyat vasitəsi təhvil alınmışdır. Dəymiş ziyan məbləğinin müəyyən edilməsi ilə bağlı məhkəmə araşdırması zamanı keçirilmiş, 10 aprel 2025-ci il tarixli 13 nömrəli nömrəli ekspert rəyinə əsasən “BMW 760 Lİ” markalı, **-MT-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərər 10030 (on min otuz) manat olması müəyyən edilmişdir. İş materiallarında olan Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru tərəfindən tərtib olunan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6910/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədinin icrası məqsədilə avtomobilin aşkar olunduğu Abşeron rayonu, Masazır qəsəbəsi, Qara Qarayev küçəsi ünvanında “BMW 760 Lİ” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobilin mühərriki sökülmüş vəziyyətdə olduğunu müəyyən edilmişdir. İşin araşdırılan hallarından göründüyü kimi “BMW 760 Lİ” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəyməsi işin mübahisəsiz halıdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq, vurulmuş zərər tam şəkildə zərərvuran tərəfindən qarşılanmalıdır. İddia tələbinin qismən təmin edilməsi ilə bağlı məhkəmə hesab edir ki, dəymiş ziyan məbləğinin müəyyən edilməsi ilə bağlı ekspert rəyində göstərilən 10030 manat olması nəzərə alaraq 10030 (on min otuz) manat dəymiş zərər Cavabdeh tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, dövlət rüsumunun ödənilməsi hissəsində də qismən təmin edilərək 120,10 (bir yüz iyirmi manat on qəpik) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 10030 (on min otuz) manat dəymiş zərər və 120,10 (bir yüz iyirmi manat on qəpik) manat dövlət rüsumu tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar