Məhkəmə qərarları › İş №e-2(008)-4279/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4279/2023

27.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4279/2023 27.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh X2 qarşı “pul tələbi”nə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********08054 olan Realme C 11 markalı telefon üçün 229,6 manat ödənilməmiş hissə, 22,4 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********45768 olan Xiaomi Redmi 9 markalı telefo və Mİ X4 240,4 manat ödənilməmiş hissə, 24,6 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən HP markalı kompyuter üçün 1594,24 manat ödənilməmiş hissə, 159,76 manat cərimə olmaqla, ümumilikdə 2271 manat borc və 42,71 manat dövlət rüsumu alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X2 rəsmi qaydada bildiriş göndərilmiş, lakin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. İş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" MMC ilə X3 arasında xx.xx.2021-ci il tarixdə 23192250 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən İMEİ kodu **********08054 olan Realme C 11 markalı telefonu verməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********08054 olan Realme C 11 markalı telefon üçün 18 ay müddətinə hər ay 24,4 manat olmaqla, ilkin ödəniş 0 manat edilmiş 292 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə X3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 23261833 saylı müqavilə əsasən isə "xxxx" İMEİ kodu **********35406 olan Samsung Galaxy A7 markalı telefon cavabdehə verməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, cavabdeh 12 ay müddətinə hər ay 47,7 manat, ilkin ödəniş 1 manat edilmiş ümumilikdə 265 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə X3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 03271118 saylı müqavilə əsasən isə "xxxx" HP markalı kompyuter cavabdehə verməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, cavabdeh 18 ay müddətinə hər ay 99,68 manat, ilkin ödəniş 11 manat edilmiş ümumilikdə 1754 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2021-ci, xx.xx.2021-ci və xx.xx.2022-ci il tarixli təhvil-təslim aktlarından görünür ki, sözügedən əşyalar cavabdeh tərəfindən təhvil alınmışdır. İş materiallarında olan 18 may 2023-cü il tarixli maliyyə arayışına əsasən müəyyən olunur ki, cavabdehin xx.xx.2021-ci il tarixli müqavilə üzrə 229,6 manat ödənilməmiş hissə, 22,4 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə isə 240,4 manat ödənilməmiş hissə, 24,6 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə isə 1594,24 manat ödənilməmiş hissə, 159,76 manat cərimə,olmaqla, ümumilikdə 2271 manat borcu vardır. İş materiallarında olan "xxxx" MMC-nin cavabdeh X2 ünvanladığı xx.xx.2023-cü il tarixli xəbərdarlığa əsasən məlum olur ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, X1 xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********08054 olan Realme C 11 markalı telefon üçün 229,6 manat ödənilməmiş hissə, 2,2 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********35406 olan Samsung Galaxy A7 markalı telefon üçün 240,4 manat ödənilməmiş hissə, 2,4 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən HP markalı kompyuter üçün 1594,24 manat ödənilməmiş hissə, 15,9 manat cərimə olmaqla ümumilikdə 2084,74 manat borc və 42,71 manat dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Belə ki, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 22,4 manat məbləğində cərimə tənasübsüz surətdə yüksək hesab olunmalı, buna görə də azaldılaraq ağlabatan miqdarda, yəni 2,2 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 24,6 manat məbləğində cərimə tənasübsüz surətdə yüksək hesab olunmalı, buna görə də azaldılaraq ağlabatan miqdarda, yəni 2,4 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 159,76 manat məbləğində cərimə tənasübsüz surətdə yüksək hesab olunmalı, buna görə də azaldılaraq ağlabatan miqdarda, yəni 15,9 manat, məbləğində müəyyən edilməlidir. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 42,71 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X1 xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********08054 olan Realme C 11 markalı telefon üçün 229,6 manat ödənilməmiş hissə, 2,2, manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********45768 olan Xiaomi Redmi 9 markalı telefo və Mİ X4 240,4 manat ödənilməmiş hissə, 2,4 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən HP markalı kompyuter üçün 1594,24 manat ödənilməmiş hissə, 15,9 manat cərimə olmaqla, ümumilikdə 2084,74 manat borc və 42,71 manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar