Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4329/2024 13.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X5, Ərizəçinin nümayəndəsi (vəkili) Nümayəndə1, Maraqlı şəxsin nümayəndəsi (əməkdaşı) Nümayəndə2 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı qeyd edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı qeyd edilməklə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2018-ci il təvəllüdlü X7 anadan olan vaxtdan babası X1 və nənəsi Ərizəçi öhdəsində olması, X1 ölməsindən sonra isə Ərizəçi öhdəsində olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, X2 ilə xx.xx.1984-cü il tarixdən birgə nikahda olmuşdur. xx.xx.1985-ci ildə X3 anadan olmuşdur. Ərizəçinin oğlu X3 ilə X4 birgə nikahından xx.xx.2018-ci il tarixdə nəvəsi X11 anadan olmuşdur. X11 anadan olan vaxtdan ona babası X2 və nənəsi Ərizəçi baxmış, Uğur onların yanında yaşamışdır. Qeyd edilən fakt həmçinin Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Sabunçu qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışı ilə də təsdiq olunur. X2 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Vəfat etməmişdən öncə ona yaşa görə əmək pensiyası təyin edilmiş, pensiya kartı açılmışdır. Ərizəçi tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ərizə ilə müraciət edilərək, mərhum həyat yoldaşı X1 ölümündən sonra ona ayrılmış əmək pensiyasının nəvəsi X8 baxdığına və işləmədiyinə görə ona təyin edilməsi xahiş edilmişdi. ƏƏSMN-nin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 25 avqust 2023-cü il tarixli, 3-17-1/2-1- 194877/2023 №-li məktubu ilə pensiya təyin olunmasından imtina edilmişdir. İmtinanın əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü və 7-ci maddələrinin bəzi müddəalarına istinad edilsə də, imtina qanunsuz və əsassız olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. Göründüyü kimi, ərizəçinin tələbi qanunun istinad edilən normasında müəyyən edilmiş şərtlərə tam uyğundur. Həmçinin ərizəyə əlavə edilən sənədlərdən də göründüyü kimi, X7 valideynləri - atası X3 "xxxx" ASC-də, anası X9 “Azərbaycan Metrologiya İnstitutu” Publik hüquqi şəxsində işləyirlər, azyaşlı Uğura ərizəçi baxır. Buna baxmayaraq, maraqlı şəxs tərəfindən ərizəçinin qanunla müəyyən edilmiş hüququnun həyata keçirilməsindən imtina edilmişdir ki, bu da ərizəçinin həm “Əmək pensiyaları haqqında” qanunla, həm də Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilmiş hüquqlarının pozulması ilə nəticələnmişdir. Konstitusiyanın 38-ci maddəsinin İİİ hissəsinə əsasən, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Ərizəçi tərəfindən cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair məcburetmə haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilmiş və cavabdeh inzibati orqanın imtinasının qanunsuz hesab edilərək, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X1 xx.xx.2018-ci il təvəllüdlü nəvəsi X8 baxdığına görə Ərizəçi əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasına dair qərar qəbul edilməsi xahiş edilmişdir. Hazırda həmin e-2-1(112)-2762/2024 №-li inzibati iş Bakı İnzibati Məhkəməsinin hakimi Nəriman Abıyevin icraatındadır və məhkəmənin baxış iclası xx.xx.2024-cü il tarixə, saat 09:50-yə təyin edilmişdir. Həmin məhkəmə işi üzrə məhkəmə tərəfindən izah edilmişdir ki, ərizəçiyə ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün nəvə X7 mərhum babası X1 və nənəsi Ərizəçi (ərizəçinin) öhdəsində olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə aşağıdakı məzmunda ərizəyə etiraz verilmişdir. Ali Məhkəmənin Plenum Qərarından aydın olur ki, şəxsin öhdədə olma faktı dedikdə ərizəçi digər şəxsin onun öhdəsində olması faktını deyil, şəxsin yəni ərizəçinin özünün ölən şəxsin öhdəsində olması faktını nəzərdə tutur. İş materiallarına əsasən müəyyən olunur ki, Ərizəçi nəvəsi X7 öz öhdəsində olması faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Lakin qanunvericiliyin təhlilindən görünür ki, qeyd olunan hal şəxsin öhdədə olma faktı kimi qiymətləndirilə, yəni ərizəçi qismində Ərizəçi çıxış edə bilməz. Digər məsələ ondan ibarətdir ki, qeyd olunan faktın təsdiq edilməsi hüquqi nəticə yaratmalıdır. Bu fakt ailə başçısını itirməyə görə pensiya və ya sosial müavinətin təyin edilməsi və s. məqsədilə müəyyən edilə bilər. Qeyd olunan iş üzrə ərizəçinin həmin halı təsdiqlətməsi mümkün deyildir, həmçinin heç bir hüquqi nəticə yaratmayacaqdır. Belə ki, "Əmək pensiyaları haqqında” Qanunun 14-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır:
2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə. Qeyd olunan qanunvericiliyin məzmunundan da aydın olur ki, Ərizəçi qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqda və digər şərtlər ödənildiyi təqdirdə ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilə bilər. "Əmək pensiyaları haqqında” Qanunun 14.1-ci maddəsi əvvəlki redaksiyada aşağıdakı kimi qeyd edilmişdir: "Vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır”. Belə ki, xx.xx.2020-ci il tarixdə "Əmək pensiyaları haqqında” Qanununa dəyişiklik edilmiş və qeyd olunan ifadə qanundan çıxarılmışdır. Ümumilikdə isə belə nəticəyə gəlmək olar ki, ailə başçısının öhdəsində olan yəni vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan şəxslərin ailə başçısını itirməyə görə pensiya almaq hüququ artıq mövcud deyildir. Bundan başqa, məhkəmə müvafiq faktın müəyyən edilməsi üçün müraciət edən ərizəçinin məhz qanunla müəyyən edilmiş kateqoriyadan olan şəxs olub-olmamasına, həmçinin onun vəfat edənin tam təminatında olan və ya ondan özünün yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan şəxs olmasına diqqət etməlidir. İş materiallarına əsasən müəyyən olunur ki, Ərizəçi qanunla müəyyən edilmiş kateqoriyadan olan şəxs deyildir. Sonradan ərizəçinin nümayəndəsi (vəkili) Nümayəndə1 tələbin dəqiqləşdirilməsi barədə ərizə verərək, xx.xx.2018-ci il təvəllüdlü X8 anadan olan vaxtdan babası X2 və nənəsi Ərizəçi tərəfindən baxılması, X1 ölməsindən sonra isə Ərizəçi tərəfindən baxılması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsimni xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçinin ərizəsinin hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 14.1-ci maddəsinə istinad edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. İşin faktiki hallarından və hüquqi əsası kimi istinad etdiyi maddi hüquq normasından göründüyü kimi ərizəçinin tələbi uşağın Öhdədə olması faktının müəyyən olunmasına deyil, yalnız 8 yaşma çatmamış uşağa baxılması ilə əlaqədar qanunvericiliklə təsbit edilmiş təminatın alınmasına yönəlmişdir. İstinad edilən normanın məzmunundan göründüyü kimi, qanunverici həmi normanı həmin normanı qanuna daxıl etməklə, ilk növbədə uşağın üstün hüquqlarım nəzərə almışdır, Belə ki, bir tərəfdən 8 yaşma çatmamış uşağın hərəkətlərinə və davranışına, o cümlədən təhlükəsizliyinə daimi nəzarət tələb olunur, digər tərəfdən uşağa baxmaq üçün valideynlərdən birinin və ya hər İkisinin əmək fəaliyyəti ilə məşğul olmaması da uşağın mənafelərinə zidd olan nəticələrə (uşağın maddi təminatının kəskin azalması) səbəb ola bilər, Göründüyü kimi, ərizəçinin tələbi də uşağın həm qanunvericiliklə, həm də beynəlxalq Konvensiyalarla təsbit olunmuş üstün hüquqlarının təmin olunmasına yönəlmişdir. Hazırkı iş üzrə maraqlı şəxsin ərizəyə qarşı etirazında AR Ali Məhkəmənin “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair İşlər üzrəməhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 3-cü bəndinə istinad edilmişdir ki, həmin bənd də uşağa baxılması faktının deyil, “öhdədə olması” faktının müəyyən edilməsi ilə bağlıdır ki, həmin dəlillər hazırkı iş üzrə nəzərə alınmalı deyil. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi (vəkili) Nümayəndə1 ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi (əməkdaşı) Nümayəndə2 etirazın məzmununa uyğun izahat verərək ərizənin rədd edilməsini xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir). Ərizəçi xx.xx.1966-cı il tarixdə Ermənistan, Amasiya rayonunda doğulmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır. İsmayılova (Rəsulova) Validə Kərim qızı xx.xx.1984-cü il tarixdə X2 ilə nikahlarının bağlamışlar (İİ-SL seriyalı 345034 №-li nikah haqqında şəhadətnamə). Onların xx.xx.1985-ci il tarixdə uşaqları - X3 doğulmuşdur (AZ-İ seriyalı 401284 №-li doğum haqqında şəhadətnamə). Ərizəçinin oğlu X3 ilə X4 birgə nikahından xx.xx.2018-ci il tarixdə uşaqları - X11 doğulmuşdur (AZ-İV seriyalı 095687 №-li doğum haqqında şəhadətnamə). Ərizəçinin oğlu X3 xx.xx.1986-cı il tarixdə doğulmuşdur, xx.xx.2013-cü il tarixdən "xxxx" ASC-də işə başlamışdır və hal-hazırda sığorta hadisələrinin tənzimlənməsi idarəsinin müdirə vəzifəsində saat 09:00-dan 18:00-dək həftə ərzində beş gün işləyir (AA2201801 №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqsi, "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 18 №-li arayış). Ərizəçinin gəlini (Uğurun anası) X9 xx.xx.1990-cı il tarixdə doğulmuşdur, «Azərbaycan Metrologiya İnstitutu» publik hüquqi şəxsdə etalon saxlayıcının köməkçisi vəzifəsində işləyir və aylıq vəzifə maaşı 600 manat təşkil edir (elektron məhkəmə sistemindən əldə edilmiş məlumat, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti «Azərbaycan Metrologiya İnstitutu» publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış). Ərizəçinin əri X2 xx.xx.2023-cü il tarixdə ölmüşdür (AZ-İİ seriyalı 320494 №-li ölüm haqqında şəhadətnamə). Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Sabunçu qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarili arayışa əsasən ərizəçi ünvan 1 ünvanında əri X2 (ölən günədək), oğlu X3, gəlini X9, nəvəsi X11 və digər ailə üzvləri ilə yaşayır. Ərizəçi Dövlət Sosial Müdafiə Fonduna ərizə ilə müraciət edərək, mərhum həyat yoldaşı X1 ölümündən sonra ona ayrılmış əmək pensiyasının nəvəsi X8 baxdığına və işləmədiyinə görə ona təyin edilməsini xahiş edilmişdir. ƏƏSMN-nin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 25 avqust 2023-cü il tarixli, 3-17-1/2-1- 194877/2023 №-li məktubu ilə pensiya təyin olunmasından imtina edilmişdir. Hazırda ərizəçi xx.xx.2018-ci il tarixdə doğulmuş X8 anadan olan vaxtdan babası X2 və nənəsi Ərizəçi tərəfindən baxılması, X1 ölməsindən sonra isə Ərizəçi tərəfindən baxılmasının müəyyən edilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə ərizənin əsassız olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.2-ci maddəsinə əsasən məhkəmə şəxsin öhdədə olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutumamışsa, hüquqi əhəmiyyətli digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun “Ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvləri” adlanan 14-cü maddəsinə dəyişiklər edilmiş, 29 dekabr 2020-ci il tarixli 240-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 14.1-ci maddəsindən “öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan)” sözləri çıxarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 03 saylı Qərarının: 1.2-ci bəndi ilə müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 3-cü bəndi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.2-ci maddəsinin tələblərinə uyğun olaraq şəxsin öhdədə olma faktının müəyyən edilməsi digər şəxslərin ərizəçinin öhdəsində (himayəsində) olması faktını deyil, ərizəçinin özünün ölən şəxsin öhdəsində olması faktının müəyyən edilməsini nəzərdə tutur. 3.1-ci bəndi ilə müəyyən edilmişdir ki, şəxsin öhdədə olma faktının müəyyən edilməsi o zaman hüquqi əhəmiyyətə malik olur ki, bu fakt hüquqi nəticə yaratsın. Bu fakt əsas etibarilə ailə başçısını itirməyə görə pensiya və ya sosial müavinətin təyin edilməsi, mirasdan dolanacaq təminatının (alimentlər) tələb edilməsi, ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi məqsədilə müəyyən edilə bilər. Bu zaman məhkəmə müvafiq faktın müəyyən edilməsi üçün müraciət edən ərizəçinin məhz qanunla müəyyən edilmiş kateqoriyadan olan şəxs olub-olmamasına, həmçinin onun vəfat edənin tam təminatında olan və ya ondan özünün yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan şəxs olmasına diqqət etməlidir. Beləliklə, ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan)” şəxslərin ailə başçısını itirməyə görə pensiya almaq hüququ artıq mövcud deyildir. Belə olan halda, belə bir hüquqi fakt hüquqi nəticə doğurmadığına görə onun təsdiqi də məhkəmə qaydasında yolverilməzdi, və maraqlı şəxsin də mövqeyi məhz bundan ibarətdir. Lakin, məhkəmə hesab edir ki, hazırki faktın müəyyən edilməsi hazırda qüvvədə olan 14.1.3-cü maddədə nəzərədə tutulan hüquqi nəticə üçün lazımdır. Belə ki, həmin maddəyə əsasən yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə vəfat etmiş və ya həlak olmuş ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Beləliklə, əgər xx.xx.2023-cü il tarixdə ölmüş X1 öldüyü günədək nəvəsi X8 baxması və onun ölümündən sonra nəvəyə Ərizəçi tərəfindən baxılması təsdiq edilərsə, Ərizəçi ailə başçısını itirdiyinə görə əmək pensiyası hüququ yaranır. Odur ki, məhkəmə hesab edir ki, hazırki hal Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 03 saylı Qərarının 3-cü bəndinin təsirinə düşmür. Lakin, məhkəmə hesab edir ki, ərizəçi ona lazım olan faktın təsdiqinə dair mötəbər sübutlar təqdim etməmişdir. Belə ki, ərizəçi həmin faktı onunla sübut etməyə çalışmışdır ki, nənə, baba, nəvə və nəvənin valideynləri bir yerdə yaşamış, nəvənin valideynləri işlədiklərinə görə uşaqlarına baxa bilməmişlər və bunu baba ilə nənə etmişdir. Lakin, nənə, baba tərəfindən nəvəyə baxmağa kömək etmək həmin nəvəyə baxmaq deyil. Göründüyü kimi, Uğurun valideynləri heç 40 yaşına çatmamışlar, hər ikisi işləyir və əmək haqqı alır. Valideynlər işdə olan zaman nənə baba tərəfindən nəvəyə baxmaq, onu uşaq baxçasına, məktəbə, əyləncə yerlərinə aparmaq, ona hədiyyələr almaq "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 14.1.3-cü maddəsinin təsiri altına düşə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmə hesab edir ki, faktın təsdiq edilməsi üçün əsas mövcud olmadığından ərizə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q ƏT E T D İ:
Ərizə rədd edilsin. Qətnamədən 1 ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Tahirə Əsədova