Məhkəmə qərarları › İş №e-2(008)-4351/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4351/2025

16.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4351/2025 16.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, Cavabdeh nümayəndəsi (atası) X3 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" ASC) Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 237 manat pul vəsaitinin və 30 manat dövlət rüsumunun alınaraq, xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində, saat 16:40-da A.Sultanova küçəsində şirkət tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası növü üzrə PXA********** nömrəli sığorta şəhadətnaməsi əsasında icbari qaydada sığortalanmış “BMW 523” markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş, nəticədə "xxxx" MMC-yə məxsus olan “BMC Procity” minik markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilmiş TP5264724 №-li inzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6, 327.1-ci maddəsi (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsiyerindən yayınması) nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmişdir. Təqdim edilmiş qüsur aktında göstərilmişdir ki, “BMC Procity” minik markalı, **- JU-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 237 manat təşkil edir, bu məbləğ təmir işlərinin dəyərini əks etdirir. Xidmət haqqına 18% ƏDV əlavə olunmuş və məbləğ 279,66 manat olmuşdur. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə PXA180321/22 saylı sığorta aktı tərtib edilməklə "xxxx" MMC-nin hesabına təmir işlərinə görə 237 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Göstərilənlərə əsasən, iddianın təmin olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Belə ki, iddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək, iddia tələbini müdafiə etdiyini və məhkəmə iclasının iştirakı olmadan keçirilib, iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X4 məhkəmə iclasında tələbi qəbul etməyərək izahatında bildirdi ki, iddia tələbi tamamilə qanunsuz və əsassızdır. Belə ki, cavabdeh qeyd olunan nəqliyyat vasitəsini 1 ay müddətində etibarnamə əsasında idarə etmişdir. xx.xx.2022-ci il tarixdə qeyd olunan yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə yerində qarşılıqlı razılaşmaya əsasən, cavabdeh nəqliyyat vasitəsinə dəymiş 300 manat ziyanı nəqliyyat vasitəsinin sürücüsünə ödəmişdir. Eyni zamanda yol-nəqliyyat hadisəsinin cəriməsi kimi 100 manat məbləğində də cərimə ödənilmişdir. Ona görə də, iddiaçı tərəfin guya cavabdehin hadisə yerindən yayınmağına istinad edərək ödənilmiş sığorta haqqını tələb etməsi tamamilə əsassızdır. Belə ki, zərər dəymiş nəqliyyat vasitəsinin sürücüsünün telefon nömrəsi cavabdehdə, cavabdehin də telefonu onda olmuşdur və bir-biriləri ilə telefon əlaqəsi saxlamışlar. Belə görünür ki, oğlu yol-nəqliyyat hadisəsi zamanı dəymiş ziyan olan 300 manatı qarşılıqlı razılaşma əsasında ödəməsinə baxmayaraq, zərər dəymiş nəqliyyat vasitəsinin təmir xərci yenidən sığorta təşkilatından alınmışdır. Cavabdeh hal-hazırda heç yerdə işləmir, maddi durumu son dərəcə ağırdır. Ona görə də əsassız tələb olunan həmin məbləği ödəmək imkanında deyildir. Qeyd olunanlara əsasən, nümayəndə iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə, cavabdehin nümayəndəsini dinləyib, iddia ərizəsini nəzərdən keçirib, toplanmış sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" Servis Hizmetleri MMC-nin 004653 saylı xx.xx.2022-ci il tarixli zərər aktından görünür ki, “BMW 523” markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobilin servis mərkəzində ilkin texniki baxışı zamanı 237 manat dəyərində ehtiyat hissələrinin təmirinə zərurət olduğu müəyyən edilmişdir. - "xxxx" MMC-nin "xxxx" ASC-yə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, 03.09 2022-ci il tarixdə əvəzsiz istifadədə olan “BMC Procity" markalı **-JU-*** dövlət qeydiyyat nişanlı avtobus (sürücü X2) ilə "Xalq Sığorta” icbari sığorta növü üzrə sığortalanmış “BMW" markalı **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobil (sürücü Cavabdeh) arasında yol nəqliyyat hadisəsi baş vermiş və nəticədə, cəmiyyətə məxsus nəqliyyat vasitəsinə 279,66 manat maddi zərər dəymişdir (hadisədə hansı tərəfin təqsirkar olduğu və dəymiş zərərin həcmi əlavə sənədlərdə olunub). Odur ki, “BakuBus" MMC-yə məxsus “BMC Procity" markalı **-JU-*** dövlət qeydiyyat nişanlı avtobusa dəymiş maddi zərərin qarşılanması ilə bağlı müvafiq tədbir görülməsi və ödəniləcək sığorta ödənişini göstərilən bank hesabına köçürülməsinin təmin edilməsi xahiş olunmuşdur. - xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 16:40 radələrində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, cavabdeh tərəfindən idarə edilmiş “BMW 523” markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobil, “BMC Procity” minik markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Həmin hadisənin törədilməsində cavabdeh Azərbaycan Respublikası İXM-in 327.1 və 332.6-cı maddələri ilə təqsirli şəxs kimi tanınmışdır. - xx.xx.2022-ci il tarxli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, xx.xx.2022-ci il tarixində Cavabdeh idarə etdiyi “BMW 523” markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobil yol-nəqliyyat hadisəsi nəticəsində “BMC Procity minik” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuş və cavabdeh barəsində 100 manat cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. - PXA180321 saylı sığorta aktına əsasən müəyyən edilir ki, X1 məxsus “BMW 523” markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi "xxxx" ASC tərəfindən Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə sığortalanmışdır. xx.xx.2022-ci il tarixində Cavabdeh idarə etdiyi “BMW 523” markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobil yol-nəqliyyat hadisəsi nəticəsində “BMC Procity minik” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. "xxxx" Şirkəti tərəfindən 237 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. - xx.xx.2025-ci il tarixli 84 nömrəli ödəniş tapşırığından görünür ki, PXA180321 saylı sığorta aktına əsasən "xxxx" MMC-nin hesabına 237 manat pul vəsaiti köçürülmüşdür. - İddiaçı "xxxx" ASC-nin cavabdehə ünvanladığı xx.xx.2025-ci il tarixli 05/02-129 nömrəli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə yaranmış 237 manat məbləğində sığorta ödənişi borcu barədə xəbərdarlıq olunaraq həmin borcun ödənilməsi üçün vaxt verilmiş, lakin cavabdeh, ona edilmiş xəbərdarlığa baxmayaraq, borcun qaytarılması üçün tədbirlər görməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 936.2-ci maddəsinin tələbinə görə, (subroqasiya hüququ) faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə görə isə, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinin tələbinə görə, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i. a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə, iş üzrə məhkəmə iclasında tədqiq olunan sübutları qiymətləndirərək hesab edir ki, mülki hüquq pozuntusu (delikt) Cavabdeh tərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində sığortalanmış avtomobilin sahibinə maddi zərər yetirilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində maddi ziyan dəymiş “BMC Procity minik” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə "xxxx" ASC tərəfindən icbari sığorta ödənişi olaraq 237 manat məbləğində ödəniş edilmiş və həmin ödəniş üzrə tələb hüququ subroqasiya qaydasında "xxxx" ASC-yə keçmişdir. Bununla da, Cavabdeh yüksək təhlükə mənbəyi olan “BMW 523” markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobillə törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsə vurulmuş maddi ziyana görə mülki məsuliyyət daşıyır. Eyni zamanda, məhkəmə hesab edir ki, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən, cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-301,79, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 237 (iki yüz otuz yeddi) manat məbləğində sığorta ödənişi və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq, iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar