Məhkəmə qərarları › İş №e-2(008)-4365/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-4365/2023

06.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-4365/2023 06.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı MMC nun Cavabdeh qarşı mənzilin boşaldılması və digər tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi (dəqilşədrilmiş tələblə) ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 093/2019 nömrəli Alğı-satqı müqaviləsinin ləğv edilməsi, müqavilə üzrə yaranmış 80000 manat borc məbləğininin və ödənilmiş 330 manat dövlət rüsumun cavabdehdən tutulması, Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsi,ev 24A ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan 2 mərtəbəli yaşayış binasının sökülərək həmin binanın yerində tikilmiş Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov, Nazim Hacıyev və Əliyar Əliyev küçələrinin kəsişməsindəki 1950-ci məhəllədə yerləşən yüksəkmərtəbəli yaşayış kompleksinin 2-ci girişində (2-ci blok), ümumi sahəsi 198,02 kv.metrdən ibarət, 8-ci mərtəbədə, 4 otaqlı, 1 (soldan sağa 1) №-li mənzilin boşaldılması, həmin mənzilin açıq hərracdan satılması və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında xx.xx.2019-cu il tarixli 093/2019 №-li Alğı-Satqı Müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, “Cəmiyyət” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 №-li Qərarına əsasən “ ... Nərimanov rayonu ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə... ” Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsi,ev 24A ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan 2 mərtəbəli yaşayış binasının söküntüsünü, eləcədə həmin ərazidə yeni hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirir və eyni zamanda “Mülkiyyətçi”-nin söküntüsü nəzərdə tutulan binada qanunvericilikdə nəzərdə tutulmuş qaydada istifadə hüququnda olan 70,4 kv.metr, faktiki (mövcud) 79,3 kv.metrdən ibarət qeyri-yaşayış sahəsinin (zirzəmi) ümumi sahəsinə 24% əlavə etməklə 98,33 kv.metrdən ibarət yaşayış sahəsini, bundan başqa “Mülkiyyətçi” “Cəmiyyət” tərəfindən yaşayış sahəsinin təmiri üçün 1 kvadrat metri 200 manat olmaqla nəzərdə tutulan pul vəsaitindən imtina edərək, həmin vəsaitin əvəzi kimi güzəştli şərtlər daxilində 1 kvadrat metri 1200 manat olmaqla (98,33 kv.metr x 200 manat : 1200 manat) 16,38 kv.metr yaşayış sahəsini, bundan başqa şəxsi vəsaiti hesabına 1 kvadrat metri 1200 manat olmaqla əlavə (198,02 kv.metr - 98.33 kv.metr - 16.38 kv.metr) 83.3 kv.metr yaşayış sahəsi üçün (83.3 kv.metr x1200 manat) 99960 manat ödəniləcək pul vəsaitinin 10000 manatını ilkin ödəniş formasında müqavilə imzalandığı andan, qalan 89960 manatını 10 ay müddətinə hər ay 8996 manat ödəniş cədvəlinə uyğun ödəniş etməklə tikiləcək binanın 2-ci girişində (blok) 198,02 kvadrat metrdən ibarət 8-ci mərtəbədə, 4 otaqlı təmirsiz mənzili “Mülkiyyətçi”-nin sərəncamına verməyi öhdəsinə götürmüşdür. 2.1.6-cı bəndinə əsasən, “Mülkiyyətçi” müqavilədə göstərilən müddətdə və müəyyən olunmuş şərtlər daxilində “Cəmiyyət”-in inşa etdiyi yeni binada ona məxsus təmirsiz mənzili “Cəmiyyət”-dən tələb etmək hüququ vardır. Cəmiyyət müqavilə üzrə öhdəliklərini tam yerinə yetirərək sözügedən mənzili Mülkiyyətçiyə təqdim etmişdir. Həmin müqavilənin 2.1.7-ci bəndinə əsasən, “Mülkiyyətçi” Müqavilənin 1.1-ci bəndində göstərilən ödənişləri hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənişini təmin etmək vəzifəsi vardır. Müqavilənin qüvvəyə minməsindən üç ildən çox keçməsinə baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliyini tam və lazımınca icra etməmişdir. Cavabdeh mənzilin 83,3 kv.metr yaşayış sahəsi üçün 99960 manat məbləğdən 10000 manatını ilkin ödəniş olaraq ödədikdən sonra mənzilin 83,3 kv.metr yaşayış sahəsi üçün 10 ay müddətinə ödənilməli olan 89960 manat məbləğdən yalnız 2019-cu ilin sentyabr ayında 9960 manat ödəmişdir. Hal-hazırda cavabdehin iddiaçı qarşısında mənzilin 83,3 kv.metr yaşayış sahəsi üçün icra edilməmiş 80 000 manat öhdəliyi vardır. Həmin müqavilənin 2.2.9-cu bəndinə görə, “Cəmiyyət”-in Müqavilənin 1.1-cibəndində göstərilən ödənişləri hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənişini “Mülkiyyətçi”-dən tələb etmək hüququ vardır. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə və Cavabdeh tərəflərin arasında barışıq sazişinin tərtib edlidiyini bildirdilər və sazişin məhkəmə tərəfindən təsdi edilməsini xahiş etdilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, barışıq sazişi təsdiq edilməli və işin icraatına xitam verilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). İddiaçı MMC xx.xx.2004-cü il tarixdə 0104-P83-41564 nömrə ilə dövlət qeydiyyatnı alınmışdır, qanuni təmsilçisi X2r. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 №-li, xx.xx.2016-cı il tarixli qərarı ilə mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələbəlrinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən digər rayonlarla yanaşı Nəsimi rayonu üzrə bir neçə yaşayış binasının və yararsız halda olan digər binaların, sosial və digər təyinatlı digər qeyri-yaşayış obyektlərinin sökülməsi və yenidən qurulması digər rayonlar üzrə olmaqla Nərimanov rayon İcra Hakimiyyətinə tapşırılmışdır. Həmin qərarın 1.3-cü bəndində tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və onlara tikiləcək binalarda mənzillərin ayrılması tapşırılmışdır. Nazirlər Kabinetinin adıçəkilən qərarı əsasında Nərimanov rayon İcra Hakimiyyəti ilə İddiaçı MMC xx.xx.2016-cı il tarixdə müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı MMC-yə Nərimanov rayonu, Faiq Yusifov və Nazim Hacıyev küçələrini kəsişməsində yerləşən yaşayış və qeyri-yaşayış binalarının tikintisi, bunun üçün müvafiq ərazidə yerləşən mənzillərin sakinlərini yeni tikilən binalarda sökülən mənzilin sahəsindən 20% artıq sahəsi olan, tam təmirli və razılaşdırılmış mərtəbələrdə mənzil sahəsi ilə təmin etmək tapşırılmışdır. İddiaçı MMC adıçəkilən müqavilə əsasında Cavabdeh ilə İddiaçı MMC arasında xx.xx.2019-cu il tarixli 093/2019 №-li Alğı-Satqı Müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh tikiləcək binanın 2-ci girişində 198,02 kvadrat metrdən ibarət 8-ci mərtəbədə, 4 otaqlı təmirsiz mənzili aşağıdakı qaydada əldə etmişdir. Cavabdeh mülkiyyətində olan 70,4 kv.metr, faktiki isə 79,3 kv.metrdən ibarət qeyriyaşayış sahəsinin (zirzəmi) əvəzinə iddiaçıdan ümumi sahəsinə 24% əlavə etməklə 98,33 kv.metrdən ibarət yaşayış sahəsi ilə əvəzləşdirmiş, yaşayış sahəsinin təmiri üçün 1 kvadrat metri 200 manat olmaqla nəzərdə tutulan pul vəsaitindən imtina etmiş, bunun əvəzində əlavə 16,38 kv.metr yaşayış sahəsini əldə etmiş, qalan 83,3 kv.metr yaşayış sahəsi üçün 1 kvadrat metrə görə 1200 manat ödəməklə, qalan 89960 manatını 10 ay müddətinə hər ay 8996 manat ödəniş cədvəlinə uyğun ödəniş etmək öhdəsinə götürmüşdür. İddiaçı isə həmin mənzili cavabdehə təhvil vermək öhdəliyi götürmüşdür. İşin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdehin qeyri-yaşayış sahəsi sökülmüş, yerində yeni bina inşa edilmiş, müqavilədə nəzərdə tutulan mənzil cavabdehə təhvil verilmiş, cavabdeh həmin mənzili təmir etdirib orada yaşayır, lakin onun hazırda iddiaçı şirkətə ödənilməmiş 80000 manat borcu qalmışdır. İddiaçı ilə cavabdehin arasında aşağıdakı məzmunda barışıq sazişi tərtib edilmişdir. 1.1 Bu sazişin predmetini Cavabdeh ilə İddiaçı MMC arasında bağlanılmış 25 iyul 2019-cu il tarixli 093/2019 nömrəli Alğı-Satqı Müqaviləsi üzrə “Cavadeh” (Mülkiyyətçi) Cavabdeh “İddiaçı” (Cəmiyyət) İddiaçı MMC qarşısında yaranmış öhdəliyin “İddiaçı” (Cəmiyyət) tərəfindən məhkəmə qaydasında tələb edilməsi üzrə Sabunçu rayon Məhkəməsinin icraatında olan mülki iş təşkil edir. 1.2. “İddiaçı” (Cəmiyyət) İddiaçı MMC ilə “Cavadeh” (Mülkiyyətçi) Cavabdeh tərəflər arasında bağlanılmış 25 iyul 2019-cu il tarixli 093/2019 nömrəli Alğı-Satqı Müqaviləsi üzrə cavabdehin iddiaçı qarşısında yaranmış 80.000 (səksən min) manat borc öhdəliyinin aşağıdakı cədvəldə göstərilən tarixlərdə və məbləğlərdə ödənilməsi və Sabunçu rayon Məhkəməsin icraatında olan mülki işin barışıq sazişi ilə yekunlaşdırılması barədə razılığa gəldilər. 1.3.Ödəniş cədvəli xx.xx.2023 50.000 manat xx.xx.2024 1250 manat xx.xx.2024 1250 manat xx.xx.2024 1250 manat xx.xx.2023 1250 manat xx.xx.2024 1250 manat xx.xx.2024 1250 manat xx.xx.2024 1250 manat xx.xx.2024 1250 manat xx.xx.2024 1250 manat xx.xx.2024 1250 manat xx.xx.2024 1250 manat xx.xx.2024 1250 manat xx.xx.2025 1250 manat xx.xx.2025 1250 manat xx.xx.2025 1250 manat xx.xx.2025 1250 manat xx.xx.2025 1250 manat xx.xx.2025 1250 manat xx.xx.2025 1250 manat xx.xx.2025 1250 manat xx.xx.2025 1250 manat xx.xx.2025 1250 manat xx.xx.2025 1250 manat xx.xx.2025 1250 manat 1.4. “Cavadeh” (Mülkiyyətçi) Cavabdeh ödəniş cədvəlində göstərilən tarixlərdə və məbləğlərdə ödəniş etmək barədə öhdəlik götürür. “Cavadeh” (Mülkiyyətçi) tərəfindən göstərilən tarixlərdə və məbləğlərdə ödəniş edilmədiyi və ya ödənişin 3 dəfədən çox 5 gündən artıq gecikdirildiyi hallarda “İddiaçı” (Cəmiyyət) məhkəməyə müraciət edəcəkdir. 2.1 Bu saziş imzalandığı gündən qüvvəyə minir və tərəflər öz öhdəliklərini tam yerinə yetirdikdən sonra qüvvəsini itirir. 3.1. Saziş hər iki Tərəfdən imzalandığı və möhürü olan Tərəfin möhürlədiyi andan qüvvəyə minir. 3.2. Tərəflər razılaşırlar ki, Sazişin bağlanması zamanı mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə edə bilərlər. 3.3. Sazişdə nəzərdə tutulmayan məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tənzimlənir. 3.4. Saziş Azərbaycan dilində, eyni hüquqi qüvvəyə malik olan 3 (üç) əsl nüsxədə imzalanır, tərəflərin hər birində 1 (bir) nüsxə saxlanılır və biri isə Sabunçu Rayon Məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd olunan Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC və Cavabdeh arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin. 1.1 Bu sazişin predmetini Cavabdeh ilə İddiaçı MMC arasında bağlanılmış 25 iyul 2019-cu il tarixli 093/2019 nömrəli Alğı-Satqı Müqaviləsi üzrə “Cavadeh” (Mülkiyyətçi) Cavabdeh “İddiaçı” (Cəmiyyət) İddiaçı MMC qarşısında yaranmış öhdəliyin “İddiaçı” (Cəmiyyət) tərəfindən məhkəmə qaydasında tələb edilməsi üzrə Sabunçu rayon Məhkəməsinin icraatında olan mülki iş təşkil edir. 1.2. “İddiaçı” (Cəmiyyət) İddiaçı MMC ilə “Cavadeh” (Mülkiyyətçi) Cavabdeh tərəflər arasında bağlanılmış 25 iyul 2019-cu il tarixli 093/2019 nömrəli Alğı-Satqı Müqaviləsi üzrə cavabdehin iddiaçı qarşısında yaranmış 80.000 (səksən min) manat borc öhdəliyinin aşağıdakı cədvəldə göstərilən tarixlərdə və məbləğlərdə ödənilməsi və Sabunçu rayon Məhkəməsin icraatında olan mülki işin barışıq sazişi ilə yekunlaşdırılması barədə razılığa gəldilər. 1.3.Ödəniş cədvəli xx.xx.2023 50.000 manat xx.xx.2024 1250 manat xx.xx.2024 1250 manat xx.xx.2024 1250 manat xx.xx.2023 1250 manat xx.xx.2024 1250 manat xx.xx.2024 1250 manat xx.xx.2024 1250 manat xx.xx.2024 1250 manat xx.xx.2024 1250 manat xx.xx.2024 1250 manat xx.xx.2024 1250 manat xx.xx.2024 1250 manat xx.xx.2025 1250 manat xx.xx.2025 1250 manat xx.xx.2025 1250 manat xx.xx.2025 1250 manat xx.xx.2025 1250 manat xx.xx.2025 1250 manat xx.xx.2025 1250 manat xx.xx.2025 1250 manat xx.xx.2025 1250 manat xx.xx.2025 1250 manat xx.xx.2025 1250 manat xx.xx.2025 1250 manat 1.4. “Cavadeh” (Mülkiyyətçi) Cavabdeh ödəniş cədvəlində göstərilən tarixlərdə və məbləğlərdə ödəniş etmək barədə öhdəlik götürür. “Cavadeh” (Mülkiyyətçi) tərəfindən göstərilən tarixlərdə və məbləğlərdə ödəniş edilmədiyi və ya ödənişin 3 dəfədən çox 5 gündən artıq gecikdirildiyi hallarda “İddiaçı” (Cəmiyyət) məhkəməyə müraciət edəcəkdir. 2.1 Bu saziş imzalandığı gündən qüvvəyə minir və tərəflər öz öhdəliklərini tam yerinə yetirdikdən sonra qüvvəsini itirir. 3.1. Saziş hər iki Tərəfdən imzalandığı və möhürü olan Tərəfin möhürlədiyi andan qüvvəyə minir. 3.2. Tərəflər razılaşırlar ki, Sazişin bağlanması zamanı mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə edə bilərlər. 3.3. Sazişdə nəzərdə tutulmayan məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tənzimlənir. 3.4. Saziş Azərbaycan dilində, eyni hüquqi qüvvəyə malik olan 3 (üç) əsl nüsxədə imzalanır, tərəflərin hər birində 1 (bir) nüsxə saxlanılır və biri isə Sabunçu Rayon Məhkəməsinə təqdim edilir. Mülki işin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində Sabunçu rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar