Məhkəmə qərarları › İş №e-2(008)-4389/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4389/2023

27.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4389/2023 27.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, MİTSUBİSHİ kondisioner üçün 855.6 manat ödənilməmiş hissə, 85.4 manat cərimə; 2. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********59263 SAMSUNG GALAXY NOTE 10 LİTE MARKALİ TELEFON 544 manat ödənilməmiş hissə, 54 manat cərimə; 3. xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, SOLO SOBABOSCH, PAKRİVAL - TEKSTİL üçün 70.4 manat ödənilməmiş hissə, 7.6 manat cərimə ümumilikdə 1617 manat borc, 36.17 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş, lakin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. İş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, MİTSUBİSHİ kondisioner, İMEİ KODU **********59263 SAMSUNG GALAXY NOTE 10 LİTE MARKALİ TELEFON, SOLO SOBA BOSCH, PAKRİVAL - TEKSTİL almış və nəticədə 1617 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1285.2 (bir min iki yüz səksən beş manat iyirmi qəp) manat (18 ay x 71.4 manat + 0 manat ilkin ödəniş) MİTSUBİSHİ kondisionerüçün ümumilikdə,941 (doqquz yüz qırx bir) manat olmaqla ondan, 855.6 (səkkiz yüz əlli beş manat altmış qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 85.4 (səksən beş manat qırx qəp) manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1632.6 (bir min altı yüz otuz iki manat altmış qəp) manat (18 ay x 90.7 manat + 0 manat ilkin ödəniş) İMEİ KODU **********59263 SAMSUNG GALAXY NOTE 10 LİTE MARKALİ TELEüFçOünN ümumilikdə, 598 (beş yüz doxsan səkkiz) manat olmaqla ondan, 544 (beş yüz qırx dörd) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 54 (əlli dörd) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1288.8 (bir min iki yüz səksən səkkiz manat səksən qəp) manat (18 ay x 71.6 manat + 0 manat ilkin ödəniş) SOLO SOBABOSCH, PAKRİVAL - TEKSTİüLçün ümumilikdə, 78 (yetmiş səkkiz) manat olmaqla ondan, 70.4 (yetmiş manat qırx qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 7.6 (yeddi manat altmış qəp) manat cərimə; Cavabdehin cəmi ödədiyi məbləğ 2736.6 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. xx.xx.2021 -ci il, xx.xx.2021-ci il və xx.xx.2020-ci il tarixli müqavilələr üzrə əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. xx.xx.2023-ci il tarixli xəbərdarlıq məktubundandan görünür ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, MİTSUBİSHİ kondisioner üçün 855.6 manat ödənilməmiş hissə, 8.5 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********59263 SAMSUNG GALAXY NOTE 10 LİTE MARKALİ TELEFON 544 manat ödənilməmiş hissə, 5.4 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, SOLO SOBABOSCH, Pakrıval - Tekstil üçün 70.4 manat ödənilməmiş hissə, 7.6 manat cərimə ümumilikdə 1491.5 manat borc və 34.91 manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Belə ki, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, müqavilələr üzrə 85.4 manat və 54 manat məbləğində cərimə tənasübsüz surətdə yüksək hesab olunmalı, buna görə də azaldılaraq ağlabatan miqdarda, yəni müvafiq olaraq 8.5 manat və 5.4 manat məbləğində müəyyən edilməlidir. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, MİTSUBİSHİ kondisioner üçün 855.6 manat ödənilməmiş hissə, 8.5 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********59263 SAMSUNG GALAXY NOTE 10 LİTE MARKALİ TELEFON 544 manat ödənilməmiş hissə, 5.4 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, SOLO SOBABOSCH, Pakrıval - Tekstil üçün 70.4 manat ödənilməmiş hissə, 7.6 manat cərimə ümumilikdə 1491.5 manat borc və 34.91 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar