Məhkəmə qərarları › İş №e-2(008)-4395/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4395/2025

10.09.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4395/2025 10.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “əsassız borcun silinməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əsassız hesablanmış 14217,16 manat məbləğində borcun və pozulmuş hüquqların bərpası ilə bağlı çəkilmiş 300 manat xərcin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, onunla əsaslandırdı ki, iddiaçı ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayır. Həmin ünvanda abonent kodu (**********00000) mərhum atası X1 adınadır. İddiaçının atası xx.xx.1993-cü il tarixdə vəfat etmişdir. Bu yaxınlarda abonent kodu üzrə atasının adına yüksək məbləğdə borc yazılmasının şahidi olmuş və bunun səbəbini araşdırmaq üçün cavabdeh təşkilata müraciət etmişdir. Müraciəti əsasında iddiaçıya cavabdeh təşkilat tərəfindən müvafiq sənədlər təqdim edilmişdir. Ona təqdim edilmiş sənədlərə əsasən, mərhum atası barəsində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-cı il tarixli, ******* saylı akt xx.xx.2022-ci il tarixli, ******* saylı akt, xx.xx.2022-ci il tarixli, ******* saylı akt, xx.xx.2022-ci il tarixli, ******* saylı akt, xx.xx.2023-cü il tarixli, ******* saylı akt, xx.xx.2023-cü il tarixli, ******* saylı akt, xx.xx.2023-cü il tarixli, ******* saylı akt, xx.xx.2023-cü il tarixli, ******* saylı akt, xx.xx.2023-cü il tarixli, ******* saylı akt, xx.xx.2023-cü il tarixli, ******* saylı akt, xx.xx.2023-cü il tarixli, ******* saylı akt, xx.xx.2023cü il tarixli, ******* saylı akt, xx.xx.2023-cü il tarixli, ******* saylı akt, xx.xx.2023-cü il tarixli, ******* saylı akt, xx.xx.2023-cü il tarixli, ******* saylı akt, xx.xx.2024-cü il tarixli, ******* saylı akt, xx.xx.2024-cü il tarixli, ******* saylı akt, xx.xx.2024-cü il tarixli, ******* saylı akt və xx.xx.2024-cü il tarixli, ******* saylı aktlar tərtib edilmişdir. Həmin aktlara əsasən guya mənzildə təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə aşkarlanmışdır. Həmin aktlar əsasında dəymiş ziyanın hesablanması göstərilmişdir. Lakin həmin aktlarla razı deyil. Belə ki, cavabdeh qurum əgər 2017-2023-cü illərdə təbii qazdan qaz xəttindən qeyri-qanuni istifadə halını aşkar etmişdirsə, bu qanunsuzluğun qarşısını almaq üçün təbii qazın verilməsini dayandırmalı idi. Çünki “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 6.5-ci bəndinə görə, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Göründüyü kimi, qanunvericilik imperativ qaydada qazpaylayıcısının üzərinə qazın verilməsini dayandırılması vəzifəsi qoymuşdur. Həmin aktlar tərtib edilərkən hər hansı bir müdaxilənin olub-olmaması müəyyən edilməmiş və hal şahidlərinin iştirakı təmin edilməmişdir. Cavabdeh tərəfindən zərər aktı tərtib etməsi şübhə doğurur və reallığa uyğun deyildir. Həmin aktlar 1993-cü ildə vəfat etmiş şəxsin adına yazılmışdır. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar və itirilmiş təbii qazın dəyərinin hesablanması barədə sənəd borc məbləğinin yaranması üçün əsaslı hesab edilə bilməz. Əvvəla, bu aktlar məhz sayğacsız qeyri-qanuni təbii qazdan istifadə edilməni bilavasitə təsdiq etmir. Çünki bu aktlar yalnız cavabeh tərəfin maraqlı şəxsləri tərəfindən tərtib edilmişdir. İtirilmiş təbii qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Bu cür hesablama üsulu ilə, ümumiyyətlə hansısa şəxsin cavabdehə hansısa miqdarda maddi ziyan vurmasını müəyyən etmək mümkünsüzdür. Cavabdehin təqdim etdiyi aktlardan görünür ki, onlar qanunvericiliyin tələblərinə zidd olaraq birtərəfli qaydada, istehlakçının (və ya onun hər hansı ailə üzvünün) iştirakı təmin olunmadan tərtib olunmuş, eyni zamanda aktların bir surəti təqdim olunmamış və ya göndərilməmişdir. Halbuki qaydaların yuxarıda qeyd edilən tələblərinə görə, şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Əgər həqiqətən qanunusuz qoşulma halı aşkar edilmişdirsə, deməli cavabdeh bilərəkdən qaz xəttini dayandırmamaqla, qanunsuzluğun davam etdirilməsinə rəvac vermişdir. Cavabdeh “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.8-1-ci maddəsinin tələblərinə uyğun olaraq, qanunsuz qoşulma halları aşkar etdiyi təqdirdə bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etməlidir. Bundan əlavə, abonentin saldosundan görünür ki, 2017-ci ilin mart ayında - 853,20 manat, 2017-ci ilin aprel ayında - 218,20 manat, 2017-ci ilin dekabr ayında - 410,40 manat borc yazılmışdır. Cavabdehin iddiaçıya təqdim etdiyi qəbzdən də görünür ki, 2024-cü ilin iyun ayında 847,38 manat borc qeyd olunmuş, 2024-cü ilin iyul ayında isə birdən-birə məbləğ 13.132,87 manata qalxmışdır. Tərtib edilmiş əsassız aktlar ucbatından 14.217,16 manat borc yazılmışdır. Göstərilənlərə əsasən, nümayəndə və vəkil iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-cı il tarixli, ******* nömrəli aktdan görünür ki, ünvan 2 ünvanında X2 məxsus evə baxış keçirilərkən abonet kodu **********00000 olan abonentin qaz sayğacından kənar qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicisindən PQ4-ün maksimal qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, QSSQ-nin maksimal qaz sərfi 2 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, dəmir sobanın maksimal qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 12960 m3 itki hesablanmışdır. - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, ünvan 2 ünvanında X2 məxsus evə baxış keçirilərkən abonet kodu **********00000 olan abonentin qaz sayğacından kənar qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicisindən PQ4-ün maksimal qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, QSSQ-nin maksimal qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, dəmir sobanın maksimal qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 8856 m3 itki hesablanmışdır. - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, ünvan 2 ünvanında X2 məxsus evə baxış keçirilərkən abonet kodu **********00000 olan abonentin qaz sayğacından kənar qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicisindən PQ4-ün maksimal qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 210 gün, QSSQ-nin maksimal qaz sərfi 1.15 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 210 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 13608 m3 itki hesablanmışdır. - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, ünvan 2 ünvanında X2 məxsus evə baxış keçirilərkən abonet kodu **********00000 olan abonentin qaz sayğacından kənar qeyri-qanuni istifadı edildiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicisindən PQ4-ün maksimal qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 210 gün, QSSQ-nin maksimal qaz sərfi 1.15 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 210 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 13608 m3 itki hesablanmışdır. - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, ünvan 2 ünvanında X2 məxsus evə baxış keçirilərkən abonet kodu **********00000 olan abonentin qaz sayğacından kənar qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicisindən PQ4-ün maksimal qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, QSSQ-nin maksimal qaz sərfi 3 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, dəmir sobanın maksimal qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün və iran sobanın maksimal qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 18360 m3 itki hesablanmışdır. - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, ünvan 2 ünvanında X2 məxsus evə baxış keçirilərkən abonet kodu **********00000 olan abonentin qaz sayğacından kənar qeyri-qanuni istifadı edildiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicisindən PQ4-ün maksimal qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSSQ-nin maksimal qaz sərfi 3 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, dəmir sobanın maksimal qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün və iran sobanın maksimal qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 6120 m3 itki hesablanmışdır. - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, ünvan 2 ünvanında X2 məxsus evə baxış keçirilərkən abonet kodu **********00000 olan abonentin qaz sayğacından kənar qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicisindən PQ4-ün maksimal qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSSQ-nin maksimal qaz sərfi 3 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, dəmir sobanın maksimal qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün və iran sobanın maksimal qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 6120 m3 itki hesablanmışdır. - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, ünvan 2 ünvanında X2 məxsus evə baxış keçirilərkən abonet kodu **********00000 olan abonentin qaz sayğacından kənar qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicisindən PQ4-ün maksimal qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 60 gün, QSSQ-nin maksimal qaz sərfi 3 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 60 gün, dəmir sobanın maksimal qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 60 gün və iran sobanın maksimal qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 60 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 12240 m3 itki hesablanmışdır. - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, ünvan 2 ünvanında X2 məxsus evə baxış keçirilərkən abonet kodu **********00000 olan abonentin qaz sayğacından kənar qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicisindən PQ4-ün maksimal qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSSQ-nin maksimal qaz sərfi 3 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 3024 m3 itki hesablanmışdır. - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, ünvan 2 ünvanında X2 məxsus evə baxış keçirilərkən abonet kodu **********00000 olan abonentin qaz sayğacından kənar qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicisindən PQ4-ün maksimal qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSSQ-nin maksimal qaz sərfi 3 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 3024 m3 itki hesablanmışdır. - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, ünvan 2 ünvanında X2 məxsus evə baxış keçirilərkən abonet kodu **********00000 olan abonentin qaz sayğacından kənar qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicisindən PQ4-ün maksimal qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün, QSSQ-nin maksimal qaz sərfi 3 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 1512 m3 itki hesablanmışdır. - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, ünvan 2 ünvanında X2 məxsus evə baxış keçirilərkən abonet kodu **********00000 olan abonentin qaz sayğacından kənar qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicisindən PQ4-ün maksimal qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün, QSSQ-nin maksimal qaz sərfi 3 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 1512 m3 itki hesablanmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023cü il tarixli, ******* saylı aktdan görünür ki, ünvan 2 ünvanında X2 məxsus evə baxış keçirilərkən abonet kodu **********00000 olan abonentin qaz sayğacından kənar qeyriqanuni istifadı edildiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicisindən PQ4-ün maksimal qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün, QSSQ-nin maksimal qaz sərfi 3 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 1512 m3 itki hesablanmışdır. - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, ünvan 2 ünvanında X2 məxsus evə baxış keçirilərkən abonet kodu **********00000 olan abonentin qaz sayğacından kənar qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicisindən PQ4-ün maksimal qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün, QSSQ-nin maksimal qaz sərfi 3 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün, dəmir sobanın maksimal qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 2016 m3 itki hesablanmışdır. - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, ünvan 2 ünvanında X2 məxsus evə baxış keçirilərkən abonet kodu **********00000 olan abonentin qaz sayğacından kənar qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicisindən PQ4-ün maksimal qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün, QSSQ-nin maksimal qaz sərfi 3 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün, dəmir sobanın maksimal qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 2520 m3 itki hesablanmışdır. - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, ünvan 2 ünvanında X2 məxsus evə baxış keçirilərkən abonet kodu **********00000 olan abonentin qaz sayğacından kənar qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicisindən PQ4-ün maksimal qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün, QSSQ-nin maksimal qaz sərfi 3 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün, dəmir sobanın maksimal qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 2520 m3 itki hesablanmışdır. - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli, ******* saylı aktdan görünür ki, ünvan 2 ünvanında X2 məxsus evə baxış keçirilərkən abonet kodu **********00000 olan abonentin qaz sayğacından kənar qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicisindən PQ4-ün maksimal qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün, QSSQ-nin maksimal qaz sərfi 3 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün, dəmir sobanın maksimal qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 2520 m3 itki hesablanmışdır. - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli, ******* saylı aktdan görünür ki, ünvan 2 ünvanında X2 məxsus evə baxış keçirilərkən abonet kodu **********00000 olan abonentin qaz sayğacından kənar qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicisindən PQ4-ün maksimal qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün, QSSQ-nin maksimal qaz sərfi 3 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün, dəmir sobanın maksimal qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün və iran sobanın maksimal qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 3060 m3 itki hesablanmışdır. - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli, ******* saylı aktdan görünür ki, ünvan 2 ünvanında X2 məxsus evə baxış keçirilərkən abonet kodu **********00000 olan abonentin qaz sayğacından kənar qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicisindən PQ4-ün maksimal qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün, QSSQ-nin maksimal qaz sərfi 3 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün, dəmir sobanın maksimal qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün və iran sobanın maksimal qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 3060 m3 itki hesablanmışdır. - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli, ******* saylı aktdan görünür ki, ünvan 2 ünvanında X2 məxsus evə baxış keçirilərkən abonet kodu **********00000 olan abonentin qaz sayğacından kənar qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicisindən PQ4-ün maksimal qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 60 gün, QSSQ-nin maksimal qaz sərfi 3 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 60 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 3024 m3 itki hesablanmışdır. - abonent kodu **********00000 olan abonent saldosundan görünür ki, abonent X2 2021-ci ilin noyabr ayına olan 1382,40 manat, 2022-ci ilin noyabr ayına olan 4898,88 manat, 2023cü ilin noyabr ayına olan 5054,40 manat, 2024-cü ilin noyabr ayına olan 1399,68 mana borc yazılmışdır. - abonent X2 məxsus abonent kodu **********00000 olan ödəniş qəbzindən görünür ki, son olaraq xx.xx.2024-cü il tarixdə 3,78 manat ödənilmiş, yekun borc 847,38 manat təşkil edir. - abonent X2 məxsus 25.xx.xx.2024-cü il tarixdə 11914,59 manat ödənilmiş, yekun borc 13132,87 manat təşkil edir. - abonent X2 məxsus abonent kodu **********00000 olan ödəniş qəbzindən görünür ki, son olaraq xx.xx.2024-cü il tarixdə 10 manat ödənilmiş, yekun borc 13127,91 manat təşkil edir. - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçının atası X3 xx.xx.1993-cü il tarixdə vəfat etmişdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən, istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” Qazpaylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir (1.3). İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir (1.4). Özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır (3.4.1). Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qazpaylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallara aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarım bəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktlar rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir (6.5-6.7). İş materiallarında olan aktlarla bağlı məhkəmə qeyd edir ki, ilkin aktlar tərtib edildikdən sonra dərhal qaz xəttindən ayrılması, qanunsuz qoşulma nəticəsində təkrar hesablanmış zərərə dair iddiaçıya akt, dəymiş ziyanın bərpasına dair tələbnamənin təqdim edilməsi, iddiaçıya poçt vasitəsi bununla bağlı bildirişin göndərilməsi iş materiallarından müəyyən edilmir. Həmin aktları yalnız akt tərtib edilməsində maraqlı olan şəxslər imzalamış, iddiaçı tərəfindən aktın qəbul edilməsi ilə bağlı qeyd yazılmamış, bu isə özüözlüyündə qanunsuz qaz xəttinə qoşulmasına dəlalət edə bilməz. Başqa sözlə, istehlakçının üç ilə yaxın müddət ərzində qazpaylayıcısına davamlı zərər vurmasına görə qazpaylayıcının səssiz qalaraq, akt tərtib etməklə kifayətlənməsi inandırıcı görünmür. Belə ki, qanunsuz qaz xəttinə qoşulmasına təkcə vurulmuş zərər deyil, həmçinin əməlinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində məsuliyyət nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən bu istiqamətdə hər hansı hərəkət edilməsi iş materiallarında müəyyən edilmir. Bundan başqa, məhkəmə hesab edir ki, X3 xx.xx.1993-cü il tarixdə vəfat etdiyi halda, 2021-ci ildən 2024-cü il tarixədək onun qaz sayğacından kənar qeyri-qanuni istifadə etməsinə dair tərtib edilmiş Təbii qazdan istifadə qaydalarının pozulması haqqında çoxsaylı aktlar heç bir halda qanuni sayıla bilməz. Beləliklə, hazırkı işdə təbii qazdan qeyri-qanuni şəkildə istifadə faktının törədilməsi halı məhkəmə tərəfindən araşdırılmış sübutlarla öz təsdiqini tapmamış, aktda göstərilənlər sübuta yetirilməmişdir. Buna görə də, iddia əsaslı hesab edilməli, İddiaçı istifadəsində olan **********00000 saylı abonent koduna əsassız olaraq hesablanmış 14.217,16 manat məbləğində borcun silinməsi Cavabdehnə həvalə edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə hesab edir ki, iddianın təmin edildiyinə görə 132,65 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq, Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, Bakı şəhəri 7 saylı vəkil bürosunun hesabına 300 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə, xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçının cavabdehə qarşı hüquqi yardım göstərilməsi üçün ödədiyi 300 manat pulun xeyrinə tutulması barədə tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı istifadəsində olan **********00000 saylı abonent koduna əsassız olaraq hesablanmış 14.217,16 (on dörd min iki yüz on yeddi manat, on altı qəpik) manat məbləğində borcun silinməsi Cavabdehnə həvalə edilsin. Cavabdehndən 132,65 (yüz otuz iki manat, altmış beş qəpik) manat dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Cavabdehndən 300 (üç yüz) manat hüquqi xidmət haqqının əvəzi tutularaq, iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar