Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4535/2024 17.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X14 qızının katibliyi, İlkin iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 Baba qızı, İddiaçı3 və onların nümayəndəsi vəkili Əliyeva Aytən Şahəli qızının, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi X4, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 və onun nümayəndəsi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanun üzrə vərəsəlik hüququ haqında şəhadətnamənin etibarsız hesab edilməsi, miras əmlakda payların müəyyən edilməsi və müvafiq vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılması” barədə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanun üzrə vərəsəlik hüququ haqında şəhadətnamənin etibarsız hesab edilməsi, miras əmlakda payların müəyyən edilməsi və müvafiq vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair ilkin iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixində vəfat etmiş X5 miras qalmış Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 37a ünvanında yerləşən, sahəsi 77,11 kv.metr olan, 3 otaqlı 141 nömrəli mənzilin ½ hissəsinə Cavabdeh1 və ½ hissəsinə Cavabdeh2 paylarının müəyyən edilməsinə dair 4 saylı Bakı Cavabdeh3ndə notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2V-381 reyestr nömrəli (vərəsəlik işi- V- 579/2023) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, xx.xx.2023-cü il tarixində vəfat etmiş X5 miras qalmış Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 37a ünvanında yerləşən, sahəsi 77,11 kv.metr olan, 3 otaqlı 141 nömrəli mənzilin üzərində iddiaçılar - İddiaçı2, İddiaçı3 və İddiaçı1 paylarının müəyyən edilməsi, paylarına uyğun olaraq iddiaçılara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi 4 saylı Bakı Cavabdeh3ndə notariat ofisinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Daha sonra xx.xx.2024-cü il tarixdə ilkin iddia üzrə iddiaçılar, İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi vəkil Nümayəndə iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixində vəfat etmiş X5 miras qalmış Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 37a ünvanında yerləşən, sahəsi 77,11 kv.metr olan, 3 otaqlı 141 nömrəli mənzilin ½ hissəsinə Cavabdeh1 və ½ hissəsinə Cavabdeh2 paylarının müəyyən edilməsinə dair 4 saylı Bakı Cavabdeh3ndə notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2V-381 reyestr nömrəli (vərəsəlik işi- V- 579/2023) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, şəhadətnamə əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı ünvan 1 ünvanında yerləşən, sahəsi 77,11 kv.metr olan, 3 otaqlı 141 nömrəli mənzilin ½ hissəsinə Cavabdeh1 və ½ hissəsinə Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsi, xx.xx.2023-cü il tarixində vəfat etmiş X5 miras qalmış Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 37a ünvanında yerləşən, sahəsi 77,11 kv.metr olan, 3 otaqlı 141 nömrəli mənzilin üzərində iddiaçılar - İddiaçı2, İddiaçı3 və İddiaçı1 paylarının müəyyən edilməsi və müəyyən edilmiş paylara uyğun olaraq iddiaçılara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin 4 saylı Bakı Cavabdeh3ndə notariat ofisinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı2 mərhum əri X12 ilə 26 iyun 1992-ci ildə rəsmi nikaha daxil olmuş, birgə nikahdan xx.xx.1993-cü il təvəllüdlü Zeynalzadə (qızlıq soyadı Əbilova) Nuranə Xəlil qızı və xx.xx.1999-cu il təvəllüdlü İddiaçı3 adlı övladları doğulmuşdur. Bundan başqa, mərhum X7 X9 ilə əvvəl mövcud olmuş, xx.xx.1986-cı ildə pozulmuş nikahından xx.xx.1984-cü il təvəllüdlü Cavabdeh1 və xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh2 adlı övladları vardır. X12 xx.xx.2023-cü il tarixində vəfat etmiş və onun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 37a ünvanında yerləşən, sahəsi 77,11 kv.metr olan, 3 otaqlı 141 nömrəli mənzil miras qalmışdır. X7 ölümündən sonra sağ olan qanun üzrə 5 nəfər birinci növbə vərəsəsi hazırki iddia ərizəsi üzrə iddiaçılar- arvadı İddiaçı2, İddiaçı3, İddiaçı1 və əvvəlki nikahından olan Cavabdeh1 və Cavabdeh2 onun birinci növbə vərəsələridir. X7 ölümündən sonra iddiaçılar miras əmlakı faktiki olaraq qəbul etmişlər. Belə ki, iddiaçılar başqa ünvanda qeydiyyatda olsalar da, İddiaçı2 ailə həyatı qurduğu tarixdən, yəni 1992-ci ildən sözügedən miras əmlakda yaşamış, həmçinin onun övladları həmin evdə doğularaq sözügedən mənzildə yaşamışlar. Hazırkı dövrə qədər də iddiaçılar qeyd olunan evdə yaşamaqla bütün kommunal xərclər onlar tərəfindən ödənilməkdədir. İddiaçılar miras əmlakı faktiki olaraq qəbul etsələr də, mərhum Xəlil Əbilovun ölümündən dərhal sonra şəhadətnamə almaq üçün notariat ofisinə müraciət etməmişlər. Daha sonra vərəsəlik şəhadətnaməsinin alınması üçün xx.xx.2024-cü il tarixində 4 saylı Bakı Cavabdeh3ndə yerləşən notariat ofisinə müraciət etdikləri zaman onlara məlum olmuşdur ki, cavabdehlər mirasın rəsmiləşdirilməsi üçün notariat ofisinə müraciət etmiş və miras qalmış evin ½ hissəsinə Cavabdeh1 və ½ hissəsinə Cavabdeh2 paylarının müəyyən edilməsinə dair xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. Notarius tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubla miras əmlaka dair vərəsəlik işi mərhumun digər övladları – Cavabdeh1 və Cavabdeh2 ərizəsinə əsasən açılması bildirilmişdir. Cavabdehlər şəhadətnamənin alınması zamanı vərəsə kimi sadəcə öz adlarını bildirmişlər və hazırki iddia ərizəsi üzrə iddiaçıların da vərəsə olması barədə məlumat verməmişlər. Bundan sonra cavabdehlərə xx.xx.2024-cü il tarixdə reyestrdə 2V-381 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Notariat ofisinin təqdim etdiyi məktubda iddiaçılara məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbi barədə ərizə ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin onun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 37a, 141 nömrəli mənzildən çıxarılmaları və mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 37a, 141 nömrəli mənzil ½ hissədə onun, ½ hissədə qardaşı Cavabdeh1 birgə xüsusi mülkiyyətindədir. Qeyd edilən mənzil onların adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Cavabdeh İddiaçı2 onun X2nun ikinci həyat yoldaşıdır. Digər cavabdehlər İddiaçı3 və İddiaçı1 atadan bir onun ögey bacı-qardaşıdır. Onlar mülkiyyət hüququ ilə ona məxsus olan mənzildə yaşamamışlar. Atası hələ 2014-cü ildə onları həmin ünvandan qeydiyyatdan çıxarmış, onlar ünvan 2 ünvanda daimi yaşamışlar. Atasının ölümündən sonra mənzil onun xüsusi mülkiyyətinə keçmiş, cavabdehlər onun xüsusi mülkiyyətində olan mənzilə xəbəri olmadan daxil olaraq məskunlaşmışlar. Cavabdehlərin bu hərəkəti onun mülkiyyətçi kimi həmin evdən istifadə, sərəncam vermək hüququ pozulur. Ona görə də qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı1 ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbinin təmin edilməsini və qarşılıqlı iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, İddiaçı2 ərizəsinin məzmununa uyğun izahat verərək, tələbinin təmin edilməsini və qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, İddiaçı3 ərizənin məzmununa uyğun izahat verərək, təmin edilməsini və qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının nümayəndəsi ərizənin məzmununa uyğun izahat verərək, təmin edilməsini və qarşılıqlı iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 verdiyi izahatında və məhkəməyə ünvanlandığı yazılı etirazda, iddianı qəbul etmədiyini, Mətanət xanımın ona 2-3 il əvvəl zəng vurduğunu, “mən istəyirəm qızımın bacısı olsun, gəlin danışaq.” onların evinə gəlim deyəndə, həmin ünvanda yox başqa evdə yaşadıqlarını bildirmişdir. Bacısı Nuranə ilə ünsiyyətdə olanda atasının heç vaxt onu sevmədiyini 10-12 yaşı olanda ona nalayiq ifadələr işlətdiyini bildirmişdir. Əgər doğurdan da münasibətləri yaxşı idisə atası sağlığında evi onların adına keçirərdi. Atası 25 oktyabrda vəfat etsə də Mətanət xanım ona noyabrda zəng etmiş, zəng vurmasının səbəbi isə evi adına keçirə bilməməsi idi. Belə ki, mən və qardaşım vərəsəlikdən imtina etməliydik. ünvan 3i rayonu Süleyman Rüstəm küçəsi 37 a nömrəli evin, 141 nömrəli mənzili ½ hissədə onun, ½ hissədə qardaşı Cavabdeh1 birgə xüsusi mülkiyyətindədir. Qeyd edilən mənzil vərəsəlik qaydasında onların adlarına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Cavabdeh İddiaçı2 onun X2nun 2-ci həyat yoldaşıdır. Digər cavabdehlər İddiaçı3 və İddiaçı1 atadan bir onun ögey qardaş - bacıdır. Onlar mülkiyyətində olan mənzildə yaşamamışlar. Atası onları hələ 2014-cü ildən həmin ünvandan qeydiyyatdan çıxartdırmışdır. Onlar ünvan 3i rayonu Dağıstan küçəsi ev 25. mən 145-də daim yaşamışlar. Atası öləndən sonra, mənzil onun xüsusi mülkiyyətinə keçdikdən sonra cavabdehlər xüsusi mülkiyyətində olan mənzilə onun xəbəri olmadan daxil olaraq, orada məskunlaşmışlar. Cavabdehlərin bu hərəkəti onun mülkiyyət hüququnu pozduğundan qarşılıqlı iddia ilə məhkəməyə müraciət etməli oldu. X2 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Vərəsəlik hüququndan istifadə edərək, vaxtında notariat kontoruna müraciət edərək, ½ hissədə hüquqlarını rəsmiləşdirmişlər. Notariat kontoru tərəfindən daha sonra vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və həmin mənzilin ½ hissəsinin mülkiyyətçisi olmuşdur. Cavabdehlər miras əmlakı heç faktiki də qəbul etməmişlər.Qeyd olunan mənzildə qeydiyyatda deyillər. Mirası qəbul etmək üçün nəzərdə tutulmuş müddəti buraxmışlar. Vərəsəlik işi Asan Xidmət Mərkəzində açılmışdır. Cavabdehlər də bunu vaxtında bilirdilər. Notariat kontoru tərəfındən hər hansı qanunsuz hərəkətlərə yol verilməmişdir. Verilmiş şəhadətnamə tam qanuni və əsaslı olduğundan, ilkin iddia tələbinin təmin edilməməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi Vəkil2 iddianı qəbul etməyərək, Zeynalova Nuranənin ailə quraraq həmin evdə yaşamadığını, mirasın qanun üzrə qəbul edilməsi və faktiki qəbulu olduğunu, Zeynalova Nuranənin mirası heç bir formada qəbul etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi X9, iddia tələbini qəbul etmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, 12 ildən çoxdur ki Nuranə onun gəlnidir, 2 il nişanlı qalıblar, oğlu və gəlni qudasının evində yaşayıblar. Həmçinin qudasının evi Nəsimi rayonu Amerika səfirliyinin yaxınlığında yerləşdiyini, oğlu və gəlinin evi olmadığından əvvəldən Nuranənin atası evində yaşadıqlarını bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, ilkin iddia ərizəsi qismən təmin edilməli, qarşılıqlı iddia ərizəsi rədd edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 bildirmişdir ki, onlar 26-27 ildir ki, qapı qonşusudular. Qonşusu Mətanətin illərdir yoldaşının qulluğunda dayandığını, uşaqlar orada anadan olduğunu, İddiaçı1 toydan sonra da orada yaşadığını bildirmişdir. Həmçinin qeyd etmişdir ki, ataları vəfat edəndən sonra Mətanət xanım, Cavabdeh2 zəng edəndə nə yaxşı öldüyünü və hüzura da gəlməyəcəyini demişdir. İş materiallarında olan AZ-İİ seriyalı, 347605 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 4 saylı Bakı Cavabdeh3ndə yerləşən notariat ofisində təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 37a ünvanında yerləşən, sahəsi 77,11 kv.metr olan, 3 otaqlı 141 nömrəli mənzildən xx.xx.2023-cü il tarixdə vəfat etmiş X7 vərəsələri Cavabdeh1 və Cavabdeh2 ½ hissədə qanuni vərəsəlik üzrə miras payı almışlar. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 37a ünvanında yerləşən, sahəsi 77,11 kv.metr olan, 3 otaqlı 141 nömrəli mənzil xx.xx.2020-ci il tarixdən X7 xüsusi mülkiyyətindədir. İş materiallarında olan Vİ-JQ seriyalı, 315609 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X6 xx.xx.1992-ci il tarixdə Bakı şəhəri Səadət Sarayında rəsmi nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra qadına Əbilova soyadı verilmişdir. İş materiallarında olan Xİ-JQ seriyalı, 445578 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1993-cü il təvəllüdlü Cavabdeh2 ata qrafasında X12, ana qrafasında İddiaçı2 qeyd olunmuşdur. İş materiallarında olan İ-AZ seriyalı, 079685 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1999-cu il təvəllüdlü İddiaçı3 ata qrafasında X12, ana qrafasında İddiaçı2 qeyd olunmuşdur. İş materiallarında olan X-JQ seriyalı, 453242 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1984-cü il təvəllüdlü Cavabdeh1 ata qrafasında X12, ana qrafasında X10 qeyd olunmuşdur. İş materiallarında olan Xİ-JQ seriyalı, 333659 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh2 ata qrafasında X12, ana qrafasında X10 qeyd olunmuşdur. İş materiallarında olan İİ-JQ seriyalı, 287542 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X10 xx.xx.1986-cı il tarixdə nikahları pozulmuşdur. Nikah pozulduqdan sonra qadına Əliyeva soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 37a ünvanında yerləşən, sahəsi 77,11 kv.metr olan, 3 otaqlı 141 nömrəli mənzil xx.xx.2024-cü il tarixdən ½ hissədə Cavabdeh2, xx.xx.2024-cü il tarixdən ½ hissədə Cavabdeh1 Cəlil oğlunun xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə müvafiq olaraq, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiya hər kəsin mülkiyyət hüququnu, mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və sərəncam vermək hüquqlarını nəzərdə tutur, habelə mülkiyyətin, o cümlədən xüsusi mülkiyyətin qanunla müdafiəsinə təminat verir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə ilkin iddia ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. - 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. - 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. - 1151.2-ci maddəsinə əsasən, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. - 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. - 1274-cü maddəsinə əsasən, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. - 1300-cü maddəsinə əsasən, əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borcludurlar. - 1301.1-1301.3-cü maddələrinə əsasən, əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. - 1321.3-cü maddəsinə əsasən, Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə əsasən, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatda göstərilmişdir ki, ... Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə, habelə bu Təlimatın 13-cü hissəsinin altıncı abzasına uyğun miras qoyanın ölümü faktını, mirasın açıldığı vaxtı və yeri, şəhadətnamə verilməsi haqqında ərizə vermiş şəxslərin miras qoyanla qohumluq münasibətlərini, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri müvafiq sübutlar tələb etmək yolu ilə yoxlayır. ... Vərəsəlik şəhadətnaməsinin verilməsi haqqında vərəsənin ərizəsində ölən qohumundan qalmış mirası qəbul etməsi (qohumluq əlaqəsi göstərilməklə) və ünvanlandığı notariat ofisinin adı, vərəsə və miras qoyanın soyadı, adı və atasının adı, onların ünvanı, mirasın açıldığı vaxt göstərilməli, digər vərəsələrin miras açılanadək yaşayış yeri sadalanmalıdır. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə vərəsəlik anlayışı altında, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür. Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır (Mülki Məcəllənin 1133-cü maddəsi). Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir. Məhz həmin hərəkət əsasında vərəsə miras qoyanın hüquq və vəzifələrinin daşıyıcısıdır. Mirası qəbul etmək vərəsənin vəzifəsi yox, yalnız onun hüququdur. Başqa sözlə vərəsə bu hüquqdan istifadə edib-etməmək seçiminə malikdir. Mirası qəbul etmək hüququ subyektiv mülki hüquqdur. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarında qeyd olunur ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Beləliklə, işin mübahisəsiz halları ondan ibarətdir ki, X12 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Ölənədək notarial qaydada təsdiq edilmiş vəsiyyətnamə mövcud olmamışdır. Əbilov Xəlilin birinci nikahdan iki övladı-Cavabdeh1 və Cavabdeh2 adlı övladları olmuşdur. İkinci nikah ölənədək pozulmamış həmin nikahdan arvadı İddiaçı2, iki övladı Zeynalzadə (Əbilova) Nuranə Xəlil qızı və İddiaçı3 adlı uşaqları olmuşdur. Cavabdeh1 və Cavabdeh2, Zeynalzadə (Əbilova) Nuranə Xəlil qızı və İddiaçı3 bacıqardaşdırlar, dördü də, həmçinin ikinci nikahdan arvadı İddiaçı2 mərhum X7 birinci növbəli vərəsələridir, birinci nikahdan olan Cavabdeh1 və Cavabdeh2 atalarından miras qalmış əmlakın qəbul edilməsi barədə notariat ofisinə müraciət etmiş, digər vərəsələrin olması barədə məlumat verməmiş, həmçinin notariat işi açıldığı zaman bu məsələ araşdırılmamış və miras əmlaka dair tam pay hüququ üzrə Qanun üzrə vərəsəlik şəhadətnaməsi almışlar. Halbuki, Zeynalzadə (Əbilova) Nuranə Xəlil qızı, İddiaçı3 və İddiaçı2 birinci növbəli vərəsə olmaları və mirası faktiki idarə etməklə qəbul etmələri iş materialları ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydası haqqında Təlimat”ın tələblərinə görə də şəhadətnamə alınan zaman vərəsə notariusa ondan başqa vərəsənin olub-olmaması barədə məlumat verərkən doğru məlumat verməyə borcludur, səhv məlumata görə məsuliyyəti müraciət etmiş vərəsə özü daşıyır. Həmçinin məhkəmə araşdırması zamanı ilkin iddia üzrə Cavabdeh2 izahatında iddiaçıların həmin mənzildə yaşamadıqlarını mirası nə ərizə verməklə nə də faktiki idarə etməklə qəbul etmədiklərini, yalnız atasının ölümündən sonra hazırda mülkiyyət hüququ əsasında ona məxsus evə qanunsuz girərək yaşadıqlarını desə də, izahat zamanı Cavabdeh2 həmçinin atasının xəstə olmasından xəbərdar olduğunu, onun səhəti ilə bağlı bacısı İddiaçı1 tez-tez xəbər aldığını, lakin atasının ikinci arvadı olan İddiaçı2 görə həmin ünvana getməsindən imtina etdiyini bildirmişdir. Göründüyü kimi cavabdehin vermiş olduğu izahatında etiraf edir ki, ilkin iddiaçılar miras qoyan Xəlil Əbilovun sağlığından hazırki vaxta kimi həmin ünvanda yaşamaqla əmlakı faktiki idarə etməklə qəbul etmişlər. Eyni zamanda məhkəmə ilkin iddiaçılardan İddiaçı1 ailə quraraq həmin mənzili tərk etməsi ilə bağlı qeyd edir ki, iş materialları ilə İddiaçı1 anası işlədiyi üçün uşaqları ilə atasına məxsus evə gəlmiş, onun xəstə vaxtlarında ona qulluq etmiş və atasının ölümündən sonra da həmin ünvanda yaşamaqda davam edir. Bu hal həm iş üzrə dindirilmiş şahid ifadələri ilə öz təstiqini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2023-cü il tarixində vəfat etmiş X5 miras qalmış Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 37a ünvanında yerləşən, sahəsi 77,11 kv.metr olan, 3 otaqlı 141 nömrəli mənzilin ½ hissəsinə Cavabdeh1 və ½ hissəsinə Cavabdeh2 paylarını müəyyən edən 4 saylı Bakı Cavabdeh3ndə notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2V-381 reyestr nömrəli (vərəsəlik işi- V-579/2023) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, 4 saylı Bakı Cavabdeh3ndə notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2V-381 reyestr nömrəli (vərəsəlik işi- V- 579/2023) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı ünvan 1 ünvanında yerləşən, sahəsi 77,11 kv.metr olan, 3 otaqlı 141 nömrəli mənzilin ½ hissəsinə Cavabdeh1 və ½ hissəsinə Cavabdeh2 adına verilmiş çıxarış ləğv edilməli, xx.xx.2023-cü il tarixində vəfat etmiş X5 miras qalmış Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 37a ünvanında yerləşən, sahəsi 77,11 kv.metr olan, 3 otaqlı 141 nömrəli mənzilin üzərində İddiaçı2 1/5 hissədə, İddiaçı3 1/5 hissədə, İddiaçı1 1/5 hissədə, Cavabdeh1 1/5 hissədə və Cavabdeh2 1/5 hissədə payları müəyyən edilməli və müəyyən edilmiş paylara uyğun olaraq, qeydiyyata alınması vəzifəsi DƏDRX həvalə edilməlidir. Məhkəmə qarşılıqlı iddia ilə bağlı hesab edir ki, qarşılıqlı iddia təmin edilməməlidir. Belə ki, ilkin iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 miras qoyan X7 birinci növbə vərəsəsi kimi miras mənzili faktiki idarə etməklə qəbul etdiklərindən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras açıldığı gündən vərəsənin mülkiyyəti olduğundan, iddiaçılar miras əmlakın 3/5 hissəsinin mülkiyyətçisi olmaqla həmin mənzildən istifadə, sahiblik və sərəncam hüququna malik olduqlarından, onların həmin hüquqlardan məhrum edilməklə mənzildən çıxarılmasına əsaslar yoxdur. Ona görə də, qarşılıqlı iddia rədd edilməlidir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, ilkin iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Yəni ilkin iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat dövlət rüsumunun 80 manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmalıdır. Qarşılıqlı iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanun üzrə vərəsəlik hüququ haqında şəhadətnamənin etibarsız hesab edilməsi, miras əmlakda payların müəyyən edilməsi və müvafiq vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair ilkin iddiası qismən təmin edilsin. xx.xx.2023-cü il tarixində vəfat etmiş X5 miras qalmış Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 37a ünvanında yerləşən, sahəsi 77,11 kv.metr olan, 3 otaqlı 141 nömrəli mənzilin ½ hissəsinə Cavabdeh1 və ½ hissəsinə Cavabdeh2 paylarını müəyyən edən 4 saylı Bakı Cavabdeh3ndə notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2V-381 reyestr nömrəli (vərəsəlik işi- V-579/2023) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. 4 saylı Bakı Cavabdeh3ndə notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2V-381 reyestr nömrəli (vərəsəlik işi- V-579/2023) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı ünvan 1 ünvanında yerləşən, sahəsi 77,11 kv.metr olan, 3 otaqlı 141 nömrəli mənzilin ½ hissəsinə Cavabdeh1 və ½ hissəsinə Cavabdeh2 adına verilmiş çıxarış ləğv edilsin. xx.xx.2023-cü il tarixində vəfat etmiş X5 miras qalmış Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 37a ünvanında yerləşən, sahəsi 77,11 kv.metr olan, 3 otaqlı 141 nömrəli mənzilin üzərində İddiaçı2 1/5 hissədə, İddiaçı3 1/5 hissədə, İddiaçı1 1/5 hissədə, Cavabdeh1 1/5 hissədə və Cavabdeh2 1/5 hissədə payları müəyyən edilsin və müəyyən edilmiş paylara uyğun olaraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi 4 saylı Bakı Cavabdeh3ndə notariat ofisinə həvalə edilsin. Ödənilmiş dövlət rüsumunun 80 (səksən) manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 xeyrinə ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. İddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılması” barədə qarşılıqlı iddia təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Cavabdeh2 özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №e-2(008)-4535/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4535/2024
17.09.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver