Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4567/2025 03.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə kiçik iddia üzrə (sadələşdirilmiş icraat üzrə) icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair sadələşdirilmiş icraat üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh arasında bağlanm BE059361 saylı xx.xx.2024-cü il tarixli nisyə-satış müqaviləsinə əsasən yaranmış 503,99 əsas borc, ( ) cərimə, BL972093 saylı xx.xx.2023-cü il tarixli nisyə-satış müqaviləsinə əsasən yaranmış 49,99 əsas borc, ( ) cərimə, BE008906 saylı xx.xx.2023-cü il tarixli nisyə-satış müqaviləsinə əsasən yaranmış 112,87 əsas borc, ( ) cərimə, BE033119 saylı xx.xx.2024-cü il tarixli nisyə-satış müqaviləsinə əsasən yaranmış 23,99 əsas borc, ( ) cərimə, ümumilikdə 690,84 manat borcu və 30 dövlət rüsumunun cavabdeh CƏFƏROVA GÜLXANİM AKİF qızından tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh ona ünvanlanmış bildirişi almış, lakin iddiaya qarşı etiraz verməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materillarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış BE0569361 saylı xx.xx.2024-cü il tarixli nisyə satış müqaviləsinə əsasən 18 ay müddətinə hər ay 36 manat ödəməyi, BL972093 saylı xx.xx.2023-cü il tarixli nisyə satış müqaviləsinə əsasən 12 ay müddətinə hər ay 27 manat ödəməyi, BE008906 saylı xx.xx.2023-cü il tarixli nisyə satış müqaviləsinə əsasən 12 ay müddətinə hər ay 31 manat ödəməyi, BE033119 saylı xx.xx.2024-cü il tarixli nisyə satış müqaviləsinə əsasən 09 ay müddətinə hər ay 12 manat ödəməyi öhdəsinə götürmüşdür. Akta əsasən Cavabdeh müqavilədə göstərilmiş məişət əşyalarını təhvil almışdır. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubuna əsasən məlum olur ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən müqavilələr üzrə cəmi 690.84 manat borcu qalmaqdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 600.4 və 600.5-ci maddələrinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Göründüyü kimi, tərəflər arasında nisyə alğı-satqı müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən, həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilələr üzrə öhdəliyini yerinə yetirməmiş, nisyə aldığı avadanlıqların dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, müqaviləyə əsasən iddiaçı öz öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə bunun əksinə öhdəliklərini yerinə yetirməmişlər. BE0569361 saylı, xx.xx.2024-cü il tarixli nisyə satış müqaviləsinə əsasən yaranmış 503.99 manat əsas borc, 0 cərimə, BL972093 saylı, xx.xx.2023-cü il tarixli nisyə-satış müqaviləsinə uyğun olaraq yaranmış 49.99 manat əsas borc, 0 cərimə, BE008906 saylı xx.xx.2023-cü il tarixli nisyə-satış müqaviləsinə müvafiq olaraq yaranmış 112.87 manat əsas borc, 0 cərimə, BE033119 saylı xx.xx.2024-cü il tarixli nisyə-satış müqaviləsinə müvafiq olaraq yaranmış 23.99 manat əsas borc, 0 cərimə olmaqla ümumilikdə 690.84 manat borcun və 30 manat dövlət rüsumunun məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh İddiaçı MMCnin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh BE0569361 saylı, xx.xx.2024-cü il tarixli nisyə satış müqaviləsinə əsasən yaranmış 503.99 manat əsas borc, 0 cərimə, BL972093 saylı, xx.xx.2023-cü il tarixli nisyəsatış müqaviləsinə uyğun olaraq yaranmış 49.99 manat əsas borc, 0 cərimə, BE008906 saylı xx.xx.2023-cü il tarixli nisyə-satış müqaviləsinə müvafiq olaraq yaranmış 112.87 manat əsas borc, 0 cərimə, BE033119 saylı xx.xx.2024-cü il tarixli nisyə-satış müqaviləsinə müvafiq olaraq yaranmış 23.99 manat əsas borc, 0 cərimə olmaqla ümumilikdə 690.84 manat borcun və 30 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №e-2(008)-4567/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4567/2025
03.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver