Məhkəmə qərarları › İş №e-2(008)-4572/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4572/2024

22.11.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4572/2024 22.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, iddiaçının nümayəndəsi Vəkil1 Nemət qızının, cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı "qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin mərhum X6 mirasına qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, X10 onun doğma oğludur. Oğlu xx.xx.2020-ci ildə vəfat etdikdən sonra ondan Mitsubishi Airtrek minik markalı 90NJ765 qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi və Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsi 1-ci Mədən ərazisi ünvanında yerləşən ümumi sahəsi 0,04 ha torpaq sahəsindən ibarət miras əmlaklar qalmışdır. O, Bakı şəhər 14 saylı Notariat Ofisinə müraciət edərək həmin əmlaklara dair xx.xx.2021-ci ildə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Həmin şəhadətnamələr əsasında əmlaklar üzərində mülkiyyət hüquqları qeydə alınmışdır. Bundan sonra Cavabdeh Notariat Ofisinə müraciət edərək ona vərəsəlik şəhadətnaməsi verilməsi üçün mərhum oğlu X10 ilə aralarında xx.xx.1989-cu ildə Rusiya Federasiyası Tomsk vilayətində bağlanmış nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətini təqdim etmişdir. Halbu ki, oğlu X11 Hünbətova arasında olan nikah övladları olmadığından pozulmuş və oğlu ona bu barədə belə məlumat vermişdir. Çünki 2001-ci ildən onlar tam şəkildə ayrı yaşamışlar. Hətta oğlu sonradan 2 dəfə Kəmalə və Gülnar adlı qadınlarla evlənmiş, Cavabdeh sonra Kəmalə ilə evlənərkən toy mərasimi belə olmuşdur. 2001-ci ildən oğlu X11 Hünbətova birgə yaşamamışlar və onlar arasındakı nikaha faktiki xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 Nemət qızı iddianı müdafiə edərək bildirmişdir ki, cavabdeh mərhum Vaqif Hünbətovla 3 ildir ayrı yaşayıblar. Son illərdə ailə münasibətləri olmamışdır, cavabdeh mərhum ölən zaman nə dəfnə, nə də yasa gəlməmişdir. Ər-arvad münasibətləri əvvəldən pozulmuşdur. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsində olan qətnamə ilə şəhadətnamələr ləğv edilmişdir, hal-hazırki məsələyə qiymət verilməmişdir. X5 ünvanda qeydiyyatda olsa da, heç vaxt orada yaşamayıb, evi də olmamışdır. Bundan başqa, qarşı tərəf mərhumun 2001-ci ildən ölən gününədək cavabdehlə hər hansı bir şəkil, hər hansı bir görüntü və ya videosunu məhkəməyə təqdim edərsə, o, iddianın geri götürülməsi barədə vəsatət təqdim edəcək. Tərəflərin qeyd olunan tarixlərdə birlikdə olması barədə sübutu cavabdeh tərəf təqdim edə bilər. Əllərində belə bir sübut olmadığından yalnız qətnamənin mövcudluğuna əsaslanırlar. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil2 iddianı qəbul etməyərək bildirmişdir ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin qətnaməsinin icrasına manə olmaq üçün bu iddia ilə müraciət edilmişdir. Hazırki mübahisə ilə bağlı yekun akt çıxarıla bilməz, əks halda preyudisiallıq prinsipi pozulmuş olur. İş üzrə icraata xitam verilməlidir. Cavabdehlə mərhum Vaqif Hümbətovun birlikdə yaşadıqları evin mülkiyyət olaraq kimin adına qeydiyyatdan keçməsi ona məlum deyildir. Vaqif rəhmətə gedən zaman Ceyranın harada olması barədə məlumat yoxdur. Ceyranın yas mərasimində iştirak edib-etməməsi barədə məlumatı yoxdur, lakin iddiaçı ilə cavabdehin arasında münasibət pis olduğundan Ceyran yas mərasimində iştirak etməmişdir. Cavabdehin mərhumla ər-arvad olduqlarını təsdiq edən hər hansı sübut yoxdur. Lakin hesab edir ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin qətnaməsi şəkil və smslərdən mötəbərdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirmişdir ki, mərhumun qonşusudur, nə Məleykəni, nə Ceyran adlı şəxsi tanımır. Vaqif tək yaşayırdı, arvad uşaq görməmişdir. Bir dəfə qadın görmüşdür, onun mərhumla nə qədər və hansı tarixdə yaşaması barədə məlumatı yoxdur. Mərhumun öldüyü gün evinə getməmişdir, başsağlığına da getməmişdir, çünki yas rayonda olmuşdur. Onun evini kimin təmizləməsi və yığışdırması görməmiş, görmək də mümkün deyildi. Vaqiflə yalnız qonşu münasibəti olmuşdır, şəxsi həyatı ilə bağlı maraqlanmamışdır, lakin hər bir qonşu kimi ailə üzvlərinin sayı barədə məlumatı olmuşdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirmişdir ki, mərhumun qonşusudur, Meləykəni tanımır, Hünbətov Vaqif təxmini 1-2 ildir ki, vəfat etmişdir. 2005- 2006-cı illərdə Vaqiflə eyni vaxta ev tikmişlər və orada tanış olmuşlar. Orada heç bir qadın görməmişdir. Bir müddət sonra xəstələnmişdi, baş çəkməyə gedən zaman evdə başqa bir qadın görməmişdir. Tez-tez evlərinə gedib-gəlməmişdir, arada təsadüfən görüşürdülər. Başqa evinin olub-olmaması barədə məlumatı yoxdur. Xəstə olan zaman niyə ailə qurmadığını soruşmuşdur, Vaqif isə 2 dəfə ailə qurub boşandığını, bundan sonra ailəyə ehtiyac olmadığını bildirmişdir. Rəhmətə gedən günü orda olmamışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 2V-215 nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"dən görünür ki, xx.xx.2022-ci ildə vəfat etmiş X6 vərəsəsi İddiaçıdır və o, miras əmlakdan tam hissədə pay almalıdır, miras əmlak Mitsubishi Airtrek minik markalı 90NJ765 qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. - xx.xx.2021-ci il tarixli 2V-216 nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"dən görünür ki, xx.xx.2022-ci ildə vəfat etmiş X6 vərəsəsi İddiaçıdır və o, miras əmlakdan tam hissədə pay almalıdır, miras əmlak Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsi 1-ci Mədən ərazisi ünvanında yerləşən ümumi sahəsi 0,04 ha torpaq sahəsindən ibarətdir. - ünvan ariat Ofisinin xx.xx.2024-cü il tarixli 1538 nömrəli məktubundan görünür ki, xx.xx.2020-ci ildə vəfat etmiş X4 miras qalmış Mitsubishi Airtrek minik markalı 90NJ765 qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə və Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsi 1-ci Mədən ərazisi ünvanında yerləşən ümumi sahəsi 0,04 ha torpaq sahəsinə dair tam payda iddiaçının adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, həmin şəhadətnamə əsasında torpaq sahəsinin qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş, lakin Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(010)-3881/2021 nömrəli qətnamə ilə iddiaçıya verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edildiyindən ləğv edilmişdir. Bundan başqa məktubu bildirilmişdir ki, miras əmlakların miras qoyan X6 mülkiyyətində deyil, daşınmaz əmlakın iddiaçının, avtomobilin isə digər şəxsin mülkiyyətində olması müəyyən edildiyindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. - Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(010)-3881/2021 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı qarşı "vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, miras əmlak üzərində miras qoyanın arvadının ümumi birgə mülkiyyət hüququnun tanınması, miras əmlaka vərəsəlik hüququnun tanınması, əmlak üzərində iddiaçının payının müəyyən edilməsi" tələbinə dair iddiası qismən təmin edilmiş, ünvan ariat Ofisi tərəfindən xx.xx.2021-ci il tarixli 2V-215 reyestr nömrəli, 2V-216 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilmiş, mərhum X4 miras qalmış Mitsubishi Airtrek minik markalı 90NJ765 qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə və Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsi 1-ci Mədən ərazisi ünvanında yerləşən 0,04 ha torpaq sahəsinə dair miras əmlakların yenidən bölgüsü ünvan ariat Ofisinə həvalə edilmişdir. - AR DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2022-ci il tarixli 016-97995-1222 nömrəli məktubundan görünür ki, X6 adında xx.xx.1997-ci ildən etibarən "VAZ-21603" markalı 10EB665 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, xx.xx.2020-ci ildə vəfat etmiş X1 Məleykə Musa qızının oğludur. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə cavabdehin mərhum X10 ilə xx.xx.1989-cu ildə nikaha daxil olması təsdiq olunur. Mərhumdan miras qalmış Mitsubishi Airtrek minik markalı 90NJ765 qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə və Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsi 1-ci Mədən ərazisi ünvanında yerləşən ümumi sahəsi 0,04 ha torpaq sahəsinə dair tam payda iddiaçının adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, lakin cavabdehin iddiası üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(010)-3881/2021 nömrəli qətnamə ilə iddiaçıya verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmişdir. Hazırda iddiaçı cavabdehin mərhum X6 mirasına qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsini tələb edir, iddiaçının oğlu ilə cavabdehin son 3 ildə faktiki ayrı yaşaması işin mübahisəli halıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur; İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar; Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın; Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər; Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. Həmin Məcəllənin 1160-cı maddəsinə görə, əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həmin Məcəllənin 1164-cü maddəsinə əsasən, əgər arvadın (ərin) miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktiki xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər. Qeyd olunan normalardan görünür ki, mirasın açılmasından azı üç il əvvəl nikaha faktiki xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər. Hazırki işdə İddiaçı məhz cavabdehin mərhumla 3 ildən çox müddət ayrı yaşadıqlarına əsaslanır. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin "hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir" müddəasına uyğun olaraq sübut qismində mərhumun başqa şəxslə toy görüntülərini və şəkillərini təqdim etmiş, eləcə də şahidlər dindirilməsini tələb etmişdir. Məhkəmə araşdırılması zamanı bütün sübutlar tədqiq edilmişdir. Təqdim edilmiş görüntülərdən və şəkillərdən görünür ki, mərhum Kəmalə adlı şəxslə xx.xx.2004-cü ildən faktiki nikah münasibətlərinə daxil olmuş. Beləliklə, X6 xx.xx.1989-cu ildə nikaha daxil olduqdan sonra xx.xx.2004-cü ildə başqa şəxslə faktiki nikah münasibətlərinə başlaması cavabdehlə olan nikah münasibətlərinin sonlandırlmasını təsdiqir. Həmçinin iş üzrə dindirilmiş şahidlər də mərhumun tək yaşadığını və kiminləsə faktiki nikah münasibətlərində olmadığını göstərilmişlər. Cavabdehlə mərhumun faktiki nikah münasibətlərinin olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşdüyündən, məhkəmə Cavabdeh bu münasibətləri təsdiq edən sübutların (məsələn, SMS və ya başqa yazışma, birgə şəkillər və sair) təqdim edilməsi təklif olunsa da, müvafiq sübutlar təqdim edilməmişdir. Cavabdehin əsaslandığı qətnaməyə isə münasibət bildirərək məhkəmə qeyd edir ki, həmin qətnamə ilə mərhumla cavabdehin vəfat etməmişdən əvvəlki 3 illik müddətində birgə yaşama halı sübut edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin X10 ilə nikahına mirasın açılmasından azı üç il əvvəl faktik xitam verildiyindən və onların ayrı yaşadıqları təsdiq edildiyindən, o, qanun üzrə vərəsəlik hüququndan məhrum edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən məhkəmə hesab edir ki, 100 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh mərhum X6 mirasına qanun üzrə vərəsəlik hüququndan məhrum edilsin. Cavabdeh 100 manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Adilə Paşayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar