Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4587/2025 17.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei kod **********90889 SAMSUNG GALAXY A54 markalı telefon üçün, 745.9 manat ödənilməmiş hissə, 74.59 manat cərimə pulu, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən İmei kod **********82199 OPPO A18 HD Glass ekran qoruyucu üçün, 336.4 manat ödənilməmiş hissə, 33.64 manat cərimə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Paltaryuyan Bosch üçün 326.6 manat ödənilməmiş hissə, 32.66 manat cərimə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Qaz kalonkası Hoffman üçün 285.5 manat ödənilməmiş hissə, 28.55 manat cərimə pulu,xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən üçün İmei kod **********33461 Samsung Galaxy A54 üçün 254.8 manat ödənilməmiş hissə, 25.48 manat cərimə pulu, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, KOMBAYN SENCOR, BLENDER PANASON üçün 179.7 (yü zyetmiş doqquz manat, 70 qəpik) manat ödənilməmiş hissə, 17.97 (on yeddi manat 97 qəpik) manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, RETRO-YUMSAQ-KUNC kreslo üçün 170.8 (yü zyetmiş manat, 80 qəpik) manat ödənilməmiş hissə, 17.08 (on yeddi manat, 8 qəpik) manat cərimə pulu xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********41772 OPPO A58 üçün 114.1 (yüz on dörd manat, 10 qəpik) manat ödənilməmiş hissə, 11.41 (on birmanat 41 qəpik) manat cərimə pulu xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********09161 XİAOMİ REDMİ NOTE 11S, VİNİL ŞƏFFAF,PANASONİC ev telefonu üçün 10.6 (on manat, 60 qəpik) manat ödənilməmiş hissə, 1.06 (bir manat, 6 qəpik) manat cərimə pulu olmaqla ümumilikdə 2666.84 manat borc və 46.67 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş, lakin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. İş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, borclunun "xxxx" MMC Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən SAMSUNG GALAXY A54 markalı kombini, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən OPPO A18 HD Glass ekran qoruyucu xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Paltaryuyan Bosc, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən üçün Samsung Galaxy A54, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, KOMBAYN SENCOR, BLENDER PANASON, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********41772 OPPO A58 təhvil-təslim aktlarından görünür ki, sözügedən əşyalar cavabdeh tərəfindən təhvil alınmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən müəyyən olunur ki, cavabdehin iddia ərizəsində qeyd olunan müqavilələr üzrə 2666.84 manat borcu vardır. Cavabdehin bağlanılmış xx.xx.2024-ci il, xx.xx.2024-ci il, xx.xx.2023-ci il, xx.xx.2023-ci il, xx.xx.2023-ci il, xx.xx.2023-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli müqavilələr üzrə son ödəniş 3289.10 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC-nin Cavabdeh ünvanladığı xx.xx.2025-ci il tarixli xəbərdarlığa əsasən məlum olur ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********90889 SAMSUNG GALAXY A54 markalı telefon, SAMSUNG CHARGER üçün 745.9 manat ödənilməmiş hissə, 8 manat cərimə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********82199 OPPO A18, HD GLASS ekran qoruyucu üçün 336.4 manat ödənilməmiş hissə, 4 manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, PALTARYUYAN BOSCH üçün 326.6 manat ödənilməmiş hissə, 4 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, QAZ KALONKASİ HOFFMANüNçün 285.5 manat ödənilməmiş hissə, 3 manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********33461 SAMSUNG GALAXY A5 üçün 254.8 manat ödənilməmiş hissə, 3 manat cərimə,xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, RETRO-YUMSAQ-KUNC kreslo üçün 170.8 manat ödənilməmiş hissə, 2 manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********41772 OPPO A58üçün 114.1 manat ödənilməmiş hissə, 2 manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********09161 XİAOMİ REDMİ NOTE 11S, VİNİL ŞƏFFAF,PANASONİC ev telefonu üçün 10.6 manat ödənilməmiş hissə, 1 manat cərimə olmaqla ümumilikdə 2271.7 manat borc və 42.72 manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Belə ki, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, cavabdeh müqavilələr üzrə öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbində göstərilən cərimə məbləğləri tənasübsüz surətdə yüksək hesab olunmalı, buna görə də azaldılaraq ağlabatan miqdarda müəyyən edilməlidir. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********90889 SAMSUNG GALAXY A54 markalı telefon, SAMSUNG CHARGER üçün 745.9 manat ödənilməmiş hissə, 8 manat cərimə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********82199 OPPO A18, HD GLASS ekran qoruyucu üçün 336.4 manat ödənilməmiş hissə, 4 manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, PALTARYUYAN BOSCH üçün 326.6 manat ödənilməmiş hissə, 4 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, QAZ KALONKASİ HOFFMANüNçün 285.5 manat ödənilməmiş hissə, 3 manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********33461 SAMSUNG GALAXY A5 üçün 254.8 manat ödənilməmiş hissə, 3 manat cərimə,xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, RETRO-YUMSAQ-KUNC kreslüoçün 170.8 manat ödənilməmiş hissə, 2 manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********41772 OPPO A58üçün 114.1 manat ödənilməmiş hissə, 2 manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********09161 XİAOMİ REDMİ NOTE 11S, VİNİL ŞƏFFAF,PANASONİC ev telefonu üçün 10.6 manat ödənilməmiş hissə, 1 manat cərimə olmaqla ümumilikdə 2271.7 manat borc və 42.72 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 3.95 manat dövlət rüsumu iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №e-2(008)-4587/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4587/2025
17.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver